Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Komançilər

Komançi - Amerika Birləşmiş Ştatlarında yaşayan hindu xalqı. Komançi qəbiləsinin Meksika və Texas arasında yerləşən ərazilərdə, daha güclü olmuşdular. XIX əsrin əvvələrində Komançilərin sayı 25 minə yaxın idi. ABŞ silahlı birliklərinə qarşı aparılan döyüşlərdə, Komançilərdən minlərlə insan həlak olmuşdur. Hal-hazırda ABŞ-da 10 minə yaxın, Komançi yaşayır. Bunlardan 5 mini Oklahoma ştatında yaşayan Komançilər təşkil edir.
Komançi adının yaranması haqqında, müxtəlif fikirlər vardır. Bu fikirlərdən birinə əsasən digər bir hindu qəbiləsi olan Utelərin dilində arxaik formada işlənən Komance sözü olmuşdur. İspanlar Şimali Amerikaya gəldikdə, qəbilənin Kohmahts olaraq adlandırmışdılar. Bu söz, sonralar Komançi sözünə uyğunlaşdırılmışdır. Kohmahts sözü müxtəlif dillərdə, müxtəlif mənalarda işlənmişdir. Bəzi qaynaqlarda bu söz düşmən, döyüşmək istəyən, bizə qarşı olanlar və yad mənalarında işlənmişdir. Komançi sözünün ispan dilində geniş yol mənasında işlənən camino ancho sözündən də yarandığı ehtimal edilir. Komançilər özlərinə insan mənasını verən Numunuu adlandırılar.


Tarix: 26.02.2015 / 18:21 Müəllif: Feriska Baxılıb: 226 Bölmə: ABŞ tarixi
loading...