Quliyev Elçin Musa oğlu (Elçin Musaoğlu) – kinorejissor, ssenari müəllifi.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Festivallar
4 Həmçinin bax
Həyatı
Elçin Musaoğlu 11 iyul 1966-cı ildə Bakıda anadan olub. M.A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1983-1990), Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb (1989-1990). "Azərbaycanfilm" kinostudiyasında (1990), Akademstudioda(1992), "Azərbaycantelefilm" YB-də (1994-2004) çalışıb. 2005-ci ildən Ritm Prodakşnda çalışır. "Sinema Evi" Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür. Gənclər Nazirliyinin "İlin ən yaxşı kinorejissoru" (1999), Əl-Cəzirə Film Festivalı "Qızıl Mükafat"ının sahibidir (2006). "40-cı qapı" film layihəsi Focal cəmiyyətinin (İsveçrə) təyin etdiyi qrantın qalibi olub (2005). 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur.
42-ci Beynəlxalq Hyuston Film festivalında "Gold Remi Award.Foreign"(Ən yaxşı xarici film) mükafatına layiq görülmüşdür(2009).
Filmoqrafiya
40-cı qapı (film, 2009) filminin çəkilişləri
Leyli və Məcnun (1990)
Qatil (film, 1994)
P. S. (film, 1995)
Valın üçüncü üzü (film, 1996)
Qum dənəsi (film, 1997)
Səyyahın Gündəliyi (1997)
Azad Mirzəcanzadə (1998)
Rüstəm Haqqında (1999)
Hər şey olduğu kimi. Arşın mal alan-55. IV film (film, 2000)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
Hər şey olduğu kimi. Əminə Dilbazi (film, 2000)
Günəş və bulud (film, 2000)
İsmixan Rəhimov (film, 2000)
Küyçü Həmid (film, 2000)
O quzeylər (film, 2000)
Tofiq Bakıxanov (film, 2000)
Bir qəlbin iki dastanı (film, 2001)
Gəmiqaya (film, 2001)
Havalansın Xanın səsi (film, 2001)
Qaya (film, 2001)
Mingəçevir. Birinci film (film, 2001)
Mingəçevir. İkinci film (film, 2001)
Rəşid Behbudov (2001)
"Ruhun rəngləri". Nərminə Vəliyeva (film, 2001)
Şəfiqə Baxşəliyeva (film, 2001)
Usta Rəşid (film, 2001)
Basqal (film, 2002)
Fotoqraf (film, 2002)
Gözümün İşığı (2002)
Gülağa Məmmədov (film, 2002)
Lütfiyar İmanov (film, 2002)
Maestro (film, 2002)
Mariya Titorenko (film, 2002)
Durnalar qayıtdı (film, 2003)
Firəngiz Əhmədova (film, 2003)
Şüşə Oyuncaqlar (2003)
Nur Payı (2005)
Qamış Şəhərin Yuxuları (2006)
Mən kitabımı başlayıram (film, 2006)
Günəş və bulud-2 (film, 2007)
Qaşqayın son proqnozu (film, 2007)
Söz Uşaqlara Verilir (film)
40-cı qapı (film, 2009)(tammetrajlı bədii film)
Festivallar
1997 – İstanbul 1001 film festifalı, Türkiyə ("Qum dənəsi")
1997 – Oberhauzen film festifalı, Almaniya ("Qum dənəsi")
1999 – Pyarnu film festifalı, Estoniya ("Qum dənəsi")
2000 – Moskva Avro – Asiya film festifalı, Rusiya ("Qum dənəsi")
2001 – Leypsiq film festifalı, Almaniya ("Günəş və bulud")
2004 – Oberhauzen film festifalı, Almaniya ("Şüşə oyuncaqlar")
2004 – İnterfilm Berlin film festifalı, Almaniya ("Şüşə oyuncaqlar")
2006 – Əl Cəzirə Beynəlxalq Televiziya filmləri festivalı:
"Golden Award mükafatı" ("Şüşə oyuncaqlar")
2009 – 42-ci Beynəlxalq Hyuston Filmfestivalı(ABŞ):
"Gold Remi Avard.Foreign" ("40-cı qapı")
2009 – 44-cü Beynəlxalq Karlovi Vari Film Festivalı (Ist of the West)
2009 – 11-ci Beynəlxalq Bakı Şərq-Qərb Film Festivalı (40-cı qapı):
"Ən parlaq debüt" mükafatı.
2009 – 19-cu Beynəlxalq Cottbus Film Festivalı:
1. "The International Film Guide Inspiration Award"
2. "Prize of the Ecumenical Jury with a Special Mention"
2009 – Monteneqro TV və Film Festivalı:
1. "The award for best photography"
2. "The award for best directing"
3. "Silver olive"
2010 – Tiburon Beynəlxalq Film Festivalı(ABŞ):
"Federico Fellini Award"
Tarix: 01.02.2013 / 19:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 349 Bölmə: Aktyorlar