Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MelumatlarKişiləri necə ələ almaq olar?

Bir baxış yetər…

Baxışlar və emosiyalar bir-biri ilə sız əlaqəlidirlər. Buna görə də bir insanı cəlb etmək üçün sadəcə onun görmək istədiyini gpstərmək kifayət edir. Qadın corabları kişilərin çoxuna təsir edən geyim aksesuarıdır. Kişilərə həmçinin qadının dondurma, banan yeyişi də öz sehirli təsirini göstərə bilər.
Sadəcə dinlə…

Kişilərin və qadınların 90% -i intim pıçıltıdan həyəcanlanır. Güclü cinssin bəzi nümayəndələri isə əksinə əmiranə tondan qızışır, belə ki, bu onlara maqnit kimi cəlbedici gəlir.
Sadəcə toxun…

Toxunuş – əks cinsin nümayəndəsini ələ almağın ən sadə üsuludur. Hər insanın öz eroqen zonası var. Bir kişini yaxınlığa sövq etmək üçün onun boynuna, qulağına, sinəsinə toxunmaq yetərlidir.
Ardı »

Maraqlı MelumatlarQızlar üçün: "Onu evlənməyə necə razı salaq?"

Qızlar üçün:

Sevirsiz və sevilirsiz, yanınızda arzularınızın kişisi var. Artıq heç bir arzunuz qalmayıb, bircə ona ərə getməkdən başqa. Çünki o, hələ də sizə evlilik təklif etməyib. Əgər “nikah sevgini öldürür” şablon fikri sizə yaxın deyilsə, “onun həyat yoldaşı” statusunu qazanmaq istəyirsizsə, o zaman münasibətinizə göz gəzdirin. Ola bilsin sevgilinizin sizə evlənmək təklif etməsi üçün bir neçə addım atmalısız. Beyaz.Az lent.az-a istinadən sevdiyinizə ərə getmək üçün 6 məsləhət təqdim edir.

Hədəf, istəklərini öyrənin

Onunla gələcək planları, xəyalları haqqında söhbət açıb, gələcək həyatında yerinizin olub olmadığını öyrənin. Ümumiyyətlə, gələcəkdə sizin üçün bir ailə görünürmü?! Əgər dəyər və prioritetləriniz oxşardırsa, onda növbəti addıma keçə bilərsiz.
Ardı »

Maraqlı MelumatlarDahi yazarların qəribəlikləri

Dahilərin gündəlik həyatda, məişətdə və intim həyatda qəribəlikləri həmişə anlaqsız qarşılanıb. Çünki hamıya elə gəlir ki, onların tam qüsursuz və insanlar üçün nöqsansızlıq timsalı olmalıdır. Həqiqətdə isə bu qeyri-mümkündür – dahilər də bizim kimi insandır.

1. Onore de Balzak – kofe!
Fransız ədəbiyyatının ən tanınmış siması Onore de Balzak əsl "qəhvə xəstəsi” imiş. O gün ərzində 50 fincana yaxın qəhvə içirmiş. Hələ bu azmış kimi yazıçı iri qəhvə dənələrini üzünü belə turşutmadan rahatlıqla çeynəyirmiş.
Qəhvə dahi yazıçıya əsərlərini yazmaq üçün ayıq qalmağa kömək edirmiş. Ancaq bu vərdiş yazıçının sağlamlığına təsirsiz ötüşməyib. Balzak yüksək qan təzyiqindən, ürəkdə və qarnında ağrılardan əziyyət çəkirmiş. Hətta Ardı »

Maraqlı MelumatlarQan qrupları haqqında maraqlı məlumat

I qan qrupu

O (I qrup)- tipi «Ovçu». Çox qədim və əsas qan qrupudur ki, evalusiya prosesi nəticəsində bu qrupdan digər qruplar törənib. Hazırda dünya əhalisinin 33,5% -i bu qan qrupunun daşıyıcısıdır.

Müsbət tərəfləri:
- möhkəm həzm sistemi
- yaxşı immun sistemi

Zəif cəhətləri:
- yeni yeməklərə və ətraf mühitin dəyişikliklərinə çətin adaptasiya olunur
- mədənin yüksək turşuluğu
- allergiya

Dietik məsləhət: yüksək proteinli yeməklərdən uzaq durun.
Məsləhətdir: ət məhsulları (donuz ətindən başqa), balıq, meyvə-tərəvəz (turş olmasın), ananas
Azaldın: yarma, büğda və un məmulatları.
İçkilərdən:
Yaxşıdır: yaşıl çay, ot çayları, itburnu, nanə, zəncəfil, cökə çiçəyi dəmləməsi;
Neytraldır: pivə, qırmızı və ağ şərab, çobanyastığı, jenşen, sürvə (şalfey)
Uzaq durun: kofe, tünd içkilər, aloe (əzvay) şirəsi.
Çəkini nəzarətdə saxlamaq Ardı »

