Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ABŞ Vətəndaş müharibəsi

ABŞ-da Vətəndaş müharibəsi (1861-1865) – Şimalla (İttifaqla) Cənub quldar ştatları arasında vətəndaş müharibəsi. Avraam Linkolnun prezident seçilməsinə cavab olaraq quldarlar cənub ştatlarını İttifaqdan ayırmağı qərara aldılar və müharibəyə hazırlaşmağa başladılar. 1861-ci ilin fevralında Montqomeri şəhərində Cənub ştatları Konfederasiya yaradıldı. Konfederasiya ABŞ-ın 34 ştatından 11-ni birləşdirdi. 1861-ci il aprelin 14-də cənublular Fort-Samteri tutdu. Bununla da müharibə başlandı. 1861-ci il iyulun 21-də Şimal ordusu (35 min) Manassas şəhərində, oktyabrda isə Bols-Blaff yaxınlığındakı döyüşlərdə məğlub edildi. İkinci dövründə (1863-1865) Şimal ordusuna 190 min zənci əsgər daxil oldu. 250 min zənci arxa cəbhədə hərbi qulluğa cəlb edildi. 1863-cü ilin iyulunda cənublular Gettisberq və Missisipi çayı vadisindəki döyüşlərdə məğlub oldular. 1865-ci il aprelin 3-də Konfederasiyanın paytaxtı Riçmond şəhəri tutuldu. Həmin müharibədə tarixdə ilk dəfə zirehli gəmilərin döyüşü (1862-ci il martın 9-da) oldu. 1867-ci il martın 2-də Cənubun Yenidənqurması haqqında birinci qanun verildi.


Tarix: 18.02.2015 / 19:10 Müəllif: Feriska Baxılıb: 104 Bölmə: ABŞ tarixi
loading...