Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ceymstaun qətliamı

Ceymstaun qətliamı (ing. Indian massacre of 1622) - 1622-ci ildə Şimali Amerikaya gəlmiş Avropalıların yaşadığı Ceymstaun şəhərində, hindular tərəfindən gerçəkləşdirilmiş qətliam. 1607-ci ildə Ceymstaun şəhəri salınanda, ilk vaxtlar gəlmələrin yerli əhali ilə münasibətləri yaxşı idi. Hər iki tərəf arasında, qarşılıqlı ziyafətlərin təşkil edilməsi bunu bir daha təsdiq edir. Hindu qəbilə başçısı, Wahunsonacock öldükdən sonra yeni başçı Opechoncanough gəlmələri hindular üçün böyük təhlükə adlandırdı və yerli döyüşçüləri pilqremlərə qarşı mübarizəyə çağırdı. Opechoncanough avropalıları şübhələndirməmək, məqsədi ilə hakimiyyətə gələndə onlarla yaxşı davranmağa başladı. Bu müddət ərzində, silahların hazırlanması və basqında iştirak edəcək döyüşçülərin hazırlanması sürətlə davam edirdi. 22 mart 1622-ci ildə ani hücum başlandı. Aralarında qadın və uşaqlarında olduğu 350 nəfər öldürülmüşdür.


Tarix: 18.02.2015 / 19:18 Müəllif: Feriska Baxılıb: 330 Bölmə: ABŞ tarixi
loading...