Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məscidlərİkinci Həsən məscidi

İkinci Həsən məscidi (ərəb. مسجد الحسن الثاني‎‎) — Mərakeşin ən böyük, dünyanın isə 7-ci ən böyük məscidi.

Məscid 1993-cü ildə fransız memar Mişel Pense tərəfindən inşa edilmişdir.

Məscidin 210 metrlik minarəsi dünyanın ən hündür minarəsi sayılır.

Bu məscid daha çox turizm məkanı kimi məşhurdur. Ardı »

MəscidlərBöyük Bazar məscidi

Böyük Bazar məscidi — Lənkəran şəhərinin Böyük Bazar məhəlləsində tarixi məscid.

Lənkəran şəhərinin mərkəz hissəsində yerləşən Böyük Bazar məscidi XIX əsrdə inşa olunub. Tikilinin təşəbbüskarları və baniləri Böyük Bazarda tanınmış ziyalı şəxsiyyətlərdən olan Kərbəlayi Qulu, Kərbəlayi Ağaqulu, Hacı Mirağa və Böyük Bazar camaatı olub. Bu məscidin 1929-cu ilədək altı böyük təkyəsi olmuşdur. Həmin təkyələrə onu inşa edən şəxslərin adları verilib. Çox təəssüf ki, Kərbəlayi Hüseynin, general Hacı Mirabbas xan Talışinskinin, Kərimovların, Hacı Manafin və Hacı Ələsgərin təkyələri otuzuncu illərdə öz görkəmini itirib və dağıdılmışdır. Yalnız Hacıağa Əkbərovun təkyəsi bu günə kimi qorunub saxlanılıb. Məscid fəaliyyətə başlayan ilk gündən ona molla Mirəhməd axund, Ardı »

MəscidlərMəscid sözünün mənası

Qurani-Kərim və hədislərdə "sücud" (səcdə etmək) sözü "baş əymək"lə yanaşı‚ başı yerə qoymaq mənasında da işlədilmişdir. Elə buna görə də‚ səcdə‚ təvazökarlığın ən son həddi sayılır. Məhz bu səbəbdən İslam mədəniyyətində məscid‚ insanların qüdrətli və qəni Yaradan ilə acizanə şəkildə əlaqə qurmaq üçün seçdiyi müqəddəs məkan kimi tanınır.

Məscid sözü Qurani-Kərimdə 28 dəfə işlənmişdir. Bunun 22-si tək halda və 6-sı isə cəm halda işlədilmişdir. Filoloqlar Quranda qeyd edilən "mihrab" sözünün də "məscid" mənasına gəldiyini bildirirlər.

Dünya müsəlmanları arasında təkcə Türkiyə türkləri cümə namazı qılınmayan, ancaq gündəlik namazlar qılınan yerləri məscid adlandırır, cümə namazı qalınan yerlərə də cami deyirlər. Qərb dünyasında işlədilən sözlərin (mosque, Ardı »

MəscidlərQazaxlar məscidi

Qazaxlar məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi.
[redaktə]
Tarixi

Məscid 1801-1802-ci illərdə Qazax rayonundan köçüb gəlmiş tayfa üzvləri tərəfindən tikilmişdir. Tədricən Gəncədə məskunlaşan və özlərinin məhəllələrini salan bu yerdə məscidlərini də inşa etmişlər. Qazaxlar Məscidi 1886-cı ildə Cümə Məscidinin planı əsasında inşa edilib. Məscidin hansı sənətkar tərəfindən tikildiyi məlum deyildir. Məscidin bünövrəsi çay daşından, mürəkkəb məhluldan ibarətdir. Xarici və daxili divarları çay daşı, bişmiş, qırmızı kərpiç və gil məhluldan hazırlanmışdır. Bütün divarların dərinliyi 12-20 sm, hündürlüyü 1,5 metrdir. Məscidin döşəməsi də kərpiclə hörülmüşdür. Cümə Məscidində olduğu kimi, Qazaxlar Məscidində də üç giriş qapısı vardır. Əsas giriş dərin tağlı keçidin içərisindədir. İki köməkçi giriş Ardı »

