Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vidadi Rəcəbov

Vidadi Rəcəbov – Azərbaycan aktyoru.

Həyatı

1986-1988-ci illərdə N.Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumunun dram fakultəsində təhsil alıb. 1996-cı ildən Naxçıvan Dövlət Dram Teatrında aktyor işləyir. Teatrın səhnəsində 40-a yaxın müxtəlif səpkili obrazlar canlandırıb.

Teatrda işlədiyi müddətdə Ü.Hacıbəyov "Arşın mal alan"da Süleyman, H.Cavid "Topal Teymur"da Sabutay, İ.Əfəndiyev "Hökmdar və qızı "nda Saday bəy, Elçin "Mənim ərim dəlidir"də Dost, "Mənim sevimli dəlim"də Ponteleymon Polikarpoviç, İ.Məlikzadə "Gəl qohum olaq"da Qarakişi, C.Məmmədquluzadə "Qurbanəli bəy"də Aşpaz Əli, N.Nərimanov "Nadir şah"da Cəfər xan, N.Həsənzadə "Atabəylər"də Əbubəkir, Mahmud, "Pompeyin Qafqaza yürüşü"ndə Qasid, M.F.Axundov "Lənkəran xanının vəziri"ndə Heydər, Hidayət "Bu dünyanın adamları"nda Sarvan Qaradağlı, C.Məmmədquluzadə "Dəli yığıncağı"nda Farmasion Rüstəm, Mir Cəlal "Dirilən adam"da Sultanəli, H.Cavid "İblis"də Ərəb zabiti, M.S.Ordubadinin "Beş manatlıq gəlin"də Qiyas, Ə.Əsgərov "Qız atası"nda Vilayət, R.Əhmədzadə "Hələlik"də Qorxmazov, İ.Əfəndiyev "Şeyx Xiyabani"də Hacı Fərhad, V.Qubarevin "Sehirli yaylıq" tamaşasında Pişikdiş və s. rollar oynayıb.

V.Rəcəbli 2000-ci ildə Naxçıvan MR əməkdar artisti, 2008-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına layiq görülüb.

Filmoqrafiya
Tale yükü (film, 1997)


Tarix: 05.02.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 412 Bölmə: Aktyorlar
loading...