Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KilselerBibliya

Bibliya — Xristianlığın Müqəddəs Kitablar toplusu. Bibliya Əhdi-Ətiq və Əhdi-Cədid adlı toplulara bölünür. Onların hərəsi, öz növbəsində, çoxlu kitablardan ibarətdir. Əhdi-Ətiq xristian kilsəsi tərəfindən qəbul edilən qədim yəhudi dininin Müqəddəs Kitablarıdır.[1] Bibliya 66 kitabdan ibarətdir. Bunlardan 39-u Əhdi-Ətiqə, 27-si Əhdi-Cədidə daxildir. Başqa dillərə tərcümə nöqteyi-nəzərindən Bibliya dünyada birinci yeri tutur. 2007-ci ilin sonunadək Bibliya dünyada mövcud olan 6900 dildən tam surətdə 438 dilə, yalnız Əhdi-Cədid olmaqla qismən 1168 dilə tərcümə olunmuşdur. Bu kitab son zamanlar yeni dillərə daha sürətlə tərcümə edilir.[2]

Dünya ədəbiyyatı və incəsənətində Bibliya mövzuları geniş yayılmışdır. Kitabdakı obrazlardan (Adəm, Həvva, Davud, Süleyman, İsa və s.) Şərq, o cümlədən Azərbaycan Ardı »

KilselerMilan kilsəsi

Milan kilsəsi — İtaliyanın qotika üslubunda olan ən gözəl memarlıq nümunələrindən biridir. Bu, Avropada mərmərdən hazırlanmış və qotika üslubunda yeganə kilsədir.

Kilsəni 1386–cı ildə hersoq Can Qaleasso Viskontinin zamanında ucaltmışlar. Tikinti işləri XV – XVI əsrlərdə davam etmişdir.

Abidənin Ambroziana adlanan yerdə Leonardo da Vinçinin rəsmləri saxlanılır və bu, kilsənin müəyyən memarlıq nümunələrini tamamlayır. Xaçlar arasında şpil yəni uzun mil qalanı daha da görkəmli edir və kilsənin hündürlüyünü 108,5 metrə qədər qaldırmağı mümkün edir. 1765 – 1769–cu illərdə qala tam başa çatmış, fasadı isə verilən məlumatlara əsasən XIX əsrdə bitirilmişdir.

Kilsənin fasadı təqribən kvadrat formada olan Duamo adlı işə bənzəyir və bu tikilinin mənfi Ardı »

KilselerAğoğlan monastırı

Ağoğlan monastırı - Azərbaycan Respublikası, Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Ağoğlan məbədi V - VI əsrlərə aid alban[1] [2] [3] [4] [5] [6] monastırıdır.

Abidə müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qaldığından IX əsrdə bu abidə yenidən inşa edilərək forma etibarı ilə kilsə üslubuna - monastıra uyğunlaşdırılıb. Bu abidə təmir edilərkən özünün ilk bünövrələri olduğu kimi saxlanmış, köhnə divarlar üzərində yeni divarlar tikilmişdir. Bərpadan sonra Ağoğlan qəsri Azərbaycan tarixinin alban dövrü memarlığının ən möhtəşəm abidələrindən birinə çevrilmişdir.Mündəricat [gizlə]
1 Memarlığı
2 Ermənistanın işğalı altında qalan abidə
3 Şəkillər
4 İstinadlar

[redaktə]
Memarlığı

Ağoğlan məbədi plan baxımından üç nefli olan düzbucaqlı bazilika kifayət qədər böyük ölçülərə Ardı »

KilselerMəsihin ikinci gəlişi və qiyamət günü

İsa Məsih göyə qalxdıqdan sonra həvarilər durub, “səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq»”.[27]

İsa Məsih Öz şagirdlərinə dünyanın sonunda – qiyamət günündə təkrar gələcəyini dönə-dönə söyləmişdir: “O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qaldıracaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək”.[28]

İsa Məsih gələcəyi zaman “dirilərlə ölüləri mühakimə edəcək”.[29] Qiyamət günündə İsa vəfat etmiş möminləri dirildəcək[30] və Rəbbin zühurunadək sağ qalan möminlər heç vəfat etmədən, “son Ardı »

KilselerTəzəkənd bazilikası

Təzəkənd bazilikası – Ağcabədi rayonu, Təzəkənd yaşayış məntəqəsi yaxınlığında yerləşən üçnefli alban[1] bazilikası.

