Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MəscidlərMuxtarov məscidi

Muxtarov məscidi — Rusiya Federasiyasında, Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində, Terek çayının sol sahilində tarixi məscid.Mündəricat [gizlə]
1 İnşa tarixi
2 Memarlıq üslubu
3 İstinadlar
4 Həmçinin bax

[redaktə]
İnşa tarixi

1900-1908-ci illərdə tanınmış Bakı milyonçuları Murtuza Muxtarov məscidin tikilməsinə maliyyə köməkliyi edir. "Priazovskiy krak" («Приазовский край») qəzetinin məlumatına görə 80 min rubla başa gələn məscidin 50 min rublunu məhz Bakı neft milyonçusu Murtuza ağa Muxtarov vermişdir. Bu səbədən Allah evinə Muxtarov məscidi adı verilmişdir. Məscidin layihə müəllifi polyak mənşəli memar İosif Ploşkodur (Bakı şəhərindəki Səadət Sarayı da həmin memar təfəfindən layihələndirilmişdi). Məscidin tikintisi miladi təqvimi ilə 1908-ci il 14 oktyabr, hicri qəmər təqvimi ilə Ardı »

MəscidlərMurtuza Muxtar məscidi

Murtuza Muxtar məscidi - Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində (Xilə kəndi), Vaqif küçəsində yerləşir.Mündəricat [gizlə]
1 İnşa tarixi
2 Memarlıq üslubu
3 Qurani-Kərimi
4 İstinadlar
5 Həmçinin bax

[redaktə]
İnşa tarixi

Tikili neft milyonçusu Murtuza Muxtarovun adı ilə bağlıdır. Məscidin maraqlı tikilmə tarixçəsi var. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Əhali yardım üçün neft milyonçusu Murtuza Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir. [1]. Ardı »

MəscidlərCümə məscidi (Ərdəbil)

Ərdəbil Cümə məscidi (جمعه مسجد اردبیل) – Güney Azərbaycanın Ərdəbil şəhərində yerləşən və unikal memarlıq quruluşuna malik olan məscid. Məscidin dövrümüzə xarabalıqları çatıb.

Ərəbdilli qaynaqlarda bu məscidin adı X yüzildən çəkilsə də, məscid bizə bəlli olan plan məkan quruluşunu 1078 – ci ildə almışdır.

Came məscidi (bəzi qaynaqlarda Adına məscidi kimi qeyd edilir) bulağı olan təpə üstündə inşa edilmişdir. Vaxtilə bu təpə Ərdəbilin böyük bazar meydanının ortasında yüksəlirmiş.

Ərdəbil came məscidinin düzbucaqlı planı kvadrat ibadət salonu və dərin eyvandan əmələ gəlmişdir. Onun qalın divarları içərisində dövrləmə dəhliz sistemi quraşdırılmışdır. Bu xüsusiyyət, eləcə də plan biçimi Ərdəbil məscidini Səlcuqlular dövrünün başqa Azərbaycan məscidlərindən fərqləndirir. Belə Ardı »

MəscidlərCümə məscidi (Şəki)

Şəki Cümə məscidi - qədim Şəki şəhəri ərazisində yerləşən, Azərbaycan Respublikasının ərazisindəki ən qədim məsciddir.

XVIII-XIX əsr abidəsi olan Cümə məscidinin tikintisində yerli inşaat materiallarından istifadə edilmişdir. Plan quruluşuna görə tağlı, sütunlu salondan ibarət olub, daş və ağaclarla bölmələrə ayrılaraq binadakı bu böyük aşırımı örtməyə imkan vermişdir.

Alçaq yaşayış evlərinin və yaşıllıqların fonunda özünün hündürlüyü ilə seçilən minarə məscidinin kompozisiyasında mühüm yer tutur. 28,5 m hündürlüyündə olan minarə məscid binasından bir neçə metr aralı, ayrıca dayanan tikilidir. Yuxarıya doğru nazikləşən minarə kərpic hörgülərlə, relyefli naxışlarla bəzədilmişdir. Minarəni tamamlayan şərəfə hissəsi çox məharətlə işlənmişdir.

