Maraqli Hekayeler → "Bu adamlardan ehtiyatlı olun, əlinizdən topraqlarınızı almağa gəlirlər!"
1957-ci ildə Amerikanın cənubuna araşdırma aparmaq üçün baza quran Nasanın ekspeditorlarını bir gün azyaşlı qırmızıdərili uşaq görür və qaça qaça uzaqda olan düşərgələrinə gedib babasına xəbər verir.
-Baba, ağ adamlar gəlib, aşağıdakı vadidə gördüm… Çoxdular və nəsə edirlər. Yaşlı qırmızıdərili fikrə gedir..Əsəbi halda
-Onlarla danışdın?
-Xeyr, məni görmədilər. Mən böyük təpənin üzərindən onları izlədim.
-Onda səhər yanlarına get və orada nə axtardıqlarını soruş.
Kiçik qırmızıdərili ertəsi səhər yola düşür. Ekspeditorların yanına çatır və ağ adamlardan birinə:
-Burada nə edirsiniz? deyə soruşur
Ağ adamlardan bir neçəsi uşağın başını tumarlayaraq gülümsəyərək:
— Gecələr səmada parlayan bir şey var ha, biz burdan onu seyr edirik. Ardı »