Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kilselerİsanın gəlişinin yaxınlaşdığını göstərən əlamətlər

İncilə görə, İsa Məsih Öz gəlişinin aşağıdakı əlamətlərindən bəhs etmişdir:

1) Müjdənin bütün dünyada vəz edilməsi.

Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək.[16]

2) Böyük əziyyət.

Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer zəlzələlər və aclıq olacaq. Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır... Çünki o günlərdə elə bir əzab-əziyyət olacaq ki, Allahın yaratdığı bu kainatın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç də olmayacaq. Əgər Rəbb o günləri qısaltmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma Ardı »

KilselerMaksim

Maksim- Erkən dövr xristian din xadimi, Kilsə atası
[redaktə]
Həyatı

580-ci ildə Konstantinopolda (İstanbul) dünyaya gəlmiş məşhur xristian ilahiyyatçısının həyatı haqqında az məlumat vardır. 50 yaşında monastıra gedən və Xrizopolis monastırının başçısı vəzifəsinədək yülsələn Maksim təxminən 640-cı ildə Karfagen şəhərinə köçərək, yaradıcılıq fəaliyyətinə başlamış, qısa müddətdə yerli əhali tərəfindən hörmətlə qarşılanaraq dini liderə çevrilmişdir.

Bu dövrdə Bizans İmperiyasında monofizit (İsanın yalnız ilahi xarakterə malik olduğu barədə dini görüş) və diofizitlər (İsanın həm ilahi, həm də insani xarakterə malik olduğu barədə dini görüş) arasında dini mübahisələr yaranmışdı. Onları bir cəbhədə birləşdirməyə çalışan imperator İrakli diofizitliyi İmperiyanın rəsmi doktrinasına çevirməyə cəhd göstərirmişdir. Elə həmin dövrdə Roma Papası Ardı »

KilselerKlement

Tit Flavi Klement (150-215) — Mütəfəkkir

O, təqribən 150-ci ildə Afina şəhərində zəngin ailədə dünyaya gəlmiş və yaxşı təhsil almışdır. Təxminən 20 yaşında ikən Aralıq dənizi sahilləri boyunca səyahətə çıxmışdır. İsgəndəriyyədə ilahiyyat məktəbinin başçısı Pantenlə tanış olmuş, onun təsiri ilə xristianlığı qəbul edib orada məskunlaşmışdır. Daha sonra ilahiyyat məktəbinin başçısı vəzifəsinədək yüksəlmişdir. İmperator Septimi Severin dövründə, Xristianlığın təqib edildiyi zaman, İsgəndəriyyəni tərk edərək, Fələstinə sığınmış və orada da vəfat etmişdir.

Klement ilk dövr xristian müəlliflərindən olmasına baxmayaraq, fəlsəfə və rasional düşüncəyə daha çox meyl etməsi ilə onlardan fərqlənmişdir. Məhz buna və əsərlərində rast gəlinən qnostisizm (xristian dini, yunan idealist fəlsəfəsi və Şərq dinləri Ardı »

KilselerApokrifik İncillər

Apokrif kəlməsi “gizli”, “üstü örtülü” mənasına gəlir. Apokrifik yazı dedikdə, Kilsə tərəfindən qəbul edilməyən erkən xristian yazıları nəzərdə tutulur.[13]

Eramızın ilk əsrlərində Kilsə İsa Məsih haqqında yazılan müxtəlif kitabların arasından dörd Müjdəni seçib əsl İncil olduğunu, qalanlarını isə həqiqətə uyğun gəlmədiyini qərarlaşdırıb. Bu seçim sadəcə bir coğrafi bölgə ilə məhdud deyil idi, Qüds, Antakya, İsgəndəriyyə, Roma və b. yerlərdə mövcud olan xristianlar tərəfindən qəbul olunub. Kilsə apokriflərə qarşı mübarizə apardığı halda, onlar qorunub-saxlanmış və bir çox qədim dillərə tərcümə olunmuşdur.

Dörd kanonik Müjdələr ilə apokriflərin arasında ciddi fərqlər vardır.

II əsrə aid olan “Yaqub İncili” Həzrəti Məryəmin uşaqlığı, valideynləri haqqında mözücələrlə dolu rəvayətlərdən ibarətdir.

II Ardı »

KilselerElqiva

Elqiva (və ya Elfqita, Elgiva, Ælfgifu, Aelgifu, Algyva, Aelgytha) — İngiltərənin kraliçası daha sonra isə rahibə.İngiltərə kralı Edmundun birinci həyat yoldaşı Edviq və Edqarın anası.Öz xronoloqiyasında Uvilyam Malmsberiyalı Elqivanın Müdrüklüyündən yazırdı.Elqiva həyat yoldaşı Edmundun ölümündən sonra Şaftsberi kilsəsinə köçüb. Ardı »

KilselerHəvari Pavel

Müqəddəs həvari Pavel (təqr. 3, Tars-62) - xristianlıq tarixində ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Ardı »

Kilselerİsa Xristianlıqda

İsa Məsih – təqribən e.ə. 4-cü ildən eramızın 30-cu ilinə qədər yaşamış tarixi şəxsiyyət. Sovet İttifaqında və Azərbaycanda nəşr olunan ensiklopediyalarda mif[1] olaraq təqdim edilməsinə baxmayaraq, müasir tarixçilər “mif nəzəriyyəsi”ndən imtina edib, İsanın real tarixi şəxsiyyət olması ilə razılaşırlar.[2]Mündəricat [gizlə]
1 Xristianlıqda İsa haqqında vahid əqidənin mənbəyi
2 Allahın mücəssiməsi
3 Bakirədən doğulması
4 Uşaqlıq, yeniyetmə, gənclik çağı
5 Xidməti, möcüzələri
6 Ölümü, dəfn olunması, dirilməsi, göyə qalxması
7 Məsihin ikinci gəlişi və qiyamət günü
8 Bax həmçinin
9 Mənbə
10 Film
11 İstinadlar

[redaktə]
Xristianlıqda İsa haqqında vahid əqidənin mənbəyi

Xristianlar İsa barəsindəki inanclarında Bibliyaya istinad edirlər. Məzhəblərindən asılı olmarayaq, bütün xristianlar İsanın Allahın mücəssiməsi, Allahın Oğlu, Allahın qurbanlıq Quzusu, Rəbb, Məsih, Ardı »

KilselerLüteranlıq

Lüteranlıq - protestantlığın başlıca istiqamətlərindən biri. 16-cı əsrdə Almaniyada Reformasiya gedişində yaranmışdı. Əsasını Martin Lüter və ardıcılları qoymuşdur. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir. Ardı »