Toxuculuq → Gəbbə
Gəbbə bir növ xalçadır ki Qaşqay elində toxulur. Gəbbənin uzun qılları var və onun toxumasında daha çox hörmə işlənir ki gəbbənin yumşaqlığında əhəmiyyətli dərəcədə təsir edir. Ardı »
Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən
Gəbbə bir növ xalçadır ki Qaşqay elində toxulur. Gəbbənin uzun qılları var və onun toxumasında daha çox hörmə işlənir ki gəbbənin yumşaqlığında əhəmiyyətli dərəcədə təsir edir. Ardı »
Fəxralı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu xalçalar.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər
[redaktə]
Ümumi məlumat
"Fəxralı xalçaları" öz adını Gəncə şəhərindən 25 km şimal-şərqdə, indki Goranboy rayonunun ərazisində yerləşən Fəxralı kəndinin adından almışdır. Bu kənddə hazırlanan xalçalar qədim dövrlərdən Gəncə zonasının ən yaxşı xalçaları kimi məşhurdur. Qocaman xalçaçılar indiyə qədər bu xalçanı "Gəncə fəxri" adlandırırlar. Gəncə xalçaçılıq məktəbinə daxil olan "Fəxralı" namazlıq xalçası öz yüksək bədii xüsusiyyətinə, toxunuşuna görə digər xalça kompozisiyalarından fərqlənir.[1]
"Fəxralı xalçaları" müəyyən zaman ərzində Fəxralı kəndində toxunduqdan sonra ətraf kəndlərdə də toxunulmağa başladı. Əsasən Qaracəmirlikəndində toxunsada Şadılı, Bağçakürd, Çaylı, Ardı »
Çuxanlı xalçaları - Azərbaycanın Quba-Şirvan xalçaçılıq mərkəzinin Şirvan qrupuna aid olan bu xalçalar qədim və zəngin tarixə malikdir.İstehsalı
Bu xalçalar keçmiş Şamaxı mahalında, əsasən Qobustan adı ilə tanınan xalçaçılıq məntəqələrində istehsal olunurdu. Xalçanın adı Şamaxıdan 13km cənub - şərq istiqamətində yerləşən Çuxanlı kəndinin adından götürülmüşdür. Əvvəllər "Kabristan", "Qəbristan", "Mərəzə" və ya "Çuxan" adlandırılan bu xalçalar XVIII əsrin ikinci yarısından "Çuxanlı" adı ilə məşhur oldu.
[redaktə]
Bədii xüsusiyyətləri
"Çuxanlı" xalçaları ara sahənin kompozisiyasına görə "Sorsor" xalçaları ilə müəyyən qədər oxşar olsa da, butanın formasına görə bir qədər fərqlənirlər. "Çuxanlı" xalçasında şaquli və üfiqi istiqamətdə yerləşən bu elementlərin rəngi diaqonal üzrə eyndir və bu, xalçanın bədii xüsusiyyətlərindən Ardı »
Xilə-buta xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
2.1 Sadə quruluşlu xalçalar
2.2 Künclü xalçalar
2.3 Mürəkkəb quruluş
3 Texniki xüsusiyyətlər
4 İstinadlar
[redaktə]
Ümumi məlumat
Belə naxışlı xalçalar Bakı qrupunun bütün xalçaçılıq məntəqələrində istehsal olunurdu. Xarici mənbələr bu xalçanı səhvən "Şirvan xalçaları" və ya "Dağıstan xalçaları" adı altında göstərirlər. Toxucu ustalar isə onu "Qızqarıdan xalçaları" adlandırıblar. Buna səbəb xalçanın hazırlanma prosesinin mürəkkəbliyi və uzun müddət vaxt aparması ilə bağlıdır.
Əslində isə Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan "Xilə-buta xalçaları"nın adı Bakı şəhərinin 15 km məsafəsində yerləşən Xilə (Əmircanın keçmiş adı) kəndinin adından adlandırılmışdır.
