Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Umumi XesteliklerOral qəbul edilə bilən diabet əleyhinə maddə müəyyən olunmuşdur

İsrailin Hayfa Universitetinin elm və elmi təhsil fakültəsinin biologiya kafedrasında aparılan tədqiqatlarda şəkərli diabet və onun ağırlaşmalarının oral müalicəsində tətbiq oluna biləcək maddə kəşf edilmişdir. Maya göbələklərindən əldə edilmiş bu maddə Glükozaya Tolerantlıq Faktoru (GTF) adlandırılmışdır. Tədqiqata rəhbərlik edən doktor Nitsa Mirskinin dediyinə görə, hələlik bu maddə şəkərli diabeti olan siçovullar üzərində sınaqdan keçirilmiş və onların qanında şəkər və lipidlərin miqdarını azaltdığı müəyyən olunmuşdur. Növbəti mərhələdə artıq insanlar üzərində sınaqlar aparılacaq.


Hal-hazırda şəkərli diabet ən böyük qlobal səhiyyə problemlərindən birinə çevrilmişdir. İnkişaf etmiş ölkələrdə əhalinin 5-10 %-nin bu xəstəlikdən əziyyət çəkməsi ilə yanaşı, inkişaf etməkdə olan ölkələrdə artıq bir növ epidemiya şəklini Ardı »

Umumi XesteliklerUşaqlıq yolunda akupunktura nöqtələri axtardığına görə çin təbabəti mütəxəssisinin lisenziyası əlind

Bir neçə qadın pasiyentinin onların cinsi orqanları ilə "qəribə" manipulyasiyalar etdiyi barədə şikayətindən sonra, Çin xalq təbabəti mütəxəssisi avstraliyalı Grant Vuya (Grant Woo) peşəsi üzrə fəaliyyət göstərmək qadağan edilmişdir. Bu barədə Herald Sun məlumat vermişdir.
Bu qadınlardan birinə Melburn şəhəri ətrafındakı Cənubi Yarrada yerləşən şəxsi klinikasında, Vu vaginal barmaq müayinəsi etmiş, və bunun "daxili akupunktura nöqtəsi"nə təsir göstərmə üsulu olduğunu söyləmişdir.
Başqa bir qadın pasiyentin uşaqlıq yoluna çin üsulu ilə hazırlanmış bitki məlhəmi yeritmiş və bunu guya ki, həzm pozğunluğunun müalicəsi üçün etdiyini bildirmişdir. Üçüncü bir qadın, Vunun "hormonları stimulə etmək" üçün onun döş gilələrini masaj etməsindən gileylənmişdir. Bütün qadın pasiyentləri Vu müalicəyə Ardı »

Umumi XesteliklerHendra virusu ilə kontaktda olmuş avstraliyalılar eksperimental dərmanla müalicə olunacaq

Təhlükəli Hendra virusu ilə kontaktda olmuş iki avstraliyalı qadın eksperimental dərman ilə müalicə olunacaq, bu haqda Courier Mail məlumat verib. Amerikalı həkimlər tərəfindən antitellər əsasında hazırlanmış bu preparat müalicəvi məqsədlə istifadə olunmaq üçün nəzərdə tutulmamışdı və yalnız heyvanlar üzərində klinik sınaqlardan keçirilmişdi.
Hendra virusunun törətdiyi xəstəliyin alovlanması keçən ayın ikinci yarısında Avstraliyanın Kvinslend ştatında müşahidə olunmuşdu. Nəticədə bir at infeksiyadan ölmüşdü. Bu heyvan ilə kontaktda olmuş 12 şəxs arasında Rebekka Dey (Rebecca Day) və onun 12 yaşlı qızı Molli (Mollie) də vardı.
Ştatın yerli səhiyyə orqanlarının rəhbərliyi digər 10 şəxsin yoluxma ehtimalının əhəmiyyətsiz dərəcədə aşağı olduğuna görə, eksperimental dərman maddəsinin yalnız Dey və Ardı »

Umumi XesteliklerQuş qripi uşağa ana bətnində ikən yoluxa bilər

Yeni tədqiqatlar göstərmişdir ki, quş qripi virusunun H5N1 ştammı uşağa ana bətnində ikən yoluxa bilər. Lakin bu virus dölə elə də ciddi bir təsir göstərmir. Ehtimal olunur ki, bunun səbəbi virusun təsirinin immun reaksiyalarla əlaqədar olmasıdır. Bu reaksiyalar böyüklərdə daha çox büruzə verir.
Çin tədqiqatçıları quş qripi virusunu xüsusi laboratoriyalarda çoxaltmadan zədələnmiş toxumalardaca müəyyən etmək üçün yeni üsul kəşf etmişlər.

2003-cü ildən bəri quş qripi səbəbi ilə 300-dən çox insanın ölümü qeydə alınmışdır. Xəstəliyin pandemiya halını alacağının gözlənməsinə baxmayaraq, qurbanların meyitləri çox az hallarda yarılmışdır. Bunun səbəbi bir sıra hallarda dini qadağalar olsa belə, əsas əngəl bu virusun zədələdiyi toxuma və orqanların Ardı »

Umumi XesteliklerXorasız dispepsiya sindromunda diaqnostika və müalicə alqoritmi

Müəlliflər: Professor Şeptulin A. A. , Kolmakova O. Z.
Tərcümə: Dr. Quliyev V.S.

