Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənubi Koreya Boinqi ilə hadisə (1983)

Cənubi Koreya Boinqi ilə hadisə — 1983-cü il sentyabrın 1-də Koreyanın 007 Aviareysi (Boeing 747), kommersiya təyyarəsi Sovet hava məkanına daxil olanda, Sovet İttifaqı reaktiv qırıcısı (SU-15) tərəfindən vurulan hadisə. Təyyarədə ABŞ Konqresmeni Lorens MakDonald da daxil olmaqla 269 nəfər həlak olmuşdur.

Öz uçuş xəttindən çıxmış Koreya Hava Yollarının 007 reysi ilə uçan mülki xidmət təyyarəsinin Sovet reaktiv təyyarəsi tərəfindən vurulması hadisəsi Birləşmiş Ştatlar-Sovet münasibətlərindəki gərginliyi gücləndirmişdir.
Təfərrüatlar
1983-cü il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə SSRİ-nin Kamçatka yarımadasına, az sonra isə Saxalinin hava ərazisinə icazəsiz daxil olan naməlum təyyarə aşkarlanmışdır. Onu yerə endirmək üçün havaya sovet qırıcıları qaldırılmış və yad təyyarəyə ən yaxın hava limanında enmə əmri verilmişdir. Radar ekranlarında ABŞ-ın "RC-135" kəşfiyyat təyyarəsi kimi görünən bu obyekt, əslində "Boinq-747" markalı adi sərnişin təyyarəsi olub.

Qırıcılardan verilən təkidli enmək əmrinə baxmayaraq "Boinq" SSRİ ərazisi üzərində qanunsuz uçuşunu davam etdirmişdir. Ekipajı yerə endirmək üçün bütün səylər nəticəsiz qaldıqda yad təyyarə havada saat 18:22:20-də vurulur. Cənubi Koreyaya məxsus olan Nyu-York–Seul reysi ilə uçan bu sərnişin təyyarəsində 269 nəfər günahsız insan həlak oldu.

Səhərisi gün dünya ictimayiəti ayağa qalxmış, etiraz dalğaları yer üzünü bürüdü. ABŞ prezidenti Ronald Reyqan SSRİ-ni "şər imperiyası" adlandıraraq konqres qarşısında hərbi xərclərin artırılması tələbini qoydu və buna nail oldu.

Bu hadisədə qaranlıq məqamlar çox idi. Bütün baxışlardan keçib uçuşa buraxılan təyyarə heyəti dəyişdirilmiş, 18 nəfər sənədlərdə göstərildiyi halda 29 nəfər uçuşa çıxmışdır.

Burada 350 əvəzinə 240 sərnişin uçurdu. Seula uçan bu təyyarənin heyəti həmişəki kimi sığorta olunmuşdu. Amma bu dəfə məbləğ daha artıq idi.

Bu hadisə kəşfiyyat tarixində "007 nömrəli reys" adını daşıyır.


Tarix: 18.02.2015 / 18:59 Müəllif: Feriska Baxılıb: 252 Bölmə: ABŞ tarixi
loading...