Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaqif Əliyev (II)

AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax


Həyatı

199 saylı orta məktəbdə təhsil alıb. 1958- ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb, əvvəlcə kütləvi səhnələrdə, sonra epizodik rollarda səhnəyə çıxıb. 1962- ci ildə M.Ə.Əliyev adına Teatr institutuna daxil olub, oradan əsgərliyə xidmətə çağırılıb, sonra təhsilini davam etdirib. 1968- ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilən Vaqif Əliyev 33 il burada fasiləsiz aktyor kimi çalışaraq 100- dən artıq tamaşada müxtəlif obrazlar yaratmışdır. 1990- cı ildə ona "Əməkdar artist" fəxri adı verilmişdir. 2000- ci ildən Bakı Bələdiyyə Teatrında çalışan Əməkdar artist Vaqif Əliyev N.Nərimanovun "Nadir şah"əsərində – Kəndli, C.Cabbarlının "Dönüş"ündə- Şövqi- Sapand, C.Məmmədquluzadənin "Ölülər"ində- Məşədi Oruc, Ə.Nesinin "Tənha qadınlar"ında- Qazabaxan, A.Babayevin "Oğul"unda- Qəzənfər, A.Məmmədovun "Dəli Domrul"unda-Ata, N.Hikmətin "Damokl qılıncı"nda- Kar, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir"ndə- Seyidağa, S.Rəşidinin "Mənim Ərdəbilim"ndə- Əmir, Ə.Əliyevin "Cırtdan, Məlikməmməd və üç gözəl"ndə Dədə Qorqud, "Unutqanlıq qorxunc bəladır"nda- Rus Zabiti, A.Qurbaninin "Türk sancağı"nda- Ağsaqqal, H.Cavidin "İblis"ində- Xaxam rollarını məharətlə yaradıb və tamaşaçıların hüsnirəğbətini qazanıb.

Sənətkarın gərgin əməyi 2002- ci ildə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib ona Respublikanın "Xalq artisti" kimi böyük fəxri ad verilmişdir.

Filmoqrafiya
Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)
Yük (film, 1995)
Biz qayıdacağıq (film, 2007)
Sovqat (film, 2009)


Tarix: 05.02.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 276 Bölmə: Aktyorlar
loading...