Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Umumi XesteliklerQripdən ölüm genlərlə əlaqədardır

[color=#173bd3]Qripdən ölənlərin qan qohumları da əksər hallarda həmin səbəbdən dünyasını dəyişir. Bu fakt qripin ağır formaları ilə xəstələnməyə meylliliyin irsən keçdiyinə işarə edir. Belə nəticəyə Yuta Universiteti alimləri gəlmişlər. Bu xəstəlikdən ölüm riski dövrümüzdə də yüksək olaraq qalır.
Tədqiqatın rəhbəri Liza Olbrayt və əməkdaşları Yuta ştatı əhalisinin kompüter genealoji verilənlər bazasında qeydə alınmış qohumluq əlaqələrini və son yüz il ərzində bu ştatda verilmiş ölüm şəhadətnamələrini analiz etmişlər.


Alimlər hesablamışlar ki, bu zaman müddəti ərzində təxminən 5 min nəfər insan qrip xəstəliyinin qurbanı olmuşdur ki, bunların da demək olar ki, yarısı 1918-ci ildə "ispan qripi" pandemiyası dövrünə təsadüf edir. Daha sonra tədqiqatçılar həmin şəxslərin Ardı »

Umumi XesteliklerKosmosdan qayıdan bakteriyalar daha təhlükəli olur

Kosmik mühit bakteriyalarda genetik dəyişikliklər yaradır və onlar daha təhlükəli fərdlərə çevrilir. Belə nəticəyə 2006-cı ilin sentyabrında "Atlantis" şattlında yetişdirilmiş salmonellyoz törədicilərinin xüsusiyyətlərini araşdıran beynəlxalq alimlər qrupu gəlmişdir.
Tədqiqatın rəhbəri Şeril Nikerson və kolleqaları bir neçə sutka ərzində sınaq şüşəsində kosmosda və həmin şəraitdə, yalnız qravitasiya qüvvəsi olmadan inkişaf etmiş Yer kürəsi mənşəli Salmonella typhimurium bakteriyalarının patogenliyini (xəstəlik törətmə qabiliyyəti) müqayisə etmişlər.


Aydın olmuşdur ki, kosmosa səyahət Salmonella typhimurium bakteriyalarının patogenliyini 3 dəfə artırmışdır: siçanların sınaq populyasiyasının 50%-ini məhv etmək üçün kosmik bakteriyaların Yer kürəsi mənşəli bakteriyalara nisbətən 3 dəfə az miqdarı kifayət etmişdir. Alimlər həmçinin, kosmosda olduqdan sonra salmonellanın 167 sayda geninin Ardı »

Umumi XesteliklerAğrısız stomatologiya

[color=#b53dd2]ABŞ Missuri-Kolumbiya Universitetinin alimləri yeni stomatoloji texnika üzərində işləyir. Bu, dişlərdə boşluq açmaq üçün aşağı temperaturun kimyəvi təsirindən istifadə edən qeyri-termal plazma apparatıdır. Tədqiqatçılar

yaxın gələcəkdə bu cihazın stomatoloqların istifadəsinə veriləcəyini bildirirlər. Hal-hazırda tətbiq olunan boşluq müalicəsində stomatoloq dişin zədələnmiş nahiyəsini burğulayır və sonra alınan boşluğu dolduraraq dişin əvvəlki formasını bərpa edir. Bu zaman ağrı, vibrasiya hissi, səs-küy bir çox pasiyentlər üçün narahatçılıq törədir. Yeni cihazın fərqli işləmə mexanizmi ilə bütün bu problemlər aradan qalxacaq, proses ağrısız və səssiz olacaq. Bundan əlavə, boşluğu dolduran maddə ilə diş divarı bir-birinə burğu ilə və ya lazerlə müalicədə olduğundan daha möhkəm birləşəcək, beləliklə də, Ardı »

Umumi XesteliklerAmerikan cərrahları ilk dəfə olaraq soxulcanabənzər çıxıntını (appendiks) uşaqlıq yolundan çıxarmışl

