Kilseler → Tertullian
Tertullian (təx. 160-240) — İlk dövr Xristian ilahiyyatçılarından biri.Mündəricat [gizlə]
1 Həyatı
2 Yaradıcılığı
3 İlahiyyata dair görüşləri
4 Nikaha münasibəti
[redaktə]
Həyatı
Böyük xristian ilahiyyatçısı və filosofu Kvint Septimi Florens Tertullian vaxtilə Roma İmperiyasının tərkib hissəsi olan Afrikanın Karfagen şəhərində, hərbçi ailəsində dünyaya göz açmışdır. Hüquq, fəlsəfə və ritorika üzrə təhsil almış və bu elmlərə mükəmməl yiyələnmişdir. Təxminən 40 yaşında ikən, xristianlığı qəbul etmiş və bu dinlə bağlı bir sıra əsərlər yazmışdır. O, əvvəllər bidətçi təriqətlərlə mübarizə aparsa da, sonra rəsmi kilsənin mövqeyindən uzaqlaşmış və montanistlərə (hər növ iyerarxiyanı və rəsmi din anlayışını rədd edən dini təriqət) qoşulmuşdur. Onun kilsəyə qarşı iradları əxlaqi-mənəvi məsələlərlə bağlı Ardı »