Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Telman Əliyev

AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Mənbə
5 Həmçinin bax


Həyatı

Əliyev Telman Rüstəm oğlu (01.11.1947)Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirmişdir. Gəncə Dövlət Dram Teatrının səhnəsində aşağıdakı rolları oynamışdır: Bəhram ("Solğun çiçəklər" C.Cabbarlı), Baloğlan ("Almaz" C.Cabbarlı), Şeyx Alı ("Vaqif" S.Vurğun), Məşədi İbad ("Məşədi İbad"H.Hacıbəyov), Əliqulu ("Əliqulu evlənir" S.Rəhman), Xurşidbanu Natəvanın oğlu ("Xan qızı" F.Əliyarbəyli), Əziz("Qatır Məmməd"Z.Xəlil), Sabir("Yeddi oğlan və bir qız" R.Ağayev), Molla Sadıq ("Dəli Kür" İ.Şıxlı) və s.

Telman Əliyev 2000-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində oynadığı rollar bunlardır.

Balaxan ("Aydın" C.Cabbarlı), Şüeyb ("Ulduz, yaxud Ədirnə fəthi" C.Cabbarlı), Baba ("Poçt şöbəsində xəyal" Elçin), Qüdrət Qurbanoviç ("Köhnə ev" Ə.Əmirli), Yoldaş Əmrah ("Bu dünyanın adamları" Hidayət), Teromen ("Fedra" J.Rasin), Sintizator ("Hələ Sevirəm deməmişdilər" Ramiz Novruz), Qulamoğlu ("Hərənin öz payı" X.Qoca), Dilənçi ("Varlı qadın" Ə.Əmirli), Şeyx Əhməd ("Ölülər" C.Məmmədquluzadə).

Aktyor "Bir aktyorun teatrı" ( Araq düşkünü), "Bahar-99" (Məşədi) teletamaşalarına və "Şeytan içimizdədəir" (Şöbə rəisi), "Yük" (Duxançı), "Bizi dağlarda axtarın" filmlərinə çəkilib.

Telman Əliyev 1989-cu ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya
Ağabəyovlar
Balqabaq (film, 2007)
Cavad xan (film, 2009)
Xoca (2012)
Qaydasız döyüş (film, 2009)
Qocalar, qocalar... (film, 1982)
O dünyadan salam (film, 1992)
Seçilən (film, 2008)‎
Şeytan göz qabağında (film, 1987)
Təlatüm (film, 2006)
Ünvansız eşq (2011)
Yalan (film, 2006)
Yük (film, 1995)


Tarix: 04.02.2013 / 21:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 320 Bölmə: Aktyorlar
loading...