[color=#fe5e5e]26 mart 2008-ci il tarixində Kaliforniya universiteti nəzdindəki San-Diyeqo Tibb mərkəzinin həkimləri ABŞ-da ilk dəfə olaraq iltihablaşmış appendiksi (appendisit) uşaqlıq yolu üzrə çıxarmışlar. Science Daily-nin verdiyi məlumata görə, 50 dəqiqəyə yaxın davam edən bu əməliyyat uğurla nəticələnmişdir.
Qeyri-adi əməliyyat Kaliforniya universitetinin aspirantı olan Diana Şlamadinger üzərində icra olunmuşdur. Pasiyentin sözlərinə görə, o, əməliyyatdan sonra çox zəif – 10 ballıq şkala üzrə 0,5-1 bal qədər ağrı hiss etmişdir.
Appendiksin çıxarılması üçün ilk dəfə olaraq cərrahlar əyiləbilən, mütəhərrik alətlərin insanın təbii dəliklərindən (ağız, uşaqlıq yolu və ya düz bağırsaq) içəri yeridilməsinə əsaslanan translüminal endocərrahi üsuldan (NOTES) istifadə etmişlər. Qarın boşluğu və zədələnmiş orqana doğru cərrahi Ardı »

Umumi XesteliklerABŞ yeniyetmələri narkotiklərdən öskürək əleyhinə preparatlara keçir

[color=#f82e00]12-25 yaş arası 3.1 mln. nəfərə yaxın amerikalının müxtəlif vaxtlarda öskürək və soyuqdəymə əleyhinə preparatlardan narkotik effekt almaq üçün istifadə etdiyi müəyyən olunmuşdur. ABŞ Narkologiya və Psixiatrik Xidmətlər İdarəsinin (SAMHSA) əməkdaşları 2006-cı ildə aparılmış sorğu əsasında belə nəticəyə gəlmişlər.
Ekspertlərin dediyinə görə, ABŞ-da gənclərin və yeniyetmələrin təxminən 5%-i öskürək və soyuqdəymə əleyhinə reseptsiz satılan preparatlardan sui-istifadə edir və bunların da əksəriyyətini ağdərililər təşkil edir. Bu göstərici LSD istifadə edənlərə yaxın, metamfetamin istifadəçilərindən isə dəfələrlə çoxdur.


Soyuqdəymə əleyhinə reseptsiz satılan preparatların narkotik effekti onların tərkibində öskürək əleyhinə komponent kimi təsir göstərən dekstrometorfanla əlaqədardır. 140-dan çox öskürək və soyuqdəymə əleyhinə preparatın tərkibinə daxil olan bu Ardı »

Umumi XesteliklerPrezervativlər barədə altı rəvayət

Indiki dövrdə kontrasepsiya üçün xeyli vasitələrin mövcud olmasına baxmayaraq, həkimlər hələ də prezervativlərdən istifadə etməyi məsləhət görür. Çünki onlar yalnız arzuolunmaz hamiləliyin qarşısını almır, həm də cinsi yolla ötürülən infeksiyaların qarşısını alır. Insanlar isə yenə də əvvəlki kimi “rezin dostlarından” uzaq durmağa çalışır, bir-birlərinə prezervativlər haqqında ağızdan eşitdikləri rəvayətləri danışmaqda davam edirlər. Bu rəvayətlərdən bir neçəsini diqqətinizə çatdırmaq istərdik:

Rəvayət nömrə bir: Prezervativlər qəti şəkildə yalnız kişilər üçün qoruma vasitəsidir (kim geyinirsə, o da alır). Bu geniş yayılmış bir təsəvvürdür, amma doğru deyil. Prezervativ alıcılarının 35%-dən çoxu qadınlardır.
Rəvayət nömrə iki: Prezervativdən istifadə edərək cinsi əlaqəyə girmək, əleyhqaz geyib gül qoxlamaq kimi bir Ardı »

Umumi XesteliklerMonoton iş şəraiti vaxtındanəvvəl doğuş riskini artırır

[color=#fe5e5e]Hollandiyalı alimlər müəyyən etmişlər ki, hamiləlik zamanı darıxdırıcı ev işləri ilə məşğul olmaq vaxtındanəvvəl doğuş riskini artırır. Bu haqda The Daily Mail məlumat verir. Rotterdamdakı Erazm Universitetində (Erasmus University Rotterdam) Hayo Vildşutun (Hajo Wildschut) rəhbərliyi altında mütəxəssislər qrupunun apardığı tədqiqatın nəticələri Perinatal Epidemiology jurnalında dərc olunmuşdur.
Alimlər, hamiləlik vaxtı fiziki aktivlik səviyyəsini müəyyən etmək üçün 12 min nəfərə yaxın yeni doğmuş qadınlar arasında sorğu aparmışlar. Bundan əlavə, iştirakçılardan öz iş yerlərini, doğulan uşağın bədən çəkisini və həmçinin neçə aylıq doğulduğunu qeyd etmələri istənilmişdir.
Göstərilən parametrləri müqayisə edən alimlərin çıxardıqları nəticəyə görə, gündəlik ev işləri kimi darıxdırıcı və monoton işlərlə məşğul olmaq məcburiyyətində qalan Ardı »