Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zahid Mehdiyev

Aktyor

Həyatı

1983-1985-ci illərdə Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında səhnə maşinisti işləmiş, eyni zamanda teatrda hazırlanan tamaşalarda bir aktyor kimi də öz qüvvəsini sınamışdır. 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Əsas rolları: Vəli (Üzeyir Hacıbəyov «Arşın mal alan»), Murtuzov (Süleyman Ələsgərov və Şıxəli Qurbanov «Özümüz bilərik»), Hatəmxan ağa (Mirzə Fətəli Axundov «Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur»), Cəlilov (Vasif Adıgözəlov və Əliağa Kürçaylı «Nənəmin şahlıq quşu»), Nəcəf (Səid Rüstəmov və Süleyman Rüstəm «Durna»), Seyfulla (Sultanməcid Qənizadə «Ayının min bir oyunu»), polis nəfəri və ikinci xəstə (Firuz Mustafa «Ağıllı adam»), Fulda (Fridyeş Karinti «Sehirli kreslo»), V Aktyor (Üzeyir Hacıbəyov «Əyri oturaq, düz danışaq»), Əbülfəz (Elçin «Şuşa dağlarını duman bürüyüb»), Carçı (Ələmdar Quluzadə «Pənah evi»), Asim Xoca (Nazim Hikmət «Bayramın birinci günü»), Mürsəl bəy (Əbdurrəhim bəy Haqverdiyev «Millət dostları»), Hacı Saleh (Süleyman Sani Axundov «Tamahkar»), Cavad (Əbdurrəhim bəy Haqverdiyev «Dağılan tifaq»), İbrahimxəlil xan (Hüseynbala Mirələmov «Güllələnmiş heykəllərin fəryadı»). Z.Mehdiyev həm də gözəl və məlahətli səsə malikdir və əksər tamaşalarda, xüsusilə də «Nəğmədir, gülüşdür hər dərdə məlhəm» adlı konsert-tamaşada o bir xanəndə kimi də öz bacarığını göstərir.

Üzeyir Hacıbəyovun felyetonlarının motivləri əsasında hazırlanmış «Əyri oturaq, düz danışaq» tamaşasının 2000-ci ildə keçirilən Festivallar festivalında diplom və mükafatlar almışdır.

Filmoqrafiya
Lal (film, 2003)
Almas Yıldırım (film, 2004)
Ərazi (film, 2005)


Tarix: 05.02.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 523 Bölmə: Aktyorlar
loading...