Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəmir xörəkləriPizza, Pizza – Isti Pizza!

PIZZA
Xəmirin orijinal resepti Peter Reinhartin “The Bread Baker’s Apprentice” kitabından götürülmüşdür.

Bu xəmirdən 6 pizza kündəsi (diametri 23-30 sm) əldə edə bilərsiniz. Bir az qalın pizza istəyirsinizsə, xəmiri 5 kündəyə bölün.

Ərzaqlar:

4 stəkan yarım (607.5 q) ağ un
1 + dörtdə üç çay qaşığı duz
1 çay qaşığı toz maya
dörtdə bir stəkan (60q) zeytun yağı və ya başqa duru yağ
1 + dörtdə üç stəkan (420q və ya 420ml) soyuq su (4.5° C – buz kimi soyuq olmalıdır)
1 xörək qaşığı şəkər tozu


BİRİNCİ GÜN

1. Bir qabda unu¸duzu və toz mayanı qarışdırın.

2. Üzərinə zeytun yağı, şəkər tozu və soyuq suyu əlavə edin. Ardı »

Xəmir xörəkləriQarışıq pide

Qarışıq pide

MATERİAL SİYAHISI:

4 su stəkanı un
Yarım paket yaş maya
Duz
Su

DAXİLİ XƏRCİ ÜÇÜN:

Qovurma
Ağ pendir
Kaşar pendiri

ÜZƏRİ ÜÇÜN:

Kərə yağı

İÇİ:

Unu qarışdırma qabına alırıq, duzunu atırıq. Ortasını hovuz kimi açırıq. Ortaya yaş maya qoyuruq. Mayanın üstünə ilıq su tökürük. Su əvvəlcə maya əridirik, kənardan un alaraq xəmiri yoğururuq. Yumşaq bir xəmir əldə edirik. Xəmirdən naringi böyüklüyündə qoparıb yuvarlayırıq. Dəzgaha un səpirik və düyümləri pərlə açırıq.

Kaşar pendiri rəndələyirik, ayrı bir kasaya ağ pendiri xırda-xırda dograyırıq .Qovurmanı xırda kub şəklində doğrayırıq. Xəmir bəzilərinə kaşar pendiri bəzisinə ağ pendir və Ardı »

Xəmir xörəkləriturk axiska xingali


turk xingali.yarim kilo un. bir yumurta duz .su. iclik yarim kilo qoc eti . 2 bas sogan ve edviyalar. xemiri kundelere ayirib aciriq sonra icine hazirladigimiz icliyi qoyub agzini buze buze bukuruk. sonra qaynamis suya tokub lengere tokuruk uzerine yag ve sarimsaqli qatiq tokuruk

nus olsun
Ardı »

Xəmir xörəkləriGürzə

Qoyun əti – 217 q,

baş soğan – 30 q,

un – 80 q,

ərinmiş yağ – 25 q,

qatıq – 50 q,

sarımsaq – 2 q,

darçın – 0,1 q,

istiot – 0,1 q,

duz.


Ətlə soğandan hazırlanmış qiyməyə istiot, duz vurulub qızardılır. Undan bərk xəmir yoğrulub 1 mm qalınlığında yayılır və bundan diametri 5 sm ölçüdə dairələr kəsilir. Xəmir dairələrinin ortasına qiymə qoyulub tikiş yuxarı və bir ucu açıq qalmaq şərtilə bükülür. Hazırlanmış gürzə suda bişirilir, aşsüzəndən süzülür və süfrəyə verildikdə üstünə darçın səpilir, yanına sarımsaqlı qatıq qoyulur. Ardı »

Xəmir xörəkləriKartoflu pizza

Kartoflu pizza

MATERİAL SİYAHISI:

4 böyük kartof
100 q kaşar pendiri
50 q salam
1 kasa zeytun
1 kasa misir
1 köz qırmızı istiot

SOSU ÜÇÜN:

1 ovuc içi qədər təzə reyhan
2 diş sarımsaq
1 xörək qaşığı pomidor tomatı
1 şirin qaşığı istiot abqora
Duz
İstiot
Zeytun yağı

İÇİ:

Kartofları yaxşıca yuyuruq, qabığını soydan 1 barmaq qalınlığında dilimləyirik. Qazana kartofları tökürük, üzərinə qaynar su tökürük, duzunu da atıb 10 dəqiqə qədər qaynadırıq. Kartofların yanmamasına diqqət edirik. Kartofları yağlı kağız etdirdiyimiz və yağlayan məcməyilərə düzürük.