Maraqlı MelumatlarOpusmek :*

Bir neçə gün bundan əvvəl demokratiyanın beşiyi sayılan Avropa Şurasının Strasburqdakı mərkəzi binalarında öpüşmək, əl sıxmaq və qucaqlaşmaq qadağan olundu. Məlum oldu ki, bu qərar Avropanı bürüyən donuz qripi virusuyla bağlı həkimlərin tövsiyələrindən sonra verilib. Az keçmədən bir neçə Avropa ölkəsində də sözügedən yasaq qüvvəyə mindi, hamı “sopsoyuq” günlərə keçdi. Artıq dünya insanı bir-birini görəndə başı, gözü, mimikası ilə uzaqdan-uzağa salamlaşmağa məcburdur.

Lap qədim əcdadları kimi. Maraqlıdır, bu, yasaq insani münasibətlər üçün daha çox itkidir, yoxsa qazanc? Dünyada ilk dəfə salamlaşıb öpüşmə ritualı hansı ölkədə yaranıb? Sonra bunun forması necə dəyişib və sair və ilaxır.
Mövzu maraqlı və nə qədər qəribə səslənsə Ardı »

Maraqlı MelumatlarFacebook-un köməyi ilə ad gününə qonaqları dəvət etmək nə ilə nəticələnə bilər?

"14-yaşlı Britaniya məktəblisi Rebekka Cavelyu (Rebecca Javeleau), Facebook-dan olan dostlarını öz doğum gününə dəvət etmək fikrinə düşür. 10-15 nəfər dəvət etmək istəyən bu gənc qız bunun nə ilə nəticələnəcəyini fikrinə belə gətirmirdi. Xırda bir diqqətsizlik nəticəsində 21 mindən çox insan onun ad günündə iştirak etmək istəyini bildirir.


Bu problemin səbəblərindən biri isə Rebekkanın dəvətdə öz ünvanını və telefonu göstərməsi oldu. Qızın anası, 40-yaşlı Treysi Layvsey (Tracey Livesey), artıq oktyabrın 7-nə təyin edilmiş əyləncə gecəsini ləğv edib. Amma minlərlə insanın qonaq gələcəyi təhlükəsi real olduğundan, Harpenden şəhərinin polisi qız yaşayan ərazidə patrullar yerləşdirdi.
Gələn zənglərin həddindən artıq olması qızın telefonunun Sim kartının dəyişməsinə Ardı »

Maraqlı MelumatlarMaraqli Faktlar))

Armud ağacının elə növü vardır ki, onun meyvəsi çiçəkdən deyil, yarpağından yaranır.

Hindistanın Hürcəvat vilayətində Qalir Qanda adlı bitki var. Həmin bitkidən yeyən adam bir həftədən çox aclıq hiss etmir.
Dünyada ən çox ömür sürən gül orxideya gülüdür, səksən gün yaşayır.


Mərkəzi və Cənubi Amerikada “süd ağacı” becərilir. Onun qabığını çərtəndə südə oxşar və süd dadı verən şirin şərbət süzülür. Çərtilmiş ağac bir litrədək “süd” verir, o da havada tez qatılaşır və acı olur. Yapışqana bənzər şərbəti qaynadıb muma oxşar maddə alırlar, ondan da şam düzəldirlər.

Yer üzərində ən qəribə göl Karib dənizindəki Trinidad adasındadır. Bu göl sudan deyil, ərinmiş asfaltdan ibarətdir.


Konqodakı çaylardan birini Ardı »

Maraqlı MelumatlarÇingiz Xanın qəbri hardadır?

700 il bundan öncə, demək olar ki, bütün dünyanı az qala fəth edən tarixin ən nəhəng sərkərdəsi Çingiz xanın qəbrinin harada olması hələ də bəşəriyyət üçün sirr olaraq qalmaqdadır.

Amma, tarıxçilər tərəfindən belə ehtimal olunur ki, Çingiz xanın qəbri Monqolustanla Rusiyanın sərhədindədir. Bu sadəcə olaraq təxminlərdir.

Çingiz xanın qəbrini tapmağa cəhd edən alimlər və mütəxəssislər çox olmuşdur. Amma bütün bu cəhdlərə baxmayaraq, nəhəng sərkərdənin qəbrini tapmaq mümkün olmamışdır.

XX əsrin sonları XXI əsrin əvvələrində bütün dünya arxeoloqları, tarixçiləri və alimləri yenidən axtarışlara başlamışlar. Xüsusilə, eksklüziv lisenziyaya malik olan məşhur amerikalı arxeoloq dünyanın bütün KİV-nə məlumat vermişdir ki, o, Çingiz xanın qəbrinin axtarışına başlayır və Ardı »