Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KilselerHəvarilər

Həvarilər (yunanca ἀπόστολος – elçi, səfir) - xristianlıqda İsa Məsihin seçib xidmətə göndərdiyi on iki ardıcılı; daha sonra həvarilərin sayı artmışdır. Həvarilər erkən xristian cəmiyyətinin nüvəsi olmuş, xristianlığın yayılması onların fəaliyyəti ilə əlaqələndirilir.Mündəricat [gizlə]
1 12 həvari
2 Həvari Paul
3 Həvarilərin vəfatı
4 Həvarilərin xristianlıqda əhəmiyyəti
5 İstinadlar

[redaktə]
12 həvari
Xristianlıq

İsa[göstər]
Erkən Dövr[göstər]
Bibliya[göstər]
Teologiya[göstər]
Tarix və Ənənələr[göstər]
Məzhəblər və Hərəkatlar[göstər]
Əsas mövzular[göstər]


Xristianlıq
göstər • müzakirə et • redaktə et


On iki həvari (apostol, yunanca səfir) - xristianlıqda İsa Məsiha ilə seçilmiş onun ən yaxın ardıcıllarının kollegiyası (qardaşlar Pyotr və Andrey, Böyük İakov və İlahiyyatçı İoann, Filipp, Varfolomey, Matfey, Foma, İakov Alfeyev, Faddey, Simon Zilot və İuda İskariot). İncilə görə İsa "on iki Ardı »

KilselerXristianlıqda Ata

Ata yaxud Ata-Allah – xristianlıqda ümumiyyətlə Allaha və xüsusi olaraq Üç üqnumun birinci Sifətinə verilən addır.

Xristianlıqda Ata-Allah, Oğul və Müqəddəs Ruh ilə birlikdə bir Allahın üç Sifətindən biridir. Bir Allahın üç Sifəti əqidəsinə Üç üqnum və ya Müqəddəs Üçlük deyirlər. Pravoslav, katolik və protestant olmaq üzrə bütün xristian kilsələri bu əqidəyə inanırlar.

Əhdi-Cədiddə Allah “Ata” adlandırılır, İsa Məsih Allaha adətən “Atam” deyə xitab edir.

Birinci Nikeya Kilsə Məclisində (eramızın 325-ci ili) qəbul olunmuş Nikeya iman simvolu bu sözlərlə başlanır:

“Mən Allaha, qüdrətli Ataya, göyü-yeri, gözlə görünən də, görünməyən də hər şeyi Yaradana inanıram”.[1]

“Afanasi iman simvolu”nda (eramızın IV əsri) Ata-Allah haqqında belə yazılmışdır:

“Ata necədirsə, Oğul Ardı »

KilselerOpus Dei

Latın dilindən tərcümədə “Tanrı işi” mənasını ifadə edən bu təşkilat Roma Katolik Kilsəsinin prelaturasıdır (Katolik kilsəsində yüksək ruhani təbəqə). Opus Dei 1928-ci ildə Madriddə ispan keşişi Xosemariya Eskriva de Balaqer (1902-1975) tərəfindən yaradılmış, Katolik kilsəsinin nəzdində dünyəvi və dini təlim kimi meydana gəlmişdir. Məqsədi Papa ensiklikinə (Roma Papasının siyasət, din, əxlaq və s. məsələlərə dair bütün katoliklərə müraciəti) müvafiq cəmiyyət formalaşdırmaqdan ibarət olan bu təşkilat öz planlarını reallaşdırmaq üçün üzvlərini hökumət orqanlarında yerləşdirir, siyasi və iqtisadi sahələrdə nüfuz sahibi insanları sıralarına cəlb edirdi. İlkin dövrlərdə Opus Deinin təbliğ etdiyi ideyalar fəhlələr və tələbələr tərəfindən rəğbətlə qarşılanmışdır. 1930-cu ildə təşkilatın qadın bölməsi Ardı »

