Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ABŞ iqtisadiyyatının tarixi

ABŞ iqtisadiyyatının tarixi 16, 17, 18-ci əsrlərdə Şimali Amerikanın kolonizasiyası ilə başlayır. İkinci dərəcəli rol oynayan kolonial iqtisadiyyatlar bir müddət sonra 13 müstəqil fermer iqtisadiyyatlarına çevrilirlər. 1776-cı ildə isə birləşərək Amerika Birləşmiş Ştatlarını yaradırlar. Hal-hazırda ABŞ iqtisadiyyatı nəhəng, sənayələşmiş, inteqrasiya olunmuş iqtisadiyyata çevrilmişdir. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının təxminən 25 faizini təşkil edir. Bu inkişafın əsas səbəbləri böyük vahid bazar, inkişafa təkan verən siyasi-hüquqi sistem, yüksəl məhsuldarlı böyük əkinçilik sahələri, zəngin təbii sərvətlər (xüsusən ağac, kömür, dəmir, və neft), sahibkarlıq ruhu və material və insan resurslarına investisiya yatırımıdır. ABŞ iqtisadiyyatında olan yüksək əmək haqqı milyonlarla miqrantı cəlb edir. ABŞ iqtisadiyyatının inkişafında texnoloji və sənayə amilləri böyük rol oynamışdır.
Kolonizasiyadan əvvəl
1492-ci ildə Xristofor Kolumb İspan bayrağı altında üzərək Asiyaya yol tapmaq əvəzinə "Yeni dünya"nı kəşf edir. Növbəti 100 ildə qızıl, var-dövlət, şan-şöhrət tapmaq və imperiyaçılıq məqsədi ilə ingilis, ispan, portuqal, holland və fransız tədqiqatçıları "Yeni dünya"ya yollanırlar. Ancaq Meksikadan şimalda az şan-şöhrət və qızıl olduğundan onların çoxu buranı tərk edir. Məskunlaşmaq məqsədi ilə insanlar bura bir müddət keçəndən sonra gəldilər. 1565-ci ildə ispanlar Sant-Avqustində kiçik bir qalanın əsasını qoyurlar, ingilislərdən ibarət kiçik bir qrup isə 1607-ci ildə Ceymstaunun əsasını qoymuşdur. Onlar öz aralarında ticarətlə məşğul olurdular. Bu zaman yerli amerikalılar immunitet çatışmamazlığından əziyyət çəkirlər. Buna səbəb avropalıların özləri ilə gətirdiyi mikroblardır. Yerli amerikalıların iqtisadi sistemləri, məsələn, irokezlərin iqtisadi sistemi, ovçuluğun, yığıcılığın və fermerçiliyin müxtəlif kombinasiyalarını özlərində cəmləşdirirlər. Avropalıların gəlişi və nəticədə yeni xəstəliklərin yayılması, avropa malların axını, avropalılarla işgüzar əlaqələrin əmələ gəlməsi, xəz, at, spirtli içki ticarəti, müharibələr, torpaq itkisi, rezervasiyalarla məhdudlaşdırılıma yerli xalqların iqtisadiyyatlarının dəyişməsinə səbəb olmuşdur.

Kolonizasiya dövrü
İlk məskunların Amerikaya gəlməklərinin müxtəlif məqsədləri var idi. Massaçusetsdən olan Puritanlar "Yeni İngiltərə"də yeni pak din yaratmaq istəyirdilər. Digər koloniyalar, məsələn, Virciniya, sırf biznes məqsədləri ilə yaranmışdı. Gələcəkdə ABŞ-a çevriləcək ingilis koloniyaların uğurlu olmasının əsas səbəbi burada çarter şirkətlərinin mövcud olmasındadır. Çarter şirkətləri aksionerlərdən (adətən tacirlər və varlı torpaq sahibləri) ibarət qruplardır. Onlar adətən öz maraqlarını güdürlər və olsun ki, İngiltərənin milli maraqlarını da həyata keçirtməyə çalışırdılar. Özəl sektorun belə şirkətləri maliyyələşdirməsi ilə yanaşı, kral da onları iqtisadi haqlarla, siyasi və məhkəmə hakimiyyətinin müstəqilliyi ilə təltif edirdi. Koloniyalar, adətən, tez mənfəə gətirmirdilər. Bu səbəbdən ingilis investorlar öz kolonial çarterlərini məskunlara çevirirdilər. Siyasi nəticələr vaxtında həll olunmadığından ağır idi. Kolonistlər özləri tək başına öz həyatlarını, cəmiyyətlərini, iqtisadiyyatlarını qurmalı idilər.

