Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elnur Kərimov

Elnur Umbay oğlu Kərimov — Azərbaycan aktyoru.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax


Həyatı

Elnur Umbay oğlu Kərimov 11 sentyabr 1981-ci ildə Bakıda anadan olub. İncəsənət Gimnaziyasını (1999), ADMİU-nun dram və kino aktyorluğu fakültəsini bitirib (2003). 1999-cu ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Müxtəlif televiziya kanallarında veriliş aparıcısı kimi fəaliyyət göstərib: “Bərəkətli olsun” (Space TV), “Düşərgə” (İctimai TV), “Səhər görüşləri” (AzTV). Evlidir

Filmoqrafiya
Dronqo (serial, 2002)
Mən sənin dayınam (film, 2001)
Yol yoldaşları (film, 2003)
Küçələrə su səpmişəm (film, 2004)
Milli bomba (film, 2004)
Günaydın, mələyim! (film, 2008) – rejissor Rəhman
Ana Qaz (video) – qaz balası
Bərəkətli Olsun (Space TV)
Düşərgə (İctimai TV)
Səhər Görüşləri (AzTV)
Buta (2010)
Əzizim Fellini (film, 2010)
Əlavə təsir (film, 2010)
Tərsinə çevrilən dünya (2011)
Qayınana (film, 2011)


Tarix: 01.02.2013 / 18:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 261 Bölmə: Aktyorlar
loading...