Umumi Xestelikler → Çin cərrahları qadını 45 kiloqramlıq şişdən azad etdilər
[color=#039b80]Quandun mərkəzi xəstəxanasının həkimləri 45 kiloqramlıq nəhəng şişin çıxarılması üçün aparılan cərrahi əməliyyatın uğurla başa çatdığını xəbər verdilər. Əməliyyat 9 saatdan çox davam etmişdir.
Çoxsaylı neyrofibromatozu olan 36 yaşlı qadının dediyinə görə, şiş onun sağ sağrısı üzərində 20 ildən çoxdur ki, əmələ gəlmişdi. Bir neçə il onun ölçüsü toyuq yumurtasından da kiçik olmuş, sonradan sürətlə böyümüşdür.
Nəticədə qadın sərbəst yerimə qabiliyyətindən məhrum olmuşdur. Son iki ili o, yataqda keçirmiş, kiçik bacısı ona qulluq etmişdir. Xəstə qadının anası da bu xəstəlikdən əziyyət çəkmiş, 1990-cı ildə vəfat etmişdir.
Çoxsaylı neyrofibromatoz periferik sinirlərin qılafından xoşxassəli şişlərin inkişaf etməsi ilə gedən ağır bir irsi xəstəlikdir. Bu şişlər həddən Ardı »