Koloniyalar boyunca insanlar kiçik fermalarda yaşayırdılar və maddi cəhətdən müstəqil idilər. Bir neçə kiçik şəhərlərdə və Cənubi Karolina ilə Virciniyanın geniş plantasiyalarında bəzi zəruri mallar və dəbdəbəli əşyalar idxal olunurdu. Əvəzində buradan tütün, düyü və indiqo ixrac olunur.

Un üyüdən dəyirman və ağac emalı müəssisəsi kimi kiçik lokal sənayə obyektləri koloniyaların inkişaf etməsi ilə əmələ gəlirlər. Sahibkarlar balıqçı və ticarət gəmiləri düzəltmək üçün limanlar və dəmirçixanalar tikirlər. 18-ci əsrdə ayrı-ayrı regionların iqtisadi nöqteyi nəzərdən rolu aydınlaşmağa başladı. Belə ki, Yeni İngiltərə gəmiqayırmaya və dənizçiliyə üstünlük verirdi; Meriləndin, Virciniyanın və Karolinanın plantasiyaları tütün, düyü və indiqo yetişdirirdilər (çoxsu qul gücündən istifadə edərək); Nyu York, Pensilvaniya, Nyu-Cersi və Delaver kimi koloniyalar isə kənd təsərrüfatı və xəz malları ilə məşğul olurdular. Qullar istisna olmaqla ümumən yaşayış səviyyəsi yüksək idi, hətta İngiltərənin özundən də yüksək.

Yeni İngiltərə
Yeni İngiltərənin iqtisadiyyatı bütün kolonial dövr ərzində stabil olaraq inkişaf edirdi. Buna hətta ixrac oluna biləcək kənd təsərrüfatı malının olmamasıda əngəl yaratmırdı. Bütün provinsiyalar və çox şəhərlər iqtisadiyyatın inkişafını infrastruktur layihələrini subsidiyalaşdırmaqla təmin etmək istəyirdilər. Məsələn, yeni yollar salmaqla, körpülər, mehmanxanalar və bərələr tikməklə. Onlar ağac emalı müəssisələrinə, un üyüdən dəyirmanlara, polad əridən müəssisələrə, parça emal edən müəssisələrə, duz və şüşə istehsalı ilə məşğul olan müəssisələrə subsidiyalar, mükafatlar verirdilər. Onlara monopolist statusları verirdilər. Ən əsası koloniyaların qanunvericiliyi biznes üçün əlverişli şərait yaratmışdı. Koloniyaların hüquqi sistemi münaqişələri müzakirə etməklə yoluna qoymağa imkan yaradırdı, müqavilələrin şərtlərini icra etməyə məcbur edirdi, mülkiyyət hüququnu qoruyurdu. Bu regionu əzimkarlıq və sahibkarlıq səciyyələndirirdi. Buna səbəb həmçinin "Protestant əmək etikası"nın tələbləri idi. Protestantlıq insanlardan çox işləməyi tələb edir, çünki bu onların ilahi çağırışıdır.

