Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarÇingiz Xanın qəbri hardadır?

700 il bundan öncə, demək olar ki, bütün dünyanı az qala fəth edən tarixin ən nəhəng sərkərdəsi Çingiz xanın qəbrinin harada olması hələ də bəşəriyyət üçün sirr olaraq qalmaqdadır.

Amma, tarıxçilər tərəfindən belə ehtimal olunur ki, Çingiz xanın qəbri Monqolustanla Rusiyanın sərhədindədir. Bu sadəcə olaraq təxminlərdir.

Çingiz xanın qəbrini tapmağa cəhd edən alimlər və mütəxəssislər çox olmuşdur. Amma bütün bu cəhdlərə baxmayaraq, nəhəng sərkərdənin qəbrini tapmaq mümkün olmamışdır.

XX əsrin sonları XXI əsrin əvvələrində bütün dünya arxeoloqları, tarixçiləri və alimləri yenidən axtarışlara başlamışlar. Xüsusilə, eksklüziv lisenziyaya malik olan məşhur amerikalı arxeoloq dünyanın bütün KİV-nə məlumat vermişdir ki, o, Çingiz xanın qəbrinin axtarışına başlayır və Ardı »

Maraqlı MelumatlarBeyninizi “oyadın”

Tapmaca və çətin tapşırıqlar həll edin.

Özünüzdə ambidekstriyanı (həm sağ əl, həm də sol əldən aktiv şəkildə istifadə etmək bacarığı) inkişaf etdirin. Çalışın dişlərinizi yuyanda, saçlarınızı darayanda, kompüterlə işləyərkən sol əlinizdən istifadə edin. Əgər solaxaysınızsa sağ əlinizdən istifadə edin.

Qeyri-müəyyən, sirli məsələlər üzərində çox düşünməyə çalışın. Paradokslardan zövq almağı bacarın.

İntellekt-kartları həll etməyə çalışın.

Bir müddətlik bəzi hissiyatlarınızı “blok” edin. Məsələn, əllərinizi bağlayaraq yemək yeyin, müəyyən müddətə qulaqlarınıza pambıq tıxayın, gözü bağlı şəkildə duş qəbul edin.

Hər hansısa əşyanı başqa hansı məqsədlər üçün istifadə etməyin mümkün olduğu üzərində düşünün.

Məntiqlə maraqlanın. Məntiqi tapşırıqlar həll edin.

Pozitiv düşünün

Hər hansı bir incəsənət növü ilə – heykəltəraşlıq, rəssamlıq, musiqi ilə Ardı »

Maraqlı MelumatlarBuludlarla yarışan türk qızı

Millət vəkili Qənirə Paşayeva "Tarixə adını yazan Qadınlar" silsiləsini yazır

O, dünyanın ilk qadın savaş pilotu olub!

O, ilk türk qadın pilot kimi adını tarixə yazıb.

O, "Dünya tarixinə adını yazdıran 20 aviator"dan biridir!

O, Mustafa Kamal Atatürkün səkkiz mənəvi övladından biriydi!

Böyük Atatürkün mənəvi övladı olan Səbihə Gökçəni görmək və söhbət etmək mənə də qismət olmuşdu. Həddindən artıq maraqlı bir qadın idi. Amma onunla istədiyim qədər söhbət edə bilməmişdim. Bir gün acı bir xəbər eşitdik. Atatürkün mənəvi qızı, dünyanın ilk qadın savaş pilotu olan Səbihə Gökçən dülnyasını dəyişmişdi. Dünyadan çox maraqlı bir qadın, maraqlı bir tarix köçmüşdü. Amma köçən cismi idi, onun adı hələ bundan Ardı »

Maraqlı MelumatlarMaraqlı məlumatlar....

1. Dünyada ilk hökmdar portret rəsmi Fateh Sultan Mehmetə aiddir. İlk dəfə 1479-cu ildə italiyalı rəssam tərəfindən çəkilən bu portretdən sonra digər hökmdarlar da öz portretlərini çəkdiriblər.



2. 6 iyul 1885-ci ildə — Fransız alim Lui Pastorun kəşf etdiyi penisilin ilk dəfə insan orqanizminə yeridilmişdir.





3. Ötənlərin məşhur basketbolçusu Pit Mavarich bir müsahibəsində belə demişdi: Mən 10 il NBA-da oynayıb sonra 40 yaşında infarkt keçirib ölmək istəmirəm. Amma necə oldusa NBA-ya transfer olunan basketbolçu elə dediyi kimi, 10 il oynadıqdan sonra 40 yaşında infarkt keçirərək öldü.