Alban tarixçisi Musa Kalankatlının Alban salnaməsində Alban katalikosu Lazar haqqında yazarkən göstərir ki, "o, Baqməcdə (Bərdə və Beyləqan arasında yer) Hazarapatı (kəndini) və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. O, bunları Allah-təaladan ona vəhy gələndən sonra bina etmişdir.".Təzəkənd bazilikasının həmin Pantaleon kilsəsinin olduğu fikiri var.

Bazilika plan baxımından üç cüt sütundan ibarət olan binadır. Abidənin uzunluğu 16,5 metr, eni isə 9,2 metrdir. Binanın şərq tərəfində səcdəgah absidaları və yanlarda keşiş cübbələrinin saxlandığı yer vardır. Orta nefin eni 5 metr, yan neflərin eni isə 2,1 metrdir. Əgər səcdəgah absidası orta nefin sonluğu idisə, Ardı »

KilselerAvey kilsəsi

Avey kilsəsi - Qazax rayonu ərazisində Aveydağ silsiləsinin ətəklərində yerləşir. Qafqaz Albaniyasının əsas məbədlərindən biri olub.[1][2] Məbəd düzbucaqlı formada inşa edilib. Məbədə qərb tərəfdən qədim yol başlayır. Məbədin belə bir yerdə tikilməsi onun Alban memarlığının səciyyəvi əlamətlərindən biri ilə bağlılığını göstərir. İki otaqlı məbəd yerli Avey daşından inşa edilib. Şimal hissəsinin tavanı tağvari, güney hissəsinin tavanı isə konusvari kümbəzlə tamamlanır. Məbədin həyətində qəbirlər aşkar edilmişdir. Qəbirlərin sinə daşları albanlara xas olan üslubda naxışlanmışdır. Daşlarının birinin üstündə emblem kimi albanlara məxsus lotos gülü və onun yuxarı künclərində günəş simvolu olaraq içərisi 8 hissəyə ayrılmış rozetka qazılmışdır. [3] V-VII əsrlərə aid edilən məbədin Ardı »

KilselerXristian kilsələrinin birliyi

Xristianlıqda bölünmə prosesi hal-hazırda davam etsə də, xüsusilə XX əsrdən başlayaraq əks proses müşahidə olunur. Müasir dünya şəraitində müxtəlif xristian məzhəbləri arasında dialoq və əməkdaşlıq getdikcə artır. 1948-ci ildə yaranan Ümumdünya Kilsələr Şurası hal-hazırda 100-dən artıq ölkədə 330-dan artıq kilsə, məzhəb və icmanı birləşdirir.

Pravoslav kilsəsinin görkəmli nümayəndələri hələ XIX əsrdən Qərb kilsələri ilə dialoqa hazır idilər. 1938-ci ildə protoierey Sergiy Bulqakov tələbə konfransında çıxışında belə demişdir: “Fikir ayrılıqlarına baxmayaraq xristian dünyası indiyədək əsas əqidələrində əsaslı vəhdəti qoruyur, həmin əqidələr bütün xristianlar tərəfindən qəbul edilən əsas iqrar və iman simvollarında (Nikeya, Həvari, Afanasiy simvolları) ifadə olunmuşdur.[4]

Məşhur rus pravoslav alimi və keşişi Aleksandr Ardı »

KilselerTertullian

Tertullian (təx. 160-240) — İlk dövr Xristian ilahiyyatçılarından biri.Mündəricat [gizlə]
1 Həyatı
2 Yaradıcılığı
3 İlahiyyata dair görüşləri
4 Nikaha münasibəti

[redaktə]
Həyatı

Böyük xristian ilahiyyatçısı və filosofu Kvint Septimi Florens Tertullian vaxtilə Roma İmperiyasının tərkib hissəsi olan Afrikanın Karfagen şəhərində, hərbçi ailəsində dünyaya göz açmışdır. Hüquq, fəlsəfə və ritorika üzrə təhsil almış və bu elmlərə mükəmməl yiyələnmişdir. Təxminən 40 yaşında ikən, xristianlığı qəbul etmiş və bu dinlə bağlı bir sıra əsərlər yazmışdır. O, əvvəllər bidətçi təriqətlərlə mübarizə aparsa da, sonra rəsmi kilsənin mövqeyindən uzaqlaşmış və montanistlərə (hər növ iyerarxiyanı və rəsmi din anlayışını rədd edən dini təriqət) qoşulmuşdur. Onun kilsəyə qarşı iradları əxlaqi-mənəvi məsələlərlə bağlı Ardı »