İnkişafın faydaları Yeni İngiltərədə geniş yayılmaqda idi. Bu faydaları tacirlər, fermerlər, muzdlu işçilər öz üzərində hiss edirdi. Əhalinin sayının sürətlə artması yaxşı ferma torpaqlarının çatışmazlığına səbəb olur. Bunun nəticəsində yeni ailələrin qurulması ləngiyir və insanlar uzaq qərbə üz tuturlar. Şəhərlərdə güclü sahibkarlıq var idi və işçilərin ixtisaslaşmasında davamlı artım var idi. Kişilərin əmək haqqları 1775-ci ilə kimi davamlı olaraq artırdı. Qadınlar üçün yeni peşələr peyda olurdu: toxuculuq, müəllimlik, dərzilik. Bu region Yeni Fransa ilə sərhəddə yerləşdiyindən çoxsaylı müharibələr zamanı britaniyalılar sursat almaq, yollar salmaq üçün və kolonial əsgərlər üçün pul xərcliyirdilər. Sahildə yerləşən limanlar balıqçılıqda beynəlxalq ticarətdə və gəmiqayırmada ixtisaslaşmağa başladılar, 1780-ci ildən sonra isə balina ovunda. Kənd təsərrüfatı malları üçün genişlənən şəhər bazarının olması ilə birlikdə bu faktorlar iqtisadiyyatın inkişafına səbəb olurdu. Buna hətta texnoloji innovasiyaların olmamasıda mane ola bilmirdi.

Amerika inqilabı
13 koloniyada yaşayan amerikalılar Britaniyadan ingilislərin malik olduğu haqqları özlərinə də tələb etməyi başladılar. Onlar ödədikləri vergilər əvəzinə uzaq britaniya parlamentinə öz nümayəndələrini göndərmək istəyirdilər. Amerikalılar Britaniyada istehsal olunan malları boykot etməklə müqavimət göstərməyə cəhd edirlər. Əvəzində Britaniya "Amerika haqqları"nı ləğv edir və 1774-cü ildə 5 "dözülməz qanun" gəbul edir. Əvəzində amerikalılar inqilab edirlər. Bunun nəticəsində müharibə başlayır və Amerika Birləşmiş Ştatları yaranır. Britaniya amerikalıların limanlarını blokadaya almaqla iqtisadiyyatlarını çökdürmək istəyirdi. Lakin amerikalıların 90 faizi fermalarda və yalnız 10 faizi şəhərlərdə yaşayırdı. Buna görə amerika iqtisadiyyatı möhkəm idi və 1775-ci ildən 1783-cü ilə kimi davam edən uzun müharibəyə dəstək ola bilirdi.

Amerika inqilabı ayrılmaz insan haqlarını doğurdu. Yaşamaq, azadlıq, xoşbəxt olmaq üçün çalışmaq haqqını. Bu haqlar həm şəxsi, həm də iqtisadi müstəqillik verirdi, liberalizmin və respublikanizmin siyasi dəyərlərindən istifadə etmək üçün şərait yaradırdı, insanın təbii haqqlarını təsdiqləyirdi, hər kəsin qanun qarşısında bərabər olduğunu təsdiqləyirdi, vətəndaş borcu və ləyaqəti anlayışlarını yeridirdi, ümumi rifahın yaxşılaşması məqsədini vurğulayırdı.Britaniyanın amerikalılara, fransızlara və ispanlara qarşı müharibəsi Britaniyaya təxminən 100 milyon funta başa gəldi. Xəzinə lazım olan pulun 40 faizini borc alır, qalan hissəsini isə vergilər hesabına yığır.Böyük xərclər Fransanın müflisliyinə və fransız inqilabına səbəb olur.

Konqres və Amerika ştatları üçün müharibəni maliyələşdirmək çətin idi. 1775-ci ildə koloniyalarda qızılnan 12 milyon dollardan çox maliyyə vəsaiti yox idi. Bu isə heç hazırki əməliyyatları maliyyələşdirməyə imkan vermirdi, müharibəni maliyyələşdirməkdən söhbət belə gedə bilməzdi.

