Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MürəbbələrSürtkəcdən keçirilmiş qara qarağat

1 kq şəkər

1 kg qara qarağat

Qarağatı saplaqlardan təmizləyib, yaxşı yuyursuz. Ətçəkəndən keçirib üstünə şəkəri əlavə edirsiz. Yaxşıca qarışdırın. Gün ərzində dəfələrlə qarışdırın, şəkər tam əriməlidir. Sonra şüşəli qaba töküb ağzını bağlayıb soyuducuya qoyun.

Nuş olsun!
Ardı »

MürəbbələrBalqabaqlı konfitür resepti

Tərkibi (yarım litr üçün):
300 q balqabaq
3-5 x.q. limon şirəsi
50 q ərik qurusu
350 q şəkər tozu
2 x.q. alma sirkəsi (əgər sirkə vurmaq istəmirsinizsə, o zaman limon şirəsinin qədərini artırın)
1 qırmızı istiotun yarısı
2 x.q. su

Hazırlanması:
Balqabağı təmizləyib xırda kubiklər şəklində doğrayın. Ərik qurusunu da yuyub doğrayın. İstiotun toxumlarını təmizləyib xırda doğrayın. Tələb olunan bütün ərzaqları qarışdırıb ocağın üstə qoyun. Qaynara düşəndən sonra 45 dəqiqə vam odda bişirin. Bankalara doldurub soyudun.

Nuş olsun! Ardı »

MürəbbələrDiyetik alma marmeladı resepti

Tərkibi:
7 ədəd şirin alma
1,5 su stəkanı su
2 ədəd qərənfil (mixək)
1 çay qaşığı darçın

Hazırlanması:
Almaların qabıqlarını soyun və dilimləyin. Su ilə birlikdə dilimlənmiş almaları bir qaba qoyun. Üzərinə qərənfilləri əlavə edin və almalar yumşalana qədər 10 dəqiqə qədər bişirin. Bişməsinə yaxın, almaları çəngəllə əzib püre halına gətirin. Sonra ocaqdan götürüb darçını əlavə edin və qarışdırın. Soyuduqdan sonra qaba qoyun.

Nuş olsun! Ardı »

Mürəbbələrqarağat mürəbbəsi

1 kg təmizlənmiş qarağat

1 kg şəkər

0,5 stəkan su


Giləmeyvəni saplaqlardan təmizləyib ehtiyatla yuyun. Mən adətən giləmeyvəni süzğəcin içində yuyuram. Süzğəci vaxtaşırı sirkələyirəm. Qazana ya da teştə giləmeyvənin yarısını töküb üstünə şəkər əlavə edin, və sonra qalmış giləmeyvəni tökün.
Vaxtaşırı qazanı silkələyin, şəkər bərabər yerləşməlidir. Bir neçə saat saxlayın. Əgər hava istidirsə, onda soyuq yerdə (soyuducuda), əks halda giləmeyvə turşuyar. 0,5 stəkan su əlavə edib qazanı (teşti) orta odun üstünə qoyun.

Şəkər əriməlidir və mürəbbə qaynamalıdır. Şəkər əriyəndə mürəbbə belə görünür.

5-7 dəq odun üstündə saxlayın. Bərk qaynamamalıdır. Odu söndürüb, mürəbbəni soyudun. Mürəbbə hazırdır.
Nuş olsun! Ardı »

MürəbbələrGöy pomidor mürəbbəsi resepti

Tərkibi:
1,5 kq göy pomidor
0,5 vanil budağı
1 limonun sedrası
600 q şəkər tozu

Hazırlanması:
Pomidorları yuyub doğrayın. Qazana yığıb üstünə şəkər tozu səpin. Ən azı 8 (daha yaxşısı 12) saat saxlayın. Sonra qazanı ocağın üstünə qoyun, limon sedrasını əlavə edib qaynadın. 10 dəqiqə qaynayandan sonra ocağı söndürün. 6 saat saxlayın. Sonra yenə ocağın üstə qoyun, vanil əlavə edin, qaynara düşəndən sonra 5-10 dəqiqə qaynadın. Vanili çıxarın. Mürəbbəni 12 saat saxlayın. Sonra yenidən ocağın üstünə qoyub limon şirəsi əlavə edin, 30-60 dəqiqə bişirin. Ya diri-diri, ya da blenderdən keçirib bankalara yığın.

Nuş olsun! Ardı »

MürəbbələrBanan mürəbbəsi resepti

Tərkibi:
500 q çox yetişmiş banan
180 q şəkər tozu
1 x.q. vanilli şəkər
1 ç.q. limon turşusu
1 dilim cirə (badyan)

Hazırlanması:
Bananı çəngəllə əzin. Şəkər tozu, vanil, cirə, limon turşusu əlavə edin. Ocağın üstünə qoyun. Qaynara düşəndə götürün. 3-4 saat saxladıqdan sonra bir daha bişirin: qaynara düşəndən sonra 10 dəqiqə də bişirin.

Bankalara yığıb soyuducuda saxlayın.

Nuş olsun! Ardı »

MürəbbələrSadə balqabaq mürəbbəsi resepti

Tərkibi:
1 kq balqabaq
1,5 kq şəkər tozu
1 x.q. soda
0,75 st. su

Hazırlanması:
Balqabağın qabığını soyun, dənələrini çıxarın. İri dilimlərə doğrayıb 1 sutka sodalı suda saxlayın. 1 sutkadan sonra balqabağı çıxarıb aşsüzənə yığın. Suyu süzüləndən sonra xırda kubiklərə doğrayın. Su və şəkər tozundan şərbət bişirin. Doğranmış balqabağı əlavə edin, qaynara düşəndə ocaqdan götürüb 2 saat soyudun. Sonra yenə, bu dəfə hazır olanadək bişirin.
Steril bankalara yığın, qapağını bağlayın.

Nuş olsun! Ardı »

MürəbbələrAğ gilas mürəbbəsi resepti

Tərkibi:
Gilas - 3 kq
Limon - 1 ədəd
Şəkər - 2 kq
Su - 1 l
Sirkə, duz - zövqə görə

Hazırlanması:
Ağ gilasın şirəsini çıxarmaq o qədər asan olmasa da, onu təmizləmək daha asandır. Gilasın əti çəyirdəyindən ayrılır və su ilə dolu böyük qaba tökülür. Oraya bir qədər duz və sirkə əlavə olunur. Bu halda mürəbbə daha gözəl görüntüyə malik olur və ən vacibi, onun içində qurd qalma ehtimalı aradan qalxır. Gilaslar bir neçə saat suda saxlanılır, sonra onun suyu süzülür və qaynamaqda olan şirənin içərisinə tökülür. Bu şirənin hazırlanması üçün bizə 1 litr su, bir neçə kiloqramm şəkər lazımdır. Onun hazırlanması ilə bir müddət sonra, Ardı »