Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MəscidlərOzan məscidi

Ozan məscidi — 1884inşa edilmişdir.

Ozan məscidinin girəcəyində, qapının üstündə ərəb əlifbası ilə yazılmış əlyazma mütəxəssislərimiz tərəfindən oxunmuşdur. Məlum olub ki, məscid 1786-cı ildə tikilib. Lakin bəzi yazılar pozulduğundan məscidin memarı haqqında məlumat verə bilmirik. Rəsmi sənədlərdə göstərilənlərə əsasən, tikilinin ümumi sahəsi 357,8 m2, yararlı sahəsi isə 223,8 m2 dir. Binanın tikinti dəyəri 63.504 manatdır (bu məbləğin həqiqi dəyərini bu günkü manatımızla müqayisə etməyə çətinlik çəkirik). Məscidin əsas hissəsi kümbəzlə örtülmüş kvadrat şəkilli ibadət salonudur. Yan tərəflərdə 2 köməkçi otaq yerləşir. Ozan məscidinin həm də Hacı Abbaslı məscidi adlandırılması haqqında da məlumat verilir (F.Əhmədov "Gəncənin tarixi yaddaşı"). Ozan ağbirçəklərindən Xurşud Məşədi Musa Ardı »

MəscidlərMəscidə daxil olmanın qaydaları

Boynunda qüsl olan insanın məsciddə qalması günah hesab olunur. Bu cür insanlar ancaq məsciddən bir şey götürmək üçün oraya daxil olub dərhal çıxmalıdır.
Məscidə sağ ayaqla daxil olub, sol ayaqla çıxmaq müstəhəbdir.
Müsafirin geyimi müvafiq olmazsa, o paltarının üstündən xalat və ya hicab, qadınlar isə baş örtüyü salmalıdırlar.
Məscidlərin yanında mütləq dəstəmaz almaq üçün yer olur. Məsciddə namaz qılmaq istəyən şəxs əvvəldən əl və üzünü yumalıdır.
Məscidin ibadət zalına daxil olmamışdan ayaqqabılar çıxarılmalıdır.
Məscidlərdə cümə günü cümə namazından əvvəl xütbə, başqa vaxtlarda vəzlər oxunur.

Məscidlərə daxil olmamışdan əvvəl əl yumaqla bağlı xüsusi ritualların yerinə yetirilməsi məscidlərin həyətlərində hovuzların yaranmasına səbəb oldu.

Məscidlərin ilk funksiyası namaz üçündür. Digər fəaliyyətlər Ardı »

MəscidlərVənənd məscidi

Vənənd məscidi — Ordubad şəhərində, eyni adlı kəndin ərazisində orta əsrlərə aid tarixi memarlıq abidəsi.

1324/25–ci illərdə tikilmişdir.Düzbucaqlı formada olan məscidin sahəsi təqribən 375 kv.metr, hündürlüyü 7 m-dir; günbəzlidir. Məscid bir neçə dəfə bərpa olunmuş, 17-ci əsrin əvvəllərində ona böyük bir bina əlavə edilmişdir. Cümə məscidinin ilkin binası hazırda onun şimal qərb küncünü təşkil edir.Bu hissəyə qərb fasadından açılan qapıdan girmək mümkündür.Qapı yerinin çatmasında iri nəsx xəttilə farsca kitabədə "Yeddi yüz iyirmi beşinci ildə (1324-25... yarandı" yazılmışdır. Digər kitabədə isə göstərilir ki, məscidi 1732-ci ildə vənəndli Məhəmməd Rza bərpa etmişdir. Bərpa zamanı şimal tərəfdəki tağın üzərində fars və ərəb dillərində yazılmış kitabədə Ardı »

MəscidlərYanıqlı məscidi

Yanıqlı məscidi — Tovuz rayonunda memarlıq abidəsi

Ölkə əhəmiyyətli memarlıq abidələrindən olan Yanıqlı kənd məscidi XVII əsrə məxsusdur. Dördbucaqlı formada, kərpicdən inşa olunmuş bu məscid memalıq üslubuna görə Gəncədəki Cümə məscidinə yaxındır.