Vəziyyəti britaniyalılar daha da ağırlaşdırırlar. Onlar bütün amerika limanlarını blokadaya alaraq malların ixracını və idxalını mümkünsüz edirlər. Vəziyyətdən çıxış yolu könüllülərin köməyi və vətənpərvər vətəndaşların ianəsi idi. Vəziyyətdən digər çıxış yolu isə hazırki ödənişləri gecikdirməkdə, əsgərlərə və sursatla təmin edənlərə dəyərdən düşmüş valyuta ilə ödəniş etməkdə və müharibədən sonra vəziyyətin yaxşı olacağını vəd etməkdə idi. Həqiqətən, 1783-cü ildə əsgər və zabitlərə müharibə dövründə etdikləri xidmətə görə torpaq sahələri verilmişdir. 1781-ci ildə Riçard Morrisin maliyyə superintendantı vəzifəsinə gəlməsi ilə maliyyə məsələlərində güclü lider peyda olur. Morris 1782-ci ildə Fransanın verdiyi borcu özəl "Şimali Amerika Bankı"nı yaratmaq üçün xərcləyir. Bu bank müharibəni maliyyələşdirməklə məşğul olurdu. Morris prezidentin təminatına xərclənilən məbləği azaldır, müqavilələri icra etmək üçün rəqabətli hərraclar təşkil edir, hesablama əməliyyatları üzərində nəzarəti gücləndirir və ştatlardan federal hökümətin pul payını və sursat tələb edirdi.

Müharibə amerikalılara 66 milyon dollara başa gəlmişdi. Konqres əsasən 4 üsulla müharibə xərclərini qapatmağa çalışırdı. Konqres 2 dəfə (1775-1780-ci illərdə və 1780-1781-ci illərdə) kağız pul çap etmişdi. İlk çap 242 milyon dollarla olçülürdü. Əvvəl hesab edilirdi ki, dövrəyə buraxılan pullar vergiləri ödəmək üçün istifadə olunaraq dövlətə qayıdacaq. Lakin 1791-ci ildə pullar sahiblərindən satın alınır (1 dollar 1 sentə satılır). 1780-ci ildə insanlar dediyi kimi pullar "qara qəpiyə dəyməz"di ("not worth a Continental"). Buna görə ikinci dəfə yeni valyuta çap olunur. İkinci çap demək olarki dəyərsiz oldu, ancaq federal hökümət 1791-ci ildə 1 dollara 100 sent ödəyərək pulları satın alır. Həmən vaxt ştatlar, əsasəndə Virciniya və Karolina, 200 milyon dollardan çox dəyərdə öz valyutalarını çap edirlər. Əslində kağız pulların çapı inasanlardan vergi yığmağın bir üsulu idi. O zaman bu cür vergi yığımı yeganə mümkün olan üsul idi. Sürətli inflyasiya gəlirləri dəyişməz olan insanlar üçün çətinlik törədirdi, lakin insanların 90 faizi fermer olduğundan onlara inflyasiyanın təsiri birbaşa deyildi. Borclular borclarını dəyərdən düşmüş kağızlarla ödəməklə mənfəət götürürdülər. Ən böyük çətinliyi Kontinental Ordunun əsgərləri çəkirdi. Onların əmək haqqları onsuzda vaxtı vaxtında ödənilmildi. Bundan əlavə inflyasiya nəticəsində onların əmək haqqları hər növbəti ay dəyərdən daha çox düşürdü. Bunun nəticəsində onların döyüş ruhu zəifləyir, ailələrinin çətinliklərini daha da artırır.

1776-cı ildən başlayaraq Konqres varlı insanlardan pul yığmağa başlayaraq pul toplamaq istəyirdi. Müharibədən sonra isə öhdəliklərini yerinə yetirəcəyinə söz verirdi. Lakin bu üsulla çox məbləğdə pul yığmaq mümkün olmur, çünki o vaxt amerikalılarda az sikkə pulu var idi və çox varlılar ingilislər tərəfindən dəstəklənirdi. 1776-cı ildən başlayaraq Fransa gizlincə amerikalıları pulla, barıtla, hərbi təchizatla təmin edərək Britaniyanı zəiflətmək istəyirdi. 1778-ci ildə Fransa müharibəyə rəsmən qatılanda kömək etməyə davam edirdi. Fransa höküməti Parisdəki və Amsterdamdakı bankirlər kimi amerikalıların müharibəsi üçün böyük məbləğdə pul borc almışdılar. 1790-cı illərdə bütün borclar geri qaytarılır.

