Coş Hartnett (ing. Josh Hartnett, 21 iyul, 1978, Minnesota, ABŞ) — amerikalı aktyor və prodüser.
Həyatı
İrland mənşəli Amerika aktyoru Coşua Daniel Hartnett 21 iyul 1978-ci ildə San-Fransisko şəhərinin Minnesota ştatındakı Sent-Pol şəhərində, hippi fəlsəfəsi və mədəniyyətinə pərəstiş edən bir ailədə dünyaya göz açıb. Yeniyetməlik illərində Coş futbolla ciddi maraqlanır və bu idman növünə vaxt sərf edirdi. Lakin sol dizindən aldığı zədə onun futbol xəyallarına son qoyur. 1996-cı ildə Minneapolis şəhərində məktəbi bitirən Coş, Nyu-York ştatındakı Perçes Universitetinə daxil olur. Ancaq bir il sonra Coş təhsilini yarımçıq qoymalı olur.
Karyera
1997-ci ildə onun televiziyadakı karyerası başlayır. Coş Hatnettə teleseriala çəkilməyi təklif edirlər. Aktyor kimi ilk rolu aviaşirkətdə kuryer obrazı olub. 1998-ci ildə böyük ekrandakı ilk ən uğurlu layihəsində iştirak edənədək Coş əsasən reklam çarxlarına çəkilir. 1999-cu ildə o, "Hellouin: 20 il sonra" (1998) filmində yaratdığı Con Teyt obrazına görə MTV kanalından "Kişi obrazlar arasından ilin sıçrayışı", 2002-ci ildə isə həmin kanaldan "Perl Harbor" (2001) filmində canlandırdığı kapitan Denni Uoker xarakterinə görə "Ən yaxşı kişi rolu" nominasiyası üzrə mükafatlar qazanır. 2001-ci ildə çəkildiyi daha bir ekran əsəri - "Qara qırğının enişi" filmindəki serjant Mett Eversmann obrazı da aktyorun məşhurlaşmasında az rol oynamır. Coş Hartnett musiqinin caz və blüz cərəyanlarının vurğunudur. Eyni zamanda o, təsviri incəsəntlə də maraqlanır. Vegetarian həyatı yaşayan Coş yoqa ilə məşğul olur. Onun sevimli yazıçısı Fyodor Dostoyevskidir. Coş Hartnett və Elden Henson "Roulette Entertainmant" adlanan müştərək studiya qurublar. Son zamanlaradək aktyorun Skarlet Yohanssonla görüşdüyü bildirilirdi. Onlar "Qara səhləb çiçəyi" (2006) filminin çəkilişləri zamanı tanış olublar. Ancaq bəzi mənbələrə görə, indi Coş Hartnett müğənni Rihanna ilə görüşür.
Filmoqrafiya
Perl Harbor (film, 2001)
Tarix: 30.01.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 293 Bölmə: Aktyorlar