İsmayılov Tofiq Hüseyn oğlu — kinorejissor, kinodramaturq, nasir, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi (1987), professor (1992), Azərbaycanın xalq artisti (1997), elmlər doktoru.Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Filmoqrafiya
4 Həmçinin bax
Həyatı
Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 190 saylı Bakı şəhər orta məktəbini bitirmişdir (1958). M.A.Əliyev adına Teatr İnstitutunun aktyorluq fakültəsində (1958-1962), sonra rejissorluq fakültəsində (1962-1968) təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlamışdır (1954). Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi (1960-1961), rejissor (1962-1967), "Azərbaycanfilm" studiyasında rejıssor köməkçisi, orada bədii təlimlər rejissoru (1967-1968) vəzifələrində çalışmışdır. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil almışdır (1968-1970). Sonra "Azərbaycanfllm" studiyasında bədii fılmlərin quruluşçu rejissoru vəzifəsində işləmişdir (1969-1988). 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışmışdır, kafedranın müdiri olmuşdur (1988-1994). 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləmişdir. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olmuşdur. 2007-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
"Müasir Azərbaycan kinosunda tipik xarakter" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilmişdir (1992-2011). Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirmişdir. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunmuşdur. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi – "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında çap edilmişdir.
Əsərləri
Qonşular. Bakı: Gənclik, 1978,
Sevinc yuxusu. Bakı: Gənclik, 1979, 38 səh.
Şəkil teatrı. Bakı: Gənclik, 1978, 16 səh.
Şəkil kino. Bakı: Gənclik, 1983, 16 səh.
Diş ağrısı. Bakı: Gənclik, 1986, 92 səh.
Türk Cumhuriyyetleri sinema tarihi (3 ciltte).
Türk dünyası kino sənəti. 2009
Kinoya gedən pişik (hekayə və pyeslər), 2011
Tarix: 04.02.2013 / 21:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 524 Bölmə: Aktyorlar