Maraqlı Melumatlar → Dünyanın 8-ci möcüzəsi | Bürc Xəlifə
Dubayda yerləşən Bürc Xəlifə binası dünyanın ən hündür binasıdır və onun hündürlüyü 829,8 metrdir. Binanın tikintisi 2004-cü il sentyabrın 21-də başlanılıb və onun xarici hissəsinin tikintisi 2009-cu il oktyabrın 1-də başa çatıb. Bina rəsmi olaraq 2010-cu il yanvarın 4-də açılıb. Binanın tikintisinə 1,5 milyard dollar pul xərclənib və onun layihəsinin müəllifi amerikalı memar Adrian Smith-dir.
Bürc Xəlifə Dubayın yeni işgüzar hissəsinin simvolu sayılır. Kompleksin daxilində otellər, yaşayış evləri, ofislər və ticarət mərkəzləri yerləşir. Binanın 3 girişi var: otelə giriş, apartamentlərə giriş və ofislərə giriş.
Bina 163 mərtəbədən ibarətdir və onun daxilində 57 lift var. 1-39-cu (17 və 18-ci mərtəbələrdən başqa) mərtəbələrdə Armani Ardı »