Hazırda məscid qəza vəziyyətindədir. Məscidin dam örtüyü tamamilə çöküb, divarlarında çatlar əmələ gəlib. Yaxın vaxtlarda abidədə bərpa-möhkəmləndirmə işləri aparılmazsa, o, tamamilə dağıla bilər. Abidə yol qırağında yerləşdiyindən yoldan axan yağış suları məscidin ətrafına yığılır ki, bu da abidənin dağılmasına əsas səbəb olur. İlk növbədə abidə ətrafında drenaj sistemi qurulmalı və yalnız bundan sonra abidədə bərpa işləri aparılmalıdır. Ardı »

MəscidlərŞahab məscidi

Şahab məscidi — Naxçıvan şəhərində Şəhid İ. Məmmədov küçəsində, Şahab məhəlləsində tarixi-memarlıq abidəsi.Mündəricat [gizlə]
1 Tarixi
2 Xarici keçidlər
3 Mənbə
4 Həmçinin bax

[redaktə]
Tarixi

“Şahab” sözünün mənşəyi leysan yağmuru ilə əlaqələndirilir. XVIII əsrdə İslam dini bərqərar olduqdan sonra güclü yağmurlar zamanı göydən düşmüş səma cisminin – meteoritin (“Süddü nənə” adlanıb) tapılması nəticəsində yaranıb. Əvvəllər şəhərdə şöhrət tapmış Şahab məhəllə məscidindən yalnız təkcə uçuq divar və qarşısında şam yandırmaq üçün qoyulan köşk qalıb. Məscid şəhərdəki Yusif Küseyir oğlu məqbərəsinin iki yüz metr şimal-şərqindədir.

Məhəllənin yaşlı adamlarının dediklərindən aydın olur ki, Şahab məhəllə məscidinin həyət sahəsi iki hektardan artıq olub, ətrafında Kəngərlilər nəslindən olanların bir neçə məzarları Ardı »

MəscidlərMəscidül-Həram

Məscidül-Həram (ərəb. المسجد الحرام‎‎) — Məkkə şəhərində məscid. Kəbəni daxilinə alan və "Hörmətli Məscid" mənasını verən bu "Məscidül-Həram" ifadəsi Quranda 16 yerdə işlənib.

Kəbə İbrahim və İsmail peyğəmbərdən sonra bir çox dəyişikliklərə uğramışdır. Ayrı-ayrı dönəmlərdə qismən genişləndirilərək indiki duruma gəlib çıxmışdır.

Hazırda Məscidül-Həramın sahəsi 361.000 m2-dır.

Ümrə və həcc ziyarətinin rüknü olan səy[1] əməlinin icra olunduğu Səfa və Mərva təpələri də bu məscidin ərazisindədir.
[redaktə]
İstinadlar
↑ "(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir Ardı »

MəscidlərŞahzadə məscidi

Şahzadə məscidi (türk. Şehzade Camii və ya türk. Şehzade Mehmet Camii ya da türk. Şehzadebaşı Camii olaraq da tanınır) — İstanbulun Şahzadəbaşı ərazisində Memar Sinanın inşa etdiyi məsciddir. Qanuni Sultan Süleymanın əmrilə Saruhan valisi ikən 1543-cü ildə, 22 yaşında ölən oğlu Şahzadə Mehmetin şərəfinə bünövrəsi qoyulmuşdur. Məscid 1543-1548-ci illər ərzində Memar Sinanın layihəsi əsasında tikilib başa çatmışdır. Memar Sinan bu camii haqqında "Şagirdlik əsərimdir" deyə bəhs edib.

18,42 metrəlik qübbəsi 4 böyük yarımqübbəyə söykənib. Şadırvan avlusuda 12 sütun üzərində 16 qübbə ucaldılıb. İki şərəfəli cüt minarəsi vardır. İmarət və mədrəsə, tabxanə, türbələr caminin baxçasında və arxa küçədə yer alıb.

Şahzadə türbəsinin içi rəngarəng Ardı »

MəscidlərKiçik Bazar məscidi

Kiçik bazar məscidi — Lənkəran şəhərində məscid.

Kiçik Bazar məscidi 1906-cı ildə Lənkəranda inşa edilmişdir. Məscidin inşasına Tağı bəy, Ağa bəy, Molla Nəsir və şəhər camaatı vəsait vermişdir. Məscidin nəqqaşı usta Rəhim və onun atası olmuşdur. Məscid inşa edilərkən onun yanında Güldəstə adı ilə məşhur olan möhtəşəm minarə olmuşdur. Ötən əsrin 30-cu illərində sovet hakmiyyəti tərəfindən "dinlə mübarizə" şüarı altında bu əzəmətli minarə dağıdılmışıdır. Məscid özü indiyədək öz əvvəlki görkəmini saxlamış və dövlət tərəfindən mühafizə olunur. Məscidin divarlarının uzunluğu 26 metr, eni 10 metr, hündürlüyü 8 metr, divarının qalınlığı 1 metrdir. Ardı »