4. Dünyanın ən təhlükəli yolu Boliviyanın Yungas vilayətindəki "Ölüm yolu«dur. Bu yoldan hər il 25-dən çox Ardı »

Maraqlı MelumatlarDünyanın ən qəribə və dəhşətli xəstəlikləri

Onlar fiziki və genetik xəstəliklərdən səbəbindən digər insanlardan fərqlidirlər. Bir başqa xüsusiyyətləri də bu fərqləri onları maddi çətinliklərdən azad etməsi idi. Milyonda bir görülən xəstəliklərlə ölkə-ölkə gəzərək reallaşdırdıqları şoularla milyonlarla dollar qazanan insanlar:
Fil adam Joseph Merrick

1862-ci ildə doğulan Jozef Merrickin fiziki bir narahatlığına görə 5 yaşında bədən üzvləri böyüməyə başladı. Qısa müddətdə ağlasığmaz bir görünüşə büründü. 1884-cü ildən etibarən Merrick görünüşündən pul qazanmağa başladı. Pul qazandığı nümayişlərdən birində onu görən həkim onu müalicə etməyə başladı. Jozef Merrickin Proteus sindromundan əziyyət çəkdiyi ortaya çıxdı. David Lynchin Fil Adam filmində baş rol ifaçısı olmuşdur.Merrick 27 yaşında yuxuda olan zaman vəfat etmİşdir.

Myrtle Corbin

Jozefina Ardı »

Maraqlı MelumatlarHündür və ya yastıdaban ayaqqabılar sağlamlıq üçün eyni dərəcədə təhlükəlidir.

Rusiyanın Lapino Kliniki Hospitalının həkimləri həm hündür, həm də yastıdaban ayaqqabıların insan orqanizmi üçün nə dərəcədə təhlükəli olduğunu araşdırıblar. Onların fikrincə, yastıdaban ayaqqabılardan ayaq barmaqlarının əyilməsi və onurğa yırtıqları əmələ gələ bilər. Hündürdaban ayaqqabılar isə sınıq və çıxıqların baş verməsi təhlükəsi yaradır. Araşdırmanın rəhbəri Yelena Litvinanın sözlərinə görə, hündürdabanlı ayaqqabıda gəzmək təhlükəsiz deyil. Bu, bir çox hallarda topuğun ( və ya hər iki topuğun) sınığı, pəncələrin çıxığı ( və ya burxulması) ilə müşayət olunur. Hündürdaban ayaqqabı geyinərkən tez-tez yıxılmalar baş verir ki, bu, baldırla pəncəni birləşdirən oynağın və ya pəncə bağlarının qırılmaları ilə nəticələnir. Belə zədələnmələr uzunmüddətli, bəzən isə sınıqlar zamanı Ardı »

Maraqlı MelumatlarGözəl qadınların çirkin kişiləri seçməsinin məntiqli səbəbləri

Niyə çox zaman çox gözəl qadınların yanında çirkin kişi görürük? Və nə üçün o cütlüklərin münasibətləri daha uzunömürlü olur? Hollivud ulduzlarında da vəziyyət dəyişmir, Adriana Lima - Marko Jaric, Haydi Klum - Seal və daha bir çox gözəl qadın çirkin kişilərlə evlənib. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekspertlərə görə çirkin kişilər qadınları daha xoşbəxt etdiyi üçün gözəl qadınlar onlara üstünlük verirlər.

Çirkin kişinin aldatma ehtimalı sıfrıa bərabərdir!

ABŞ-ın Tennessi universitetinin mütəxəssisləri 5 il ərzində 82 cütlüyün evlilik həyatını izləyərək araşdırma aparıb. Onların gəldiyi qənaətə görə, həyat yoldaşı özündən çirkin olan qadınlar özlərini daha xoşbəxt və daha güvəndə hiss edirlər.

Ekspertlər həyat yoldaşından Ardı »

Maraqlı Melumatlar“Google” şirkəti əməkdaşlarını işə katerlə aparmağa başlayıb

“Google” şirkəti həmişəki kimi yenilik edərək avtobuslardan imtina edib və öz əməkdaşlarını Kaliforniyadakı ofisinə katerlə aparmağa başlayıb.

Belə ki, internet şirkəti San-Fransisko limanında icarəyə götürdüyü 149 sərnişin tutumlu katerdən əməkdaşların Silikon vadisinə səhər işə, axşam isə evlərinə çatdırılması üçün gündə iki dəfə istifadə edir.

“Google” nümayəndələri bildiriblər ki, katerdən istifadə sınaq məqsədilə həyata keçirilir və sınaq müddətinin nə vaxtadək davam edəcəyi məlum deyil. Bundan başqa, şirkətin katerin icarəsinə görə nə qədər pul ödəməsi barədə məlumat verilmir.

Şirkət San-Fransisko sakinlərinin 2013-cü ilin sonunda başlayan etirazları səbəbindən avtobuslardan imtina etməli olub. Belə ki, bir qrup nümayişçi “Google” və “Apple” şirkətlərinin əməkdaşlarını aparan Ardı »