Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tahir Tahirov

Geyim rəssamı. Aktyor.

Həyatı

T.Tahirov 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. O, müxtəlif vaxtlarda Akademik Milli Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında, Dövlət Rus Dram Teatrında bir çox tamaşaların bədii həllini vermişdir. O, bir müddət Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rəssam vəzifəsində çalışmışdır. T.Tahirov Opera və Balet Teatrının səhnəsində F.Əmirovun "Sevil", "Min bir gecə", "Nizami", C.Verdinin "Travita" operalarına, Donisettinin "Arlekinada", P.İ.Çaykovskinin "Romeo və Cülyetta", T.Bakıxanovun "Xəzər balladası", X.Mirzəzadənin "Ağ və Qara", Q.Qarayevin "Leyli və Məcnun", "Don Kixot" baletlərinin səhnə tərtibatının və geyim eskizlərinin müəllifidir. T.Tahirov bir çox dövlət əhəmiyyətli tədbirlərin quruluşçu rəssamı olmuşdur. Onların sırasında Qanlı Yanvar hadisələrinin ildönümü, M.Dilbazi, S.Vurğun, Ə.Əliyev, Füzuli, Prezidentin and içmə mərasimi və başqaları vardır.

Filmoqrafiya
Babək (film, 1979)
Şeytan göz qabağında (film, 1987)
Yoxlama (film, 2006)
Cavad xan (film, 2009)
Sübhün səfiri (film, 2012)
Qorxma, mən səninləyəm-2


Tarix: 04.02.2013 / 21:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 243 Bölmə: Aktyorlar
loading...