Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərdar Rüstəmov

AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Mənbə
5 Həmçinin bax


Həyatı

Rüstəmov Sərdar Mənsur oğlu (20.08.1980) 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Tələbə vaxtlarından Akademik Milli Dram teatrının tamaşalarında kütləvi səhnələrdə çıxış edib. O, 1999-cu ildə teatrın aktyor truppasına götürülüb. Sərdar Rüstəmov Teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Mədənçi ("Aydın" C.Cabbarlı), Şikayətçi ("Lənkəran xanının vəziri" M.F.Axundov), Rəhman ("Dar ağacı" B.Vahabzadə ), Çapar, Aktyor və Korneli ("Hamlet" V.Şekspir ), Təlimçi ("Kəllə" J.Molyer ), 1-ci oğlan ("Hərənin öz payı" X.Qoca), Leandr ("Skapenin kələkləri" J.Molyer), Qəzet satan ("Brüsseldən məktublar" H.Həsənov), Elmi işçi ("İkinci səs" B.Vahabzadə ), Milis ("Ölüləri qəbristanlıqda basdırın" İ.Şıxlı), Eloğlu ("Eloğlu" A.Şaiq), 2-ci gənc ("Mesenat" Ə. Əmirli), Rizvan ("Rəqabət" B.Vahabzadə).

Sərdar Rüstəmov "Mən sənin dayınam" (Rejissor assistenti), "Yanmış körpülər" (Sahib ağanın cangüdəni), "Mənim üçün varsan" (Polis rəisi), "Sarı gəlin" (Qıpçaq Məlikin vəziri) teletamaşalarında və "Təlatüm" (Ağahüseyn Babazadə), "Cavid ömrü" (Həsən Paşa) bədii filmlərində çəkilib.

Filmoqrafiya
Mən sənin dayınam (film, 2001)
Qeybdən gələn səs (film, 2002)
Yanmış körpülər (film, 2003)
Mənim üçün varsan (film, 2005)
Təlatüm (film, 2006)
Biz qayıdacağıq (film, 2007)
Cavid ömrü (film, 2007)
Cavad xan (film, 2009)
Sonuncu dərviş (film, 2009)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Üfüqü ötənlər (film, 2011)
Dolu (film, 2012)


Tarix: 04.02.2013 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 323 Bölmə: Aktyorlar
loading...