Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İçkilerBuzlu nescafe resepti

Tərkibi:
3 xörək qaşığı qəhvə
1 xörək qaşığı vanilli dondurma krem
2 su stəkanı soyuq su

Hazırlanması:
Bir qabda qəhvəni və dondurmanı qarışdırın. Üzərinə soyuq suyu əlavə edin. Buz parçalarıyla birlikdə 1-2 saat buzluqda gözlədin. Sonra da buzluqdan çıxarıb qarışdırın, servis edin.

Nuş olsun! Ardı »

İçkilerQarağat şərbəti resepti

Tərkibi:
Qarağat (qırmızı, qara) – 400 q
Şəkər tozu – 500 q
Su – 4 l

Hazırlanması:
1. Qazana su və şəkər tozu əlavə edilib qaynadılır.
2. Qarağat giləmeyvəsi blenderdən keçirilib qaynayan şəkərli suya əlavə edilir.
3. Meyvəli şərbət bir az qaynadıqdan sonra tənzifdən süzülür.

Nuş olsun! Ardı »

İçkilerMoruq kokteyli resepti

Tərkibi:
300 qr (1 stəkan) təzə və ya dondurulumuş moruq
500 ml süd
200 qr dondurma
3 x.q şəkər

Hazırlanması:
Moruq qazana qoyulur və üzərinə şəkər səpilir
Bir az qaynadılır
Sonra moruq süzgəcdən keçirilir və soyuducuda soyudulur
Soyudulmuş moruğun üzərinə dondurma əlavə edilir
Sonra 2-3 dəqiqə ərzində mikserlə çırpılır və içiləcək bakallara qoyulur

Nuş olsun! Ardı »

İçkilerPəhriz üçün pomidor suyu

Tərkibi:
- 4 ədəd orta boy pomidor
- 1 ədəd limon
- 1 su stəkanı soda
- Bir az acı bibər
- 2-3 ədəd nanə

Hazırlanması:
İlk olaraq pomidorların qabıqlarını soyub, blendırdan keçirərək püre halına gətirin. Bir süzgəcdən keçirin və pomidorun çəyirdəklərini götürün. Limonun suyunu sıxın və sodayla birlikdə püre halındakı pomidora əlavə edib, qarışdırın. İçinə çox incə doğranmış acı bibər və incə doğranmış nanəni də əlavə edib gözlətmədən için.

Nuş olsun! Ardı »

İçkilerSüdlü şərbət

Şəkər – 30 q,

su – 70 q,

süd- 100 q.



Su qaynadılır və şəkər həll edilib soyudulur. Süd ayrıca qaynadılır və soyuduqdan sonra şərbətə qatılır. Ardı »

İçkilerNar şərbəti

Şəkər - 30q,

nar şirəsi – 40q,

su - 120q,

buz – 20q.



Şəkər qaynadılmış suda əridilir. Nar ayrıca qaba sıxılır, alınmış şirə şərbətə qatılır və soyudulur. Ardı »

İçkilerReyhan içkisi

1-1,5 l su

2 orta dəstə qırmızı yarpaqlı reyhan

Şəkər

Limon turşusu

Reyhanı yuyub qazanım dibinə yığın. Limon turşusu və ya limon şirəsi sıxın. Qapaqla qazanı bağlayıb 20-30 dəq. saxlayın. Sonra qaynar su (1 stəkan) üstünə töküb, saxlayın.

Suyu qazana töküb qaynadın. Qaynayandan sonra şəkər əlavə edin və bir neçə dəqiqə yenə qaynadın.

Soyuyandan sonra reyhanın yarpaqlarını yığıb içkini süzün.

Nuş olsun! Ardı »

İçkilerAlmalı çiyələkli kompot

[i]Ləvazimatlar

Çiyələk – 250 q

Alma – 2 ədəd

Şəkər tozu – 200 q

Su – 1,5 l
[/i]


Hazırlanma qaydası

1. Alma lay-lay doğranılır.

2. Çiyələk yuyulur, süzgəcdən süzülüb təmizlənir.

3. Qazanda şirəli su hazırlanır və qaynadılır.

4. Qaynayan şəkərli suya öncə alma dilimləri, 10 dəq. sonra çiyələk əlavə edilir.

5. Hazır kompot süfrəyə soyuq halda verilir. Ardı »