Kilseler → Kiril və Metodius
Kiril və Metodius (yunan. Κύριλλος και Μεθόδιος) — IX əsrdə Saloniki şəhərində doğulmuş Bizanslı yunan qardaşlar. Moraviya və Panoya ərazilərində Xristianlığın yayılması üçün misyonerlik fəaliyyəti ilə məşğul olmuşdular. Qardaşların misyonerlik fəaliyyəti nəticəsində Slavyan xalqlarının mədəni və dini inanclarında bəzi yeniliklər baş vermiş və bunu nəticəsində Kril və Metodius qardaşlarına Slavyanların Öndərləri fərxi adı verilmişdir. Qardaşlar Qlaqolitik əlifbasının dahada genişləndirmiş və həmin əlifbadan Qədim Slav dilinin yazılması üçün istifadə etmişdilər. Bu əlifba Slav dilinin yazılması üçün hazırlanmış ilk əlifba idi. Kiril əlifbası bu əlifbanın əsasında hazırlanmışdır və bu gündə slavyan xalqları arasında geniş istifadə edilir. Kiril əlifbasıda iki qardaşdan birinin şərəfinə adlandırılmışdır. Ardı »