MəscidlərDivriği böyük məscidi

Divriği böyük məscidi və darüşşəfası — Məngüçlü bəyi Əhməd şah və Məleykə Turan tərəfindən, bəyliyin mərkəzi Sivas, Divriğidə inşa etdirilmiş böyük məscid və darüşşəfa (xəstəxana) kompleksi. Kompleks 1228-1229-cu illərdə inşa edilmişdir. Kompleksə daxil olan abidələrin memarı Əhlətli Xürrəmşah və Tiflisli Əhməddir. Kompleksə daxil olan məscidin xeyriyyə fondu 5 iyul 1243-cü ildə fəaliyyətə başlamışdır. Kompleksi ziyarət etmiş məşhur səyyah Övliya Çələbi yazır: "Ustad,...mərmər,bu camiyə elə əmək sərf edib, qapı və divarları elə naxışlamışdır ki, onu mədh eləməyə nə söz yetər, nə qələm yazar..." Kompleks Türkiyədən UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınmış ilk abidədir.[1]
[redaktə]
Tarixi

Kompleks Məngucuk bəyi Əhməd şahın xanımı Məleykə Turan tərəfindən inşa etdirilmiş Ardı »

MəscidlərMənuçöhr camisi

Mənuçöhr camisi (və ya Ani Ulu Camisi) - Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında qədim türk abidəsi, Anadolunun ilk məscidi. Məscid Arpaçayın sahilində, bir qayalığın üstündə inşa edilmişdir. Mənbələr məscidin Şəddadilərin Ani əmiri Mənuçöhrün sifarişi ilə inşa edildiyini qeyd edir. Onu da qeyd edək ki, Əmir Mənuçöhr 1072-ci ildən Aniyə əmri təyin olunmuşdur və o, buradakı ilk Şədaddi əmiri idi. Bütün bu məlumatlarla yanaşı məscidin dəqiq inşa tarixi bilinmir.

Bir çox türk abidələri kimi bu abidə də erməni tarixçiləri bu abidənin də onlara məxsus olduğunu iddia edirlər. Bəzi erməni müəlliflərinin iddiasına görə məscid binası erməni Baqratilər sülaləsi dövrünə aid bir kilsənin Ardı »

MəscidlərTuba Şahi məscidi

Tuba Şahi - Bakının Mərdəkan qəsəbəsində məscid.Mündəricat [gizlə]
1 Tarix
2 Görünüş
3 Xarici keçidlər
4 Həmçinin bax

[redaktə]
Tarix

Məscidin tikilmə tarixi bizim dövrə qədər yaxşı vəziyyətdə qalmış yazıda göstərilir. Bu yazıda nəinki onun tikilib qurtarıldığı il hicri ilə 886 ci il ( 1481 1482 ) habelə onun sifarişçisi Tuba Şahının adı da göstərilir. Başqa yazı dar dolayı pilləkanın qabağındadır. Bu yazı, görünür, kəndin daha qədim məscidinə aiddir: 774 cü il hicri ilə ( 1372 ci il), bu yazıda onun sifarişçisinin adı da göstərilir: sədra Hacı Bahəddin, Hacı Nürəddinin oğlu.İ.Berezin hesab edir ki, bu yazı Buzovnadakı məscidə məxsus idi.
[redaktə]
Görünüş

Tuba Şahi məscidi tikintidə geniş yayılmış ibadətgahların Ardı »

MəscidlərHacı Bani məscidi

Hacı Bani Məscidi - Şirvаnşаhlаr Sаrаyı Kоmplеksi yaxınlığında yеrləşir. Fasad üzərindəki qısа epiqrafik kitabəyə əsasən mеmаr Hаcı Bаni tərəfindən ХVI əsrdə inşа еdilmişdir. Plаndа mərkəzi künbəzlidir. Girişlə üzbəüz, iri miqyаslı hörgü ilə, stаlаktit yаruslu mеhrаb yеrləşir.

Bаşqа bir еpiqrаfik yazıdan aydın olur ki, məscid hicri tarixi ilə 1320-ci ildə (1902-03-ci illər) bərpa еdilmişdir. Bu zаmаn yеnidənqurmа işləri аpаrılmış, vеstibül və qаdınlаr üçün nəzərdə tutulmuş хüsusi hissə (şəbistаn) əlаvə еdilmişdir. Cüt yаrımdаirəvi pəncərələr sаyəsində isə ibаdət zаlı ikiqаt işıqlаndırılmışdır.

Məscidin yеnidənqurmа işləri zаmаnı intеryеri və еkstеryеri ənənəvi mеmаrlıq üslublаrını və mоtivlərini qоruyub sахlamışdır. İfаdəli siluеti, kub təməl üzərindəki quruluşu, Abşеrоn tipli dаş şаrkоnusvаri künbəzin Ardı »