Aktyor
Həyatı
Toğrul Musa oğlu Rza 28 oktyabr 1981-ci ildə Sumqayıtda anadan olmuşdur. 1988-ci ildəSumqayıt şəhərindəki 23 nömrəli məktəbin birinci sinfinə daxil olub, 1998-ci ildə oranı bitirib. Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 1-ci kursuna qəbul olunub, 2002-ci ildə Dram Teatrı və Kino aktyoru ixtisası üzrə əyani təhsilini başa vurub. Təhsil aldığı dövrdə Bakı Kamera Teatrında aktyor işləyib (2000-2002). 2002-ci ildən 2003-cü ilə qədər ordu sıralarında xidmət edib. Hərbi xidmətdən sonra 2004-cü ilə qədər Bakı Kamera Teatrında fəaliyyətini davam etdirib. Həmin ildən Bakı Bələdiyyə Teatrında çalışır. Space televiziyasında yayımlanan "Dubl-bom" verilişinin aparıcısıdır.
Ailəlidir, həyat yoldaşı Bakı Bələdiyyə Teatrının aktrisası Ülviyyə Gülməmməd qızı Rzadır. İki övladı var: Orxan Rza, Tural Rza.
Filmoqrafiya
Yanmış körpülər (film, 2003)
Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004)
Girov (film, 2005)
Cavid ömrü (film, 2007)
Günaydın, mələyim! (film, 2008)
Seçilən (film, 2008)
Vəkil hanı (2010)
Qonşulaşma, qohumlaşma, kirvələşmə (2004)
Evləri göydələn yar (film, 2010)
Ünvansız eşq (2011)
Qağayı (2012)
Tarix: 04.02.2013 / 21:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 315 Bölmə: Aktyorlar