Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hans Morgentau

Hans İoaxim Morgentau (17 fevral, 1904 Koburq, Almaniya – 19 iyul, 1980, Nyu-York, ABŞ) alman əsilli amerika siyasətçisi və tarixçisi.

Həyatı
Hans Morgentau təhsilini Berlin, Frankfurt və Münhen Universitetlərində almış və bir müddət Almaniyanın hüquq sistemində çalışmışdır. 1932-ci ildə hüquqdan bir illik mühazirələr oxumaq üçün Cenevrəyə gedən Morgentau Almaniyada Hitlerin hakimiyyətə gəlməsi səbəbindən vətəninə geri qayıda bilməmiş, Cenevrədə qalmağa məcbur olmuşdur. 1935–1936-cı illərdə Madriddə dərs deyən Morgentau 1937-ci ildə Birləşmiş Ştatlara köçmüş və 1943-cü ildə naturalizasiya olmuşdur. Morgentau ABŞ-da Bruklin kollecində, Missuri və Çikaqo Universitetlərində və digər ali təhsil müəssisələrində dərs demişdir.

1948-ci ildə Morgentau indi Beynəlxalq münasibətlər nəzəriyyəsində klassika hesab edilən Beynəlxalq Siyasət kitabını çap etdirmişdir. Bu kitab BM nəzəriyyəsində Siyasi realizmin əsasını qoymuşdur.

Morgentaunun digər məşhur əsərləri aşağıdakılardır:

Elmi insan güc siyasətinə qarşı (1946)
Milli marağın müdafiəsinə (1951)
Siyasətin dilemmaları (1958)
Amerikan siyasətinin məqsədi (1960)
İyirminci yüzillikdə siyasət (1962)
Həqiqət və Güc (1970)


Tarix: 18.02.2015 / 18:52 Müəllif: Feriska Baxılıb: 201 Bölmə: ABŞ tarixi
loading...