[redaktə]
Bədii analiz
Adətən "Xilə-buta xalçaları"nın Ardı »
Pazırıq xalısı — Pazırıq kurqanında arxeoloji qazıntı zamanı aşkar edilmiş qədim xalı.Mündəricat [gizlə]
1 Tarixi
2 Xüsusiyyətləri
3 İstinadlar
4 Xarici keçidlər
[redaktə]
Tarixi
Pazırıq xalısı ikinci sıra naxış düşümündən fraqment
Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 1,83x2,0m[4] ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı Peterburq Ermitajında saxlanır.
M.ö. V-IV əsrlər arasında hazırlandığını irəli sürən alimlər bu xalının Altaya gedib çıxmasını belə izah edirlər ki, guya bir saqa çarının sifarişi ilə yas törənində cəsədin üstünə örtük kimi hazırlanan bu xalı "Armeniyada" (Qarabağda) toxunmuşdur. Ulrix Şürman bunu "erməni sənətinin şah əsəri" adlandırmış, Volkmar Gantzhorn isə öz kitabında Ardı »
Bəhmənli xalçası – Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan xovlu xalça.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Həmçinin bax
5 Mənbə
6 Xarici keçidlər
[redaktə]
Ümumi məlumat
Qarabağ tipinin Cəbrayıl qrupuna daxil olan bu xalçaların adlanması indiki Füzuli rayonun Böyük Bəhmənli kəndinin adı ilə bağlıdır. Son zamanlar "Bəhmənli" xalçalarına yeni ad verilmişdir – "Xan Qarabağ" və ya "Xanlıq", lakin "Bəhmənli"yə bu adları xalçaçılar deyil, bu sahədə daha az biliyə malik olan xalça tacirləri vermişlər. Qarabağın bütün xalçaçılıq müəssisələrində toxunan "Bəhmənli xalçası" Lənkəranda və hətta Qazax rayonunda da istehsal olunurdu. Lakin Qarabağ tipinin xalçaları Lənkəranda toxunan xalçalardan həm texniki, həm də bədii nöqteyi – Ardı »
Sumax – özünəməxsus çətin bir texnika ilə toxunan xalça.Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər
[redaktə]
Ümumi məlumat
Xovsuz xalçaların son əsrlər geniş yayılmış ən maraqlı növlərindən biri "sumax" xalçalarıdır. Sumax xalçaları - yəqin ki, lap isti havalarda sərin, xovsuz bir xalça kimi ulularımızın rahatlığına yarayıb. Sumax xalçalarının əsas vətəni Şirvan sayılsada sonralar bu xalçalar Urmiyə, Mərənd, Naxçıvan, Cəbrayıl, Laçın bölgələrində də toxunmuşdur. Eyni zamanda Quba və Qusarda da gözəl sumax xalçaları istehsalı olmuşdur. Sumax xalçaları xovlu xalçalardan götürülmüş naxış və kompozisiyalarla bəzədilir.
Zili və vərni ilə oxşardır. Lakin burada arğaclar ardıcıl olaraq bir cərgə soldan sağa, bir cərgə Ardı »
Şabalıdbuta xalçası – Qarabağ tipinə aid olan xovlu xalça.
Mündəricat [gizlə]
1 Ümumi məlumat
2 Bədii analiz
3 Texniki xüsusiyyətlər
4 Mənbə
5 Xarici keçidlər
[redaktə]
Ümumi məlumat
Qarabağ tipinə aid olan “Şabalıdbuta xalçaları”nın əsas istehsal mərkəzləri Ağdam, Cəbrayıl və Muğandır. Daha qədim zamanlarda Cənubi Azərbaycanın Araz çayının sağ sahili hissəsində yerləşən xalçaçılıq mərkəzlərində belə təsvirli xalçalar toxunurdu, lakin həmin xalçalar Qarabağ xalçalarından daha kobud olurdu. Cəbrayılda ipəkdən toxunan “Şabalıdbuta xalçaları” çox məşhur idi.
[redaktə]
Bədii analiz
Xalçanın orta sahəsini sağ və sol tərəflərə “baxan” buta bəzəyir. Xalçanın bədii keyfiyyəti orta sahədəki həmin butanın arasındakı məsafə ilə müəyyən olunur. Daha sıx yerləşmiş buta daha gözəl görünüşə malik olur. Orta sahəsini “qotazlı Ardı »