1777-ci ildən başlayaraq Konqres ştatlardan dəfələrdlə pul istəyir. Lakin ştatlarında vergi sistemi olmadığından onlardan kömək az idi. 1780-ci ilə kimi Konqres qarğıdalı, mal əti, donuz əti tələb edir. Bu cür səmərəsiz sistemlə Konqres ordunu birtəhər təmin edir.

Yeni dövlət
Frenk Burqinin 1989-cu ildə Filadelfiya konventi ətrafında apardığı tətqiqat göstərir ki, dövlətin iqtisadiyyatın nizamlanmasında iştirakı dövlətin baniləri tərəfindən nəzərdə tutulmuşdu. Bu Konfederasiya Maddələrinin təsiri altında yaranan iqtisadi və maliyyə xaosunu aradan qaldırmaq üçün lazım idi. İqtisadiyyatın dövlət nəzarəti altına keçməsi üçün edilməmişdi. Bunu etməkdə məqsəd ABŞ-ın təkcə siyasi cəhətdən deyil, həm də iqtisadi cəhətdən müstəqilliyini təmin etmək idi. ABŞ-ın iqtisadi cəhətdən Avropadakı qüvvələrdən asılı olmamasını təmin etmək idi. Elm, ixtira, sənayə və ticarətə dəstək ola biləcək güclü mərkəzi hakimiyyətin yaradılması ABŞ iqtisadiyyatının inkişafına təkan verəcək amil kimi qəbul olunurdu. Bununlada sübut etmək olardı ki, ABŞ-ın öz taleyini özü müəyyən etməsi üçün lazımı gədər güclü iqtisadiyyatı var. Frenk Burqi yazır:

Çox güman ki, ABŞ konstitusiyasını tərtib edənlər dövlətin passivliyi, qarışmamazlığı ilə razılaşa bilməzdilər. Dövlətin passivliyi onların məqsədlərinə uyğun deyildi. Onlar konfederasiyanın passivliyindən narazı idilər. Ceyms Uilson, konventin liderlərindən biri deyirdi: "Hazırki konfederasiyanın ən vacib səhvlərindən biri onun passiv olmasıdır. Konqresin həddən artıq idarə etməsindən şikayət yoxdur. Onun həddən artıq az idarə etməsindən şikayət var. Bu qüsurun aradan qaldırılması üçün, biz bura göndərilmişik." Milli hökümətin səlahiyətlərinin Konstitusiyada necə detallı əks olduğuna nəzər salsaq: onların sayına, formullaşdırılmağına, onda görərik ki, konventin iştirakçıları elə bir dövlət aləti yaratmaq istəyirdilər ki, birliyi, sabitliyi, hakimiyyəti qoruyub saxlamaqda digər xarici dövlətlərlə bir sırada dayana bilsin.

Siyasi və iqtisadi azadlıq yalnız respublika formalı dövlətin qurulmasından sonra mümkün olacağı düşünülürdü. İnqilabın baş verməsi, konstitusiyanın və federal birliyin yaradılmasıda bu səbəbdəndi; belə hesab edilirdi ki, istənilən düzgün hökümətin məqsədi ümumi rifahı yaxşılaşdırmaqdı və respublikanı qoruyub saxlanılması hər şeydən öncə ictimai xeyirxahlıqdan və ya vətəndaş xeyirxahlığından asılıdır. Edqar Conson 1973-cü ildə ABŞ-ın təməli qoyulanda təsis edilən iqtisadi prinsiplər ətrafında apardığı tətqiqatında yazırdı:

