İçkiler → Arıqladan yaşıl smuzi resepti
Kələmin çox güclü qoxusu var. Çoxları bu səbəbdən onu sevmir. Xüsusən qaynadanda iyi bəziləri üçün dözülməz olur. Ancaq onu çiy halda, tropik meyvələr əlavə etməklə blenderdən keçirəndə həm dadı gözəl olur, həm də bu faydalı tərəvəzi rasionunuza əlavə etmiş olursunuz.
Tərkibi:
3 ədəd çiyələk
1 manqo
1 kivi
3 iri reyhan yarpağı
2 iri kələm yarpağı
su (zövqə görə)
Hazırlanması:
Blenderə bir qədər su, kələm yarpaqları və reyhanı qoyub eynicinsli kütlə alınanadək xırdalayın.
Meyvələri əlavə edib yenə xırdalayın.
Çox qatı olarsa, bir qədər də su əlavə edin. Ardı »