Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük dəyənək siyasəti

Böyük dəyənək siyasəti — Ruzvelt hökumətinin Latın Amerikasındakı kursu.

Böyük dəyənək siyasətinin məqsədi
Böyük dəyənək siyasətinin 2 məqsədi var idi:

Amerika qitəsini Avropanın inkşaf etmiş ölkələrinin üzünə bağlamaq
Latın Amerikasının ABŞ-ın maraq dairəsinə daxil olmasını təmin etmək.
Ruzvelt Monro doktrinasına yeni məzmun verməklə göstərirdi ki, ABŞda da qaydasızlıq, istehsal böhranları xroniki hal alıb, bu isə sivilizasiyanın mövcudluğu üçün təhlükə yaradır. Ruzveltin bu siyasi kursunda Panama kanalının çəkilməsi və Venesuela təcrübəsi mühüm rol oynadı. Məlum olduğu kimi, hələ 16-cı əsrdən etibarən 2 Amerika arasında su yolunun çəkilməsi məsələsi çox ciddi problemə çevrilmişd Lakin, yalnız 1903-cü ilin 18 oktyabrda Panama kanalının çəkilməsinə start verildi. 1902-ci ildə isə İngiltərə, Almaniya və İtaliya Venesuelaya ultimatum verdiyi zaman prezident arbitr rolunu öz üzərinə götürdü. Teodor Ruzveltin "Böyük dəyənək" siyasətinin praktiki olaraq reallaşması ABŞ-Kuba münasibətləri ilə bağlı idi. ABŞ Panama kanalı ilə yanaşı Kubanı da ələ keçirmək istəyirdi. 1901-ci ilin fevralında Kubada konstitusiya layihəsi hazırlandı və ABŞ konqresi ona "Platda düzəlişi" etdi. Bu düzəlişə əsasən Kubanın suverenliyi məhdudlaşdırılır və ABŞ Kubaya müdaxilə hüququ əldə edirdi. İspan zülmündən təzəcə qurtulmuş Kubada ABŞ-in kapital qoyuluşu 30 milyarddan 200 milyard dollaradək artdı. 1906-1908-ci illərdə Kuba ABŞ-ın protektoratlığına keçdi. 1907-ci ildə isə ABŞ Dominikan Respublikası üzərində protektoratlığını elan etdi. Böyük dəyənək siyasətini növbəti uğuru 1909-cu ildə Nikaraquada da ABŞ protektoratlığının tanınması oldu.

Beləliklə, özünü Qərbdən təcrid etmiş ABŞ qitədə baş verən qeyri-stabil halların aradan qaldırılması üçün öz üzərinə polis rolunu gotürməli oldu və bu funksiyanı zorakılıqdan az istifadə etməklə reallaşdıracağını bildirdi. Bu yolla o, xalqın gözündə reformator kimi qaldı və öz sələfi üçün artıq onun öhdəsinə düşməyən liberal islahatlar proqramını qoyub hakimiyyətdən getdi.


Tarix: 18.02.2015 / 19:18 Müəllif: Feriska Baxılıb: 170 Bölmə: ABŞ tarixi
loading...