Məscidin iç məkanı sadə həll olunmuşdur. Buradan ibadət yeri, hücrələrindən isə Ardı »

MəscidlərŞah məscidi

Şah məscidi - Şirvanşahlar sarayının aşаğı həyətdə türbə ilə yаnаşı yеrləşir. Məscidin hündürlüyü 22 mеtrdir. Minаrəni əhаtə еdən yаzıdаn məlum оdur: "bu minаrənin ucаlmаsını böyük sultаn I Хəlilullаh əmr еtmişdir. Аllаh оnun şаhlığını və hаkimiyyət illərini böyütsün 845-ci il" (1441-42 illər).

Məscidə girməzdən əvvəl yuyunmаq və dəstəmаz аlmаq üçün həyətin şimаl tərəfində, hündür mеydаnçаdа quyu və kiçik hоvuz vаrdır.

Mеmаrlıq fоrmаsınа görə məscid çох sаdədir. Оnun giriş pоrtаlı bəzəksizdir, lаkin minаrə zərifliyi və gözəlliyi ilə diqqəti cəlb еdir. Оnun еyvаnını sахlаyаn stаlаktitlər və аşаğıdа yеrləşən yаzı kəməri yüksək sənətkаrlıqlа işlənmişdir. Minаrə dilimli gümbəzlə tаmаmlаnır. Еyvаnın ətrаfı bаşqа böyük məscid minаrələrində оlduğu kimi üzəri Ardı »

MəscidlərGöylər kənd məscidi

Göylər kəndindəki tarixi məscid – Azərbaycan respublikasının Şamaxı rayonundan 16 km cənub – qərbdə, Göylər kəndi ərazisində yerləşən tarixi-memarlıq abidəsidir. Məscid XII-XIII əsrlərdə tikilib.
[redaktə]
Tarixi

Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XII əsrə aid edilir. Qədim qəbristan, karvansara kompleksi və Pirmərdəkan türbəsi məscidin ətrafında yerləşir. Ardı »

MəscidlərCame məscidi (Naxçıvan)

Came məscidi — Naxçıvan şəhərində memarlıq abidəsi.
[redaktə]
Tarixi

Memarlıq konstruktiv quruluşuna görə məscid XVIII əsrə aid edilir. Giriş qapısının baş tərəfində kitabə qoyulmuşdur. Əvvəli dini mətndən ibarət olan gözəl nəstəliq xətti ilə ərəb və fars dillərində mərmər lövhə (87x57 sm) üzərində həkk edilmiş kitabədə deyilir ki, bu Cəfəriyyə məscidi 1311-ci ildə (1894) naxçıvanlı mərhum Hacı Novruzun oğlu Xeyrül-Hac Məhəmməd Cəfər ağanın səyi ilə bərpa edilmişdir. Həmçinin, kitabədə Hacı Məhəmməd Cəfər ağanın məscidin məsrəflərini ödəməkdən və mücavirlərdən ötrü çay yuxarısında 2 dükan ayırdığı da qeyd olunmuşdur. "Çay yuxarısında" – deyərkən vaxtilə şimal-şərqdən axaraq, cənub-qərbdə Araza qovuşan və Naxçıvan şəhərinin ortasından keçən Bazar çayı nəzərdə Ardı »

MəscidlərTəzəpir məscidi

Təzəpir məscidi — Abşeron ərazisində yerləşən, bütün Şərqdə nadir gözəlliyi ilə diqqəti cəlb edən, yaşı bir əsrdən çox olan tikili.

Bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Təsadüfi deyil ki, Qafqaz Müsəlmanları İdarəsi də məhz burada yerləşir. Bu əzəmətli tikilinin həm də maraqlı tarixçəsi var. Bu tarix isə bir daha sübut edir ki, Təzəpir məscidi ziyarətgah timsallı memarlıq abidəsidir. Buranın müqəddəsliyinə tapınan insanlar zaman-zaman bu yeri ziyarət ediblər. Qəbrin itməsinə baxmayaraq həmin türbə bu günə qədər də qorunub-saxlanılır. Müqəddəs türbəyə daxil olmaq üçün pilləkənlərlə məscidin altına düşmək lazım gəlir.Mündəricat [gizlə]
1 Tarixi
2 Layihəsi
3 Memarlıq incisi
4 Mənbə

[redaktə]
Tarixi

Ardı »