Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Roderik Davidson

Roderik Davidson (ingiliscəRoderic H. Davison)(23 mart 1917, 1996) – tarixçi.
Həyatı
Roderik Davidson Prinston Universitetində tarix təhsili alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. Harvard Universitetində doktorluq dissertasiyası müdafiə etdikdən sonra məzunu olduğu Prinston Universitetində tarix fənnindən dərs deyib.

İkinci Dünya Müharibəsi illərində Avropada yardım quruluşlarında çalışdı , Almaniyada diplomatik bir vəzifədə çalışdı, New Yorkda vicdanı rəddçilərin iş düşərgəsində yer aldı. 46 illik təhsil həyatında Osmanlı İmperatorluğu mövzusunda mütəxəssisləşdi, Corc Vaşinqton Universitetində Avropa tarixi dərsləri verdi. 1954də professor oldu, 1986da təqaüdə çıxdı, lakin 1990ların başlarına qədər dərs verməyə davam etdi.

1994 də Corc Vaşinqton Universiteti Davidsona fəxri doktor mükafatı verdi. Osmanlıda Qərb Təsiri (1997), Qısa Türkiyə Tarixi (2004), Birinci Dünya Döyüşündə türk-İngilis Əlaqələri (2004) və osmanlı-Türk Tarixi, 1774-1923 (2004) başlıqlı əsərləri də Türkcəyə tərcümə edilən Davison, 1996-cı ildə vəfat edib.

Kitabları
Reform in the Ottoman Empire 1856-1876, Gordian Press (June 1973), ISBN 978-0877521358
Essays in Ottoman and Turkish History, 1774-1923, Saqi Books (2001), ISBN 978-0863563249
Turkey: A Short History, The Eothen Press (1998), ISBN 978-0906719220


Tarix: 18.02.2015 / 18:53 Müəllif: Feriska Baxılıb: 320 Bölmə: ABŞ tarixi
loading...