Müasir ədəbiyyatda gözə çarpan əsas nöqteyi nəzər belə idi ki, iqtisadi aktivlikdən ictimaiyyətin xeyir qazanması üçün dövlət gərək sahibkarlığın üzərində öz nəzarətini gücləndirsin. Bordli deyirdi: "İnsanların öz fiziki gücünü və ağlını istehsalda necə işlədəcəyini özlərini seçmələri düzgündür. Lakin bu o demək deyil ki, qanunu yazanlar milli iqtisadiyyatın kursunu təyin etməkdən azaddırlar. Məsələn, onlar dəbdəbəli malların istehsalını təqdir etməməlidirlər, əgər qidada və yaxud digər zəruri malların istehsalında ehtiyyac varsa. Qanunu yazanlar yalnız ictimaiyyətin xeyriyyəçisi olarlarsa öz funksiyalarını yerinə yetirə bilərlər; yeni ölkələrdə onlar kənd təsərrüfatını, ticarəti qorumalı, immiqrasiyaya təkan verməli və istehsalı genişləndirməlidirlər. Sözsüz ki, azadlıq insanın nail olduğu ən əhəmiyyətli nemətlərdən biridir, lakin azadlıq təmkinlikdən tam azad olmaq demək deyil. Əsil azadlıq üçün elə bir qanunvericilik sistemi olmalıdır ki, insanları ictimai rifaha nail olmaq üçün səylərini birləşdirməyə şövqləndirsin. Buna görə hökümətin borcudur ki, ölkəni gücləndirəcək istənilən fəaliyyəti və biznesi dəstəkləsin. Həmçinin hökümət insanları zəiflədən, onları rüşvətxor edən adətləri, paktikanı, modanı məhv etməlidir".

Con Kasson yazırdı:

Milli istehsalçıların dəstəklənməsi və insan əməyini əvəz edən texnikanın istifadəsi məsələləri bir birindən izolyasiya olunmuş iqtisadi məsələlər rolunda deyil, ümumən bütün iqtisadiyyata təsir edən məsələlər rolunda çıxış edirlər. Gələcək istehsalçılar gərək təkcə öz mənfəətlərini deyil, həmçinin ideoloji məsələləri düşünsünlər. Onlar gərək "Bu hansı qiymətə başa gələcək" sualı ilə birgə "Bu respublikaçılığa necə təsir göstərəcək" sualını verərdilər. Və bu sual heç də ritorik sayıla bilməzdi. Ən azından o dövr üçün.

1787-ci ildə gəbul olunmuş ABŞ konstitusiyası xalqın birliyini, ümumi bazarın olmasını, daxili tarifin olmamasını və ştatlar arasında ticarətdən vergi tutulmamasını təmin edirdi. Federal hakimiyyətin dərəcəsəi diskussiyalara səbəb olmuşdu. Aleksandr Hamilton Corc Vaşinqtonun administrasiyasında maliyyə naziri kimi bu məsələyə geniş nöqteyi nəzərdən yanaşırdı. Hamilton bu məsələyə "nəzərdə tutulan səlahiyyətlər" konsepsiyasından yanaşırdır. Bu o demək idi ki, federal hökümət konstitusiyanın həyata keçirilməsi üçün hətta konstitusiyada birbaşa qeyd edilməyən addımları atmağa ixtiyarı var. Hamilton idxal olunan mallara vergi təyin edir, o həmçinin viskiyə çox mübahisəli vergi təyin edir. Bunun köməyi ilə o dövlət borclarını qaytarır. Hamilton hesab edirdi ki, diversifikasiya olunmuş gəmiçilyin, istehsalın və bankçılığın köməyi ilə iqtisadi yüksəlişə nail olmaq olar. O lazım olan səlahiyyətləri konqresdən aldıqan sonra 1791 -ci ildə ABŞ-ın ilk bankını yaradır. Bank 1811-ci ilə kimi fəaliyyət göstərir.

