Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rus Amerikası

Rus Amerikası (rus. Русская Америка, Russkaya Amerika) 1799-cu ildə ABŞ-ın Alyaska ştatının ərazisində yaradılan və Rusiya İmperiyası tərəfindən idarə olunan tarixi dövlət.Rus Amerikasının idarə olunmasında Rusiya-Amerika şirkətinin rolu daha böyük olmuşdur.Rusiya İmperiyasıının keçirdiyi daxili böhran və xərclərin cox olması, ərazinin 1867-ci ildə ABŞ-a 7.2 milyon dollara satılması ilə nəticələnmiş,bu şəkildə dövlət fəaliyyətini dayandırmışdır.
İlk kəşflər
Alyaskaya ilk dəfə ruslar gəlmişlər.1648-ci ildə Semyon Dejniyev Sibirdə yerləşən Kolima çayının mənsəbindən səfərə başlamış və 14 gün sonra Şimal Buzlu okeanda yerləşən Anadir çayının məsəbinə çatmışdır.Bir sıra ehtimallara görə ekipajda olan bəzi dənizçilər yolda azmış və Alyaskaya Semyon Dejniyevdən daha tez çatmışdır.Ancaq bunu sübut edə biləçək bir dəlilil yoxdur. 1741-ci ilin iyununda Kamçatkaya səfərə çıxan Vitus Beringin Bosmanı olan Alekseyv Çirkov indiki Alyaska ilə Kanadanın yaxınlığında yerləşən ərazisə sahilə çıxmışdır.

Tarixi
Alyaska ərazisinin kəşf olunması,xəbəri daha çox Rusiyada kürk ticarəti ilə məşğul olan tacirləri sevindirdi.Onlar Sibirdən başlayaraq Aleut adalarına gədər olan yeri 2 ay müddətində getmişdirlər.Tez-tez səfər etmək əlverişli deyildi.Yolun uzaq olması və hər dəfə səfər xərçlərinin çoxluğu Rusiyalı tacirlərin burada yeni yaşayış məsgənləri salması ilə nəticələnmişdi.Alyaskada ilk özgə yaşayış məsgənini Ruslar tərəfindən 1790-cı ildə salınmışdır.Bunlar elədə böyük olmayan balıqçı kəndləri idi.Kürk ticarəti ruslara xeyli gəlir gətirməyə başlayırdı.Onlar, əsasən Bering körfəzi ərazisində,suiti,dəniz samur kimi heyvaları ovlayır, və dərilərini baha qiymətə satırdılar.Bu işin gəlirli bir sahə olduğunu görən rusların sayı Alyaskada durmadan artmaqda davam edirdi.Ov zamanı, əsasən yerli əhalidən Eskimo və Aleut tayfalarından istifadə olunurdu.Ruslar Alyaskaya gələnən az bir müddət sonra yerli əhalinin demək olar ki, hamısının özərindən aslı vəziyyətə salmışdırlar.Rus Amerikasında birinci rus qəsəbələri Qriqori İvan Şelixov irkutsk taciri tərəfindən salınmışdır. Kütləvi şəkildə ovlanma nəticəsində dəniz heyvanlarının sayı azalmışdır.Bununla ruslar yerli əhalini daha cox inçitməyə başlamış, onları ovlamaq üçün daha əlverişsiz yerlərə göndərmişlər.Xususəndə Şelikov və Galikov şirkətinin yerli xalqa qarşı olan münasibəti nəticəsində Aleutlar, üsyan etmiş və qalib qəlmişdirlər.Ancaq texniki baxımdan daha üstün olan ruslar sonda Aleutlar üzərində qələbə qazanmışlar.Aleut xalqı Ruslarla yaratdığıları münasibərlər,kütləvi qrip epidemiyası,qətliyamlar səbəbindən xalqın 80% məhv olmuşdur.Alyaskaın strateji cəhətədən cox sərfəli ir yerdə yerləşməsi,bu ərazilərə tacirlərin axınına səbəb olurdu .Ətraf yerlərdən gətirilən mallar, bəzən rusların ərazilərdində dayanır və ya bir neçə gecə qalırdılar.1784-cü ildən etibarən Alyaskanın daha yaxşı idarə olunması üçün burada Rusiya-Amerika şirkəti yaradılmışdır.Şirkətinin sahibi olan Grigori Şelixov Kodiak adasında yüzə yaxın yerlini qətlə yetirilməsi haqqında əmr vermiş və bu şəkildə ada da hakimiyyətini qura bilmişdir.1790-cı ildə Moskvaya qayıdan Grigori Şelixov Alyaskanın idarəsin Alexandr Baranova tapşırır.Daha sonra əraziyə, təxminən iki il ərzində minə yaxın rus gəlmişdir.Onlardan çoxu yerli qızlarla evlənmişdir.1795-1802-ci illər, ruslarla yerli aleutlar arasında müharibə baş vermişdir.Müharibə zamanı texniki üstünlüyə sahib Alexandr Baranov qalib gəlmiş və onlarla Aleut kəndi dağıtmışdır.Bundan sonra Alexandr Baranov tərəfindən 1799-cu ildə Novoarkhangelsk şəhərinin əsası qoyulmuş və bu Amerika Rusiyasının paytaxtı olmuşdur.Şəhər indi ki, ABŞ-ın Alyaska ştatında yerləşən Sitka şəhəridir.Rusiya-Amerika şirkətinin fəaliyyəti nəticəsində Kaliforniyayla, Havay adalarıyla və Çinlə Şimali Amerikada rus qəsəbələrinin ticarət əlaqələri əhəmiyyətli dərəcədə genişlənmiş, yeni qəsəbələr yaradılmışdılar.Bu zamanlar Rus Amerikasında gəmi inşaatı, misəridən zavodlar inşa olunmuş və kömür çıxartmağa başlanmışdır, Alyaskada orta məktəb açılmışdır. Rusiya hökuməti vasitəsi ilə 1804-1840-də şirkət Sakit okean sahillərinə 25 gəmilik ekspedisiya təşkil etmişdir.


Tarix: 26.02.2015 / 18:29 Müəllif: Feriska Baxılıb: 275 Bölmə: ABŞ tarixi
loading...