Hedisler → Mömin, mömin üçün bir-birini tutan bina kimidir.
Əbu Musa əl-Əşari (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Mömin, mömin üçün bir-birini tutan bina kimidir.” Sonra o, barmaqları¬nı bir-birinə keçirdi.” Buxari və Müslim.
(Buxari: Zülmlər və qəzəb ? 2314. Tirmizi: Xeyirxahlıq və qohumluq əlaqələri ? 1928. Nəsai: Zəkat ? 2560. Əhməd: 4/405.)
ŞƏRH
Bu əzəmətli bir hədisdir. Burada Peyğəmbər (s.a.v) möminlər barəsində xəbər verərək onların vəsflərini bildirmişdir. Onun sözləri bu əsası daim diqqətdə saxlamağa, möminlərin bir-birilərinə rəhmli, sevimli və şəfqətli qardaşlar olmalarına təşviq edir. Onlardan hər biri özünə arzuladığını başqasına da arzulamalı və bu istiqamətdə çalışmalıdır. Möminlər hamının rifahına xidmət edən işlərə önəm verməli və daim bu vəsfdə olmalıdırlar. Şübhəsiz ki, bina özüldən, Ardı »