1999-cu ilin noyabr ayında Roma şəhərində 7-ci Birləşmiş Avropa Qastroenterologiya həftəsi zamanı (II Roma kriteriyaları adlandırılır) keçirilmiş mədə-bağırsaq traktının funksional xəstəliklərinin diaqnostik kriteriyalarının təkmilləşdirilməsi üzrə Beynəlxalq işçi qrupunun (Multinational Working Teams to Develope Diagnostic Criteria for Functional Gastrointestinal Disorders) razılaşma iclasının məsləhətinə uyğun olaraq, dispepsiya sindromuna epiqastral nahiyədə orta xəttə yaxın lokalizə olunmuş ağrı və diskomfort hissiyatı kimi tərif verilmişdir. Orta xəttə yaxınlıq barədə dəqiqləşdirmə xüsusi əhəmiyyət kəsb edir, belə ki, artıq sol və ya sağ qabırğaaltı nahiyələrdə lokalizə olunmuş ağrı dispepsiya sindromuna aid edilməyəcək. Dispepsiya anlayışına gəldikdə isə bu, Ardı »

Umumi XesteliklerMeyitxanada yarıldığı zaman “dirildi”

Avtomobil qəzasında travma alan və ölü bilinən Venesuela sakini Karlos Kameho meyitxanaya gətirilmiş və patoloq anatomların onu yarmaq istədiyi vaxt özünə gəlmişdir. Həkimlər onun sifətində kəsik aparan zaman qan axdığını görüb şübhələnmiş və dərhal yaranı tikmişlər. Bu zaman “cəsəd” gözlərini açmış və ayağa qalxmağa çalışmışdır.

Venesuelanın El Universal qəzetinə verdiyi müsahibədə Karlos Kameho dözülməz ağrı nəticəsində özünə gəldiyini bildirmişdi, çünki onun yarasını anesteziyasız tikirdilər. Bundan sonra həkimlər xəstəni koridora çıxarmışlar və burada o, meyidinin tanınması üçün çağrılmış arvadı ilə qarşılaşmışdır.
Sonradan aydın olmuşdur ki, qəza yerinə gələn xilasedici dəstənin əməkdaşları və polislər huşunu itirmiş Karlosun ölü olduğunu düşünərək meyitxanaya göndərmişlər.
Qəza zamanı Ardı »

Umumi XesteliklerKişilər üçün hormonal olmayan kontraseptiv həblər hazırlanıb

[color=#039b80]Amerika alimləri kişilər üçün qeyri-hormonal kontraseptiv preparat hazırlamışlar. Daily Mail tərəfindən verilən məlumata görə, gündə bir dəfə qəbul edilən bu yeni preparat meymunlar üzərində sınaqdan keçirilmişdir.
CDB-4022 adlandırılmış həmin preparat spermatozoidlərin əmələ gəlmə prosesinin erkən mərhələlərinə təsir edir. Yeni preparatın üstün cəhətləri isə onun hormonal preparatlar üçün xarakterik əlavə təsirlərinin olmaması və effektinin geri dönən olmasıdır.


Bioqual tədqiqat şirkətinin mütəxəssisləri Pittsburq və İllinoys Universitetlərinin alimləri ilə birgə yeni kontraseptiv vasitəni meymunlar üzərində sınaqdan keçirmişlər. Erkək meymunların bir qrupu bir həftə ərzində gündəlik olaraq CDB-4022, digər qrupu isə plasebo qəbul etmişdir.
Tədqiqatçıların verdiyi məlumata görə, bir müddətdən sonra birinci qrupa aid olan meymunlarda spermatozoidlərin konsentrasiyası Ardı »

Umumi XesteliklerDepressiya ateroskleroza səbəb olur

Ateroskleroz arterial damarların okklüziyası (mənfəzinin tutulması) ilə gedən xəstəlikdir, miokard infarktı və insult kimi xəstəliklərə səbəb olur. Müasir cəmiyyətdə depressiya hallarının sayının artmasıni nəzərə alsaq, bu tədqiqat həm həkimlər, həm də sağlamlığının qeydinə qalan insanlar

üçün əhəmiyyətlidir.
Bir qrup Indianapolisli alim orta yaşı 60,6 olan 324 nəfər kişi və qadın üzərində araşdırma aparmışdır.
Ürək-damar xəstəliklərinin erkən əlamətlərini müəyyən etmək üçün bu şəxslərdə arteriyaların intima qişasının qalınlığını ölçmüşlər. Üç ildən sonra bu ölçməni bir də təkrarlamışlar.
Müəyyən olunmuşdur ki, orta ağırlıqli və yüngül depressiya aterosklerozun inkişafını sürətləndirir. Həyəcan, hirslənmə arteriya divarlarının qalınlığına təsir etməmişdir. Nəticələrin analizindən belə məlum olmuşdur ki, depressiyanın yalnız somatik simptomları damarların Ardı »