KilselerBirinci səlib yürüşü

Birinci səlib yürüşü Qərbi Avropa ölkələrinin Yaxın Şərqə-Qüdsü və Fələstini ələ keçirmək məqsədilə hücum etdiyi Səlib yürüşlərinin bir hissəsidir. Bu yürüş səlib yürüşlərindən birincisi olmasa belə, elmi ədəbiyyatda Birinci səlib yürüşü adını almışdır. Çünki, səlib yürüşlərinin ilki olan İlk Səlib yürüşündə hakim feodallar deyil, qara camaat aparıcı qüvvə idi. 3 il çəkən müharibələrin sonunda xristianlar Qüdsü və bir sıra digər əraziləri ələ keçirərək, burada dörd feodal dövlət qurdular. Ardı »

KilselerMormonizm

Mormonizm — rəsmi adı "Axır zaman Müqəddəslərinin İsa Məsih kilsəsi" olan bu cərəyanın əsası 1830-ci ildə Cozef Smit adlı missioner tərəfindən Nyu-York ştatının La-Feyette şəhərində qoyulmuşdur.

Smit 1805-ci ildə Vermont ştatının Jarone şəhərində anadan olmuşdur. O, sistemli təlim-təhsil almasa da özünü yetişdirmişdir. Smitin iddiasına görə Moroniy adlı mələk onun gözünə görünərək, vaxtilə torpağa basdırılmış hindu peyğəmbərin qızıl vərəqlərdən ibarət kitabının yerini göstərmiş və Tanrının ona iş tapşırdığı xəbərini çatdırmışdır.

Bu vaqedən sonra Smit kilsə təsis etmiş, ətrafına tərəfdarlar toplayaraq, ətraf ştatlarda aktiv dini fəaliyyətə başlamışdır. Onların az müddətdə uğur qazanmasının əsas səbəbi cərəyan mənsublarının təmənnasız dindarlara məsuliyyətlə yanaşmaları idi. Lakin protestanların güclü təqibləri Ardı »

KilselerBaptizmdə Allah inancı

Baptizmdə tarixən iki axın mövcud olmuşdur: ümumi və xüsusi. Onlar biri-birindən vəftiz məfhumunun mahiyyətini fərqli dərk etdikləri üçün seçilirlər. Ümumi baptistlərə görə, İsa Məsih insanlar arasında fərq qoymadan hər kəsin günahını təmizləmişdir. Xüsusi baptistlər isə İsanın əvvəlcədən seçilmiş bir sıra insanın günahlarını təmizlədiyini qəbul edirlər. Con Smit ümumi baptist icmasının qurucusu hesab olunur. İlk xüsusi icma isə 1638-ci ildə İngiltərənin Sosverq şəhərində meydana gəlmişdir. Baptistlərin həyat devizi olan "Tanrı məhəbbətin özüdür" ifadəsi özündə bütün xoşbəxtlik və sevincin Tanrı ilə bilavasitə əlaqədar olması mənasını ehtiva edir. İnanca görə, inanan insanın Allahın varlığına sübut gətirməsinə ehtiyac yoxdur. Çünki Allah varlığını inanan insanın şüuruna Ardı »

KilselerAlman lüteran kilsəsi (Bakı)

1896-cı ilin martında Bakıda yevangelik-lüteran kilsəsinin təməli qoyulmuş və 1899-cu ildə istifadəyə verilmişdir. 24 yaşlı alman Adolf Eyxlerin memarı olduğu bina o dövrdə Bakının ən nadir arxitektura inciləri sırasına daxil olur. Ardı »

KilselerPuritanlar

XVI və XVII əsrlərdə Böyük Britaniyada baş vermiş dini hərəkat.I Yelizavetanın kilsələrdə keçirdiyi reformist siyasət hərəkatın formalaşmasını sürətləndirmişdir.Puritanlar Protestantlıq məzhəbini müdafiə edirdilər. Ardı »