Sosu üçün, qarışdırma qabına tomatları qoyuruq. Reyhanı və sarımsağı nazik doğrayıb əlavə Ardı »

Xəmir xörəkləriGurze

Qiymə üçün - Yarım kq Ət ( mal və ya qoyun)
1 ədəd orta baş soğan,
duz, istiot, 2 çimdik darçın və sarıkök.
qatıq.


Xəmir üçün - Un, azca duz və su nə qədər apardı. Un hardasa iki əlimin ovcu ilə iki dəfə qaba tökürəm.
Hazırlanma qaydası - Əti və soğanı ət maşınından çəkirik və qarışdırırıq. Tavaya yağ töküb, əti yaxşı- yaxşı qovururuq. Bişənə yaxın duz, istiot vururam. Dada və ətirə görə isə darçın və sarıkök vururam. Qoyduq əti qırağa. Keçirik xəmirə. Una duz vurub, su ilə yoğururuq. Yumşaq xəmir alınır, xəmir bərk olmamalıdı, yumşaq, azca ələ yapışan. Ayırıq 3 kündəyə. Hər kündəni oxlovla nazik Ardı »

Xəmir xörəkləriƏt qutabı super ləzzət

Buğda unu

Su

Çəkilmiş ət (mal əti, olar yarı qoyun, yarı mal əti)

Baş soğan

Duz, istiot

Lavaşana


Lavaşana olmasa, su ilə qarışdırılmış tomat pastası

Çəkilmiş əti və soğanı qarışdırın, duz və istiot qatın. Sonra lavaşananı və ya tomat pastasını bu kütləyə əlavə edib, kənara qoyun .

Sonra xəmiri hazırlayın – una biraz ilıq su və duz qatın. Xəmirdən xırda, 70-100 gramlıg kündələr yoğurun. Kündələri dəsmalın üstünə yığın, üsünü selofanla örtün ki, kündələr qurumasın. 5-10 dəqiqə kündələr beləcə qalır.

Sonra kündələri diametri təxminən 1 metrədək yayın. Kiçik bir boşqabla (diametri təxminən 20 sm) açılmış xəmirin üstündə dairələr kəsin. Məndə 5 dairə alınır. Xəmirin kəsilmiş hissələrini birləşdirib, yeni dairə kəsin. Beləliklə Ardı »

Xəmir xörəkləriGöyərti ilə kəsmik qutabı

Göyərti 200q,

ispanaq – 75q,

turşəng - 76q,

göy soğan – 25q

keşniş və şüyüd - 25q,

kəsmik – 100q,

buğda unu – 140q,

ərinmiş yağ – 20q

, kərə yağı – 20q,

yumurta – 1/5 əd.,

istiot, duz.


Göyərti təmizlənir, yuyulur və yağda qızardılmış soğanla pörtlədilir. Soyuduqdan sonra göyərtiyə kəsmik, istiot və duz qatılıb yaxşıca qarışdırılır. Una duz, yumurta və su qatılıb xəmir yoğrulur, kündələnir, 1mm qalınlığında kiçik dairələrə yayılır. Yayılmış xəmirin arasına göyərti ilə kəsmik qiyməsi qoyulur, ayparaşəklində bükülür və qızğın tavada hər iki üzü bişirilir. Süfrəyə verdikdə qutabın üstünə əridilmiş kərə yağı tökülür. Ardı »