Məsimov Qurban Abdulla oğlu (26 yanvar, 1971) – azərbaycanlı aktyor, rejissor və rəssam.Mündəricat
1 Həyatı
2 Quruluş verdiyi tamaşalar
3 Səhnə tərtibatı verdiyi tamaşalar
4 Teatrdakı rolları
5 Filmoqrafiya
6 Həmçinin bax
Həyatı
Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988-1993-cü illərdə Ə.Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsində, 1995-2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir.
1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000-2002-ci illərdə ABA Televiziyasında yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm adı altında davam etdirmişdir. Hazırda isə Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısıdır. Həmçinin klounada janrında da yaradıcılıq təcrübələri vardır. Səhnə təxəllüsü Kloun Appadır.
Quruluş verdiyi tamaşalar
Kimdir Müqəssir?
Muğam Trio-Dizlər
Nərdivan
Səhnə tərtibatı verdiyi tamaşalar
Kimdir Müqəssir? Əbdürrəhimbəy Haqverdiyev
Uçuş. Şeyx Əttar
Ümid. S. Bekket
Manqurt. Çingiz Aytmatov
Şəngül, Şüngül, Məngül. M. Musabəyov
Şərqə Səyahət. Bəxtiyar Xanızadə
Dulusçu. Üzeyir Hacıbəyov
Zibillik pərvanələri. Bəxtiyar Xanızadə
Eşq. Bəxtiyar Xanızadə
Balaca Şahzadə. Antuan de Sent-Ekzüperi
Maska. Z. Zeynalov
İnsan. Alber Kamyu
Kölgə. Bəxtiyar Xanızadə
Korlar. A. Məmmədov
Foto Bahar. Üzel Arabul
Kesa və Morito. Akutaqava Rünoske
Teatrdakı rolları
Şar və Nasos- Nasos. Bəxtiyar Xanızadə
Nağaraçılar-Dikbaş
Kvaksafon-İntelligent qurbağa
Şərqə Səyahət-Məşuq, Oğru, 1-ci badam. Bəxtiyar Xanızadə
Kimdir Müqəssir?-Mələk, Bəy. Əbdürrəhimbəy Haqverdiyev
Şəngül, Şüngül, Məngül-2-ci Aparıcı, Div, Qazı. M. Musabəyov
Uçuş-3-cü Saliq. Şeyx Əttar
Zibillik Pərvanələri-Ölüm, Solist skripkaçı. Bəxtiyar Xanızadə
Dulusçu-2-ci Gürcü. Üzeyir Hacıbəyov
Eşq-Ulduz. Bəxtiyar Xanızadə
Balaca Şahzadə-Təyyarəçi. A. Ekzüperi
Kesa və Morito-Morito. R. Akutaqava
İnsan-Şef, Müstəntiq, Prokuror. A. Kamyu
Kölgə-Musiqiçi. Bəxtiyar Xanızadə
Korlar-1-ci Kor. A. Məmmədov
Foto Bahar-Fotoqraf. Üzel Arabul
Kesa və Morito..-Morito.Akutaqava Rünoske
Filmoqrafiya
Ac həriflər (film, 1993)(tammetrajlı film-tamaşa)(Aztv)
Nigarançılıq (film, 1998)-Şəkili qulluqçu (Tammetrajlı Film-Tamaşa)(TV)
Yaşıl eynəkli adam-2 (film, 1999)-Xoreoqraf (Tammetrajlı Bədii Film)(TV)
Nəm-Nəm (2000)-Nəm-Nəm (Televiziya Verilişi)(ABA Tv)
Nekroloq (film, 2001)-Məcid (Tammetrajlı Bədii Film)(TV)
Salur Qazanın evi talandığı boy (film, 2001)
Yaşıl eynəkli adam-3 (film, 2002)-Elman Telmanoviç (Tammetrajlı Bədii Film)(TV)
Bir anın həqiqəti (film, 2003)-Rauf (Çoxseriyalı Bədii Film)
Dəvətnamə (film, 2003)-Bəstəkar (Tammetrajlı Bədii Film)(TV)
Manqurt (film, 2003)
Mətbəxdə şou-nəm-nəm (film, 2003)-Nəm-Nəm (Televiziya Verilişi)(Lider Tv)
Ovsunçu (film, 2003)-Sirk artisti(Tammetrajlı Bədii Film)
Kişiləri qoruyun (film, 2006)
Bəylik dərsi (film, 2007)-Məzhəkəçi (Tammetrajlı Televiziya Tamaşası)(TV)
Cavid ömrü (film, 2007)-Mikayıl Müşfiq( Tammetrajlı Bədii Film)
Əlvida (film, 2007)
Gülməşəkər (veriliş, 2007)-Nəm-Nəm (Televiziya Verilişi)(AzTv)
Arzular – Araz (İran)
Arzular Aləminə Səyahət – Kloun Appa (Elmi-tədris filmi)
Xəzər Gözəli – Abbas (Almaniya-Azərbaycan)
İtkin Pay – Ruhiddin (İran)
Qraf Krestovski – Tayr (NTV-Rusiya)
Təklif – 2-ci Dələduz (Film-Tamaşa)(TV)
Səkkizinci səma – Qurban (İran) 2010
Aramızda qalsın (film, 2011)(bədii serial)
Tarix: 03.02.2013 / 18:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 630 Bölmə: Aktyorlar