Beləcə, ABŞ-da 18-ci əsrin ilk yarısında siyasi iqtisadiyyat sistemi formalaşır. Bütün düyada buna amerika məktəbi deyirlər. Bu sistem əsasən Britaniyanın sisteminin əksi olaraq başa düşülür. Maykl Hadson iqtisadi icarə və zəhmətsiz gəlir anlayışlarının müasir iqtisadi təfəkkürdən qovulmasını izah edərkən yazır:

Almaniya və digər ölkələrin Britaniya ilə sənayə rəqabətinə girərək Britaniyadan fərqləndikləri kimi, Amerika da Britaniyadan fərqlənirdi. Azad ticarət siyasəti o vaxtkı şərtlərə uyğun deyildi. Britaniya iqtisadçılarının ümumi kimi təsvir etdikləri isə əslində Britaniyanın sinif strukturunu özündə əks etdirirdi, əsasəndə Normanların dövründən qalmış torpaq icarəsini əks etdirirdi. Azad ticarət iqtisadçıları ABŞ-dakı yüksək əmək haqqının olmasını burada geniş sahibsiz torpaqların olması ilə əlaqələndirirdilər. Fabriklərdə işləmək əvəzinə bu torpaqlarda yerləşmək olardı... Amerika sənayəsinin işçi qüvvəsi gərək o dərəcədə məhsuldar olardı ki, yüksək yaşayış səviyyəsini dəstəkləyə bilsin. Bu isə kapital üçün investisiya yatırımını, himayəedici tariflər və ictimai infrastruktura yatırım tələb edirdi... məhsuldarlıq, dövlət investisiyaları və əmək haqqı eyni zamanda artmağa başladılar. Belə şərait tox, yaxşı təlim keçmiş və yaşamaq üçün evi olan amerikalı işçiyə öz əməyini ucuz qiymətə satmağı mümkün edir.

Amerika və Britaniyanın siyasi iqtisadiyyat sistemlərinin fərqləri Henri Çarlz Keri tərəfindən 1851-ci ildə yazdığı "Maraqlar harmoniyası" kitabında tədqiq edilmişdir. Keri belə nəticə çıxarırdı:

Bu iki sistem dünyanın gözü qabağındadır;... Biri ticarətdə olan ehtiyyacı gücləndirir; digəri isə ticarəti nəzarətdə saxlamaq üçün hakimiyyəti gücləndirir. Biri hindusları işlədir və bütün dünyanı onların səviyyəsinə endirmək istəyir; digəri isə bütün dünyada insanın səviyyəsini özündəki səviyyəyə gədər yüksəltmək istəyir. Biri yoxsulluğun, savadsızlığın, əhalinin sayının azalmasının, barbarlığın tərəfdarı kimi çıxış edir; digəri isə zənginliyin, komfortun, ziyalılığın, sivilizasiyanın tərəfdarı kimi çıxış edir. Biri ümumdünya müharibəsi tərəfdarıdır; digəri isə ümumdünya sülhün tərəfdarıdır. Biri ingilis sistemidir; digərini isə biz şərəflə amerika sistemi adlandıra bilərik, çünki o yaradılan sistemlərdən yeganəsidir ki, insanların yaşayış şəraitini yaxşılaşdırmaqla yanaş, həm də yüksəldir.

Amerika sisteminin institusional mexanizmləri ilk dəfə maliyyə naziri Aleksandr Hamilton tərəfindən işlənib hazırlanmışdı. O ilk amerika bankının yaradılması təşəbbüsü ilə çıxış edir və sənayənin inkişafına təkan vermək üçün tarifləri qaldırır. Aleksandr Hamiltonun Aaron Burr tərəfindən dueldə öldürülməsindən sonra, müharibədən əvvəlki dövrdə amerikanın siyasi iqtisadiyyat məktəbi əsasən Henri Kley və Viqlər partiyası tərəfindən dəstəklənir.

Amerika sistemi və amerika məktəbini formalaşdıran dövlət proqramları çərçivəsində görülən işlər nəticəsində 1802-ci ildə patent bürosu yaradılır; 1807-ci ildə çay və liman naviqasiyasının yaxşılaşdırılması məqsədi ilə Milli Geodeziya Ölçmələri qurumu yaradılır; ordu qərbə müxtəlif ekspedisiyalar təşkil edir; bu ekspedisiyalar 1804-cü ildən (Lyuis və Klarkın ekspedisiyasından sonra) başlayaraq 1870-ci illərə kimi davam edir; ekspedisiyalar Topoqrafik Mühəndislərin Hərbi Korpusuna aid olan bir zabit tərəfindən yönləndirilir, o, pionerlərə vacib məlumatları çatdırır; hərbi mühəndis zabitləri kanal və yolların tikinti və ya ölçmə işlərinə nəzarət etmək və ya yardımçı olmaq məqsədi ilə təyin olunurlar; Amerikanın ilk və ikinci bankı yaradılır.

