Maraqlı Melumatlar → Hündür və ya yastıdaban ayaqqabılar sağlamlıq üçün eyni dərəcədə təhlükəlidir.
Rusiyanın Lapino Kliniki Hospitalının həkimləri həm hündür, həm də yastıdaban ayaqqabıların insan orqanizmi üçün nə dərəcədə təhlükəli olduğunu araşdırıblar. Onların fikrincə, yastıdaban ayaqqabılardan ayaq barmaqlarının əyilməsi və onurğa yırtıqları əmələ gələ bilər. Hündürdaban ayaqqabılar isə sınıq və çıxıqların baş verməsi təhlükəsi yaradır. Araşdırmanın rəhbəri Yelena Litvinanın sözlərinə görə, hündürdabanlı ayaqqabıda gəzmək təhlükəsiz deyil. Bu, bir çox hallarda topuğun ( və ya hər iki topuğun) sınığı, pəncələrin çıxığı ( və ya burxulması) ilə müşayət olunur. Hündürdaban ayaqqabı geyinərkən tez-tez yıxılmalar baş verir ki, bu, baldırla pəncəni birləşdirən oynağın və ya pəncə bağlarının qırılmaları ilə nəticələnir. Belə zədələnmələr uzunmüddətli, bəzən isə sınıqlar zamanı Ardı »