Ssenari müəllifi. Prodüser. Aktyor. Bədii rəhbər. Reklam kampaniyasının rəhbəri.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax
Həyatı
Hətəmov Müşfiq Mürşüd oğlu 6 may 1969-cu ildə anadan olmuşdur. 1976-1986-cı illərdə orda təhsil almış, 1986-cı ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olmuş,1992-ci ildə bu təhsil ocağını bitirmişdir. 1987-1989-cu illərdə ordu sıralarında xidmət etmişdir. 1992-2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi “MM” MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının , reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-ci ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik edir. Ailəlidir.
Filmoqrafiya
Məhəllə (film, 2003)
Küçələrə su səpmişəm (film, 2004)
Məhəllə 2 Moskvada (film, 2004)
Bomba (film, 2005)
Məşədi İbad-94 (film, 2005)
Toy (film, 2005)
Ailəm (film, 2006)
Çətin yol (film, 2006)
Əlamət (film, 2006)
Əziz dost (film, 2006)
Hesab (film, 2006)
İnterpapa (film, 2006)
Məzə (film, 2006)
Nümunəvi şagird (film, 2006)
Qonşular (film, 2006)
Rüşvət (film, 2006)
Vərdiş (film, 2006)
Sirat körpüsü (film, 2007)
Dolu (film, 2012)
Çölçü (2012)
Tarix: 02.02.2013 / 15:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 242 Bölmə: Aktyorlar