Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikolas Keyc

Nikolas Keyc (əvvəlcə Nikolas Kim Koppolla, d. 7 yanvar, 1964, Lonq-Biç, Kaliforniya) Amerika aktyoru və prodüseri. Ən yaxşı kişi roluna görə 1995-ci ildə Oskar mükafatı və Qızıl Qlobus aldı. Hollivud Şöhrət Xiyabanında ulduzu da var. 2002-ci ildə "Sonni" filmi çəkmiş Keyc rejissor kimi meydana gəldi. Həyat yoldaşları Patrisiya Arkett və Liza Mari Presli olub, indiki - Alis Kim.

Həyatı

Uşaq olanda bir çox televiziya şoularında iştirak edən Nikolas Keyc yay tətilində San Fransisikodakı Amerikan Konserbaturasınd teatr təhsili alıb. Los-Ancelesin kənər məhəllələrindən birində dünyaya gələn Keyc,tez-tez depressiya keçirən və onun maraqlanmayan anasının pis şərtləri ilə böyüdü.Məktəbdən nifrət edən aktyor məktəbi bitirən kimi TV seriallarında rol aldı. 1982-ci il də istehsal edilən "Fast Times at Ridgemont High" filmində kiçik rol alan Keyc beləcə kinoya ilk addımını atmış oldu.

Karyerası

Əsas adı Nikolas Koppola olan və məşhur rejissor Frensis Ford Koppolanın qardaşı oğlu olan Keyc, əmisinin "Rumble Fish"(1983) adlı filmində rol aldı. Eyni il aktyorun ulduzluğa yüksəldiyi "Valley Girl"də oynayan aktyor,yenə rejisorluğunu əmisi Kopplanın etdiyi və baş rolda Kathel Turnerin də iştirak etdiyi "Peggy Suya Got Married" adlı filmdə rol aldı.Təcrübəli performansları ilə seçilən qabliyyətli aktyor, Çer ilə birlikdə rol aldığı Norman Jevisonun "Moonstruck"(1987) filmində seçildi.

Bu filmdəki performansı ilə Coen qardaşlarının diqqətini çəkən Keyc, rejisorların "Raising Rizona" adlı filmdə çəkildi.

Bəzi çəkildiyi filmləri
Kotton klubu (1984)
Quşlu (1984)
Xortdanın öpüşü (1989)
Las-Veqası tərk edərkən (1995)
Qaya (1996)
Hava həbsxanası (1997)
Simasız (1998)
Mələklər şəhəri (1998)
İlan gözləri (1998)
8 millimetr (1998)
60 saniyəyə qaçırmalı (2000)
Kapitan Korellinin seçimi (2001)
Millətin dəfinəsi (2004)
Silah baronu (2005)
Əkiz qüllələr (2006)
Kabus yarışçı (2007)
Peyğəmbər (2007)
Millətin dəfinəsi: Sirrlər kitabı (2007)
Təhlükəli Banqkok (2008)
Pis leytenant (2009)
Quduz it (2010)
Rəqslər (2010)


Tarix: 30.01.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 485 Bölmə: Aktyorlar
loading...