Tomas Cefferson və Ceyms Medison güclü mərkəzi hökümətin olmasına (həmçinin Hamiltonun iqtisadi siyasətinə) qarşı çıxırdılar. Lakin Vaşinqton administrasiyasının daxilində nüfüza sahib olan Hamiltonu dəyandıra bilmirdilər. Buna baxmayaraq Cefferson 1801-ci ildə prezident olur və daha az mərkəzləşdirilmiş siyasəti, aqrar demokrasiyanı (Cefferson demokrasiyası) dəstəkləyir. Onun fəlsəfəsi sadə vətəndaşın iqtisadi və siyasi tiraniyadan qorunmasından ibarət idi. Cefferson kiçik fermerləri "ən vacib vətəndaşlar" adlandırırdı. Buna baxmayaraq Cefferson Hamiltonun siyasətinin əsaslarını dəyişməmişdir. Prezident olandan sonra Medison 1811-ci ildə bankın fəaliyyət müddətinin vaxtının bitməsinə imkan yaratdı. Lakin 1812-ci ilin müharibəsi milli bankın mövcud olmasında ehtiyyac olduğunu göstərir. Buna görə Medison pozisiyasını dəyişir. 1816-cı ildə 20 illik fəaliyyət müddəti ilə ABŞ-ın ikinci bankı yaradılır.

1812-ci ilin müharibəsi ABŞ-ın xarici ticarətinin demək olarki bütövlüklə qarşısını alır. Beləliklə ABŞ-da istehsal olunan mallara ehtiyyac artır. Buna görə azad ticarət siyasəti milliyətçiliklə və proteksionist tariflərlə xarakterizə olunan proteksionist siyasət ilə əvəz olunur. Əvvəllər bir silahın hissəsini digər silaha birləşdirmək çətin idi. Bu səbəbdən hər piyada alayının tərkibində bir silahçı olmalı idi. 1812-ci ilin müharibəsi isə qarşılıqlı əvəz olunan hissələri olan odlu silahlara ehtiyyac olduğunu göstərir. Buna görə Müharibə Departamenti belə silahların istehsalı məqsədi ilə müqavilələr bağlayır. Belə müqavilələrin nəticəsində müasir alətlərdə ehtiyyac yaranır. Əsasəndə, daşgoğrayan, üyüdən, biçiçi, yonma maşınlarında. Bu alətlərin inkişafı kütləvi istehsala qadir olan sənayənin inkişafını mümkün etdi.

1830-cu illərdən 1860-cı ilə kimi Konqres yüksək vergilərin təyin olunmasına dair Viqlər partiyasının çağırışlarını dəfələrlə rədd edir. Konqres həmçinin bu partiyanın iqtisadi millətçilik siyasəti təklifini dəstəksiz qoyur. Bu siyasət özündə güclü dövlət nəzarətini, nizamlamasını və infrastrukturun makroiqtisadi inkişafını cəmləyirdi. Məsələn, prezident Endrü Cekson ABŞ-ın ikinci bankını ləğv edir. Vergilərin məbləği vətəndaş müharibəsindən əvvəl dəfələrlə endirilir. Qərbdə iri dəmiryolu layihələrinin maliyyələşdirilməsinə yaxud homstedlərə pulsuz torpaqların verilməsinə dair təkliflər Cənublular tərəfindən rədd edilir. Onlar bu layihələrin Şimalı gücləndirəcəyindən qorxurdular. Vətəndaş müharibəsi isə vəziyyəti tamamilə dəyişdi.


Tarix: 18.02.2015 / 19:08 Müəllif: Feriska Baxılıb: 397 Bölmə: ABŞ tarixi
loading...