Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerHARAM İLƏ MÜALİCƏ

Tariq İbn Suveyd (və ya: Suveyd İbn Tariq) rəvayət edir ki, Peyğəmbərdən (s.a.v) (müalicə) üçün içki barəsində soruşdum. O, mənə qadağan etdi. Mən yenə də soruşdum, o qadağan etdi. Mən: “Yə Rəsulullah! Həqiqətən onda şəfa vardır” dedim. O: “Xeyr, o, şəfa deyil xəstəlikdir” deyə buyurdu.
(Tirmizi 2046, İbn Məcə 3500, Əbu Davud 3873, 3875, əl-Albani “Səhih”. ) Ardı »

HedislerSəhih Qüdsi hədislər (Cənnətə ən axırıncı girən barədə)

İbn Məsud (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Mən Cəhənnəmdən ən axırıncı çıxanı və Cənnətə ən axırıncı daxil olanın kim olacağını bilirəm. O kişi Cəhənnəmdən sürünərək çıxacaq və Uca Allah ona: «Get Cənnətə gir!» - deyəcək. O, Cənnətə girəcək, lakin onun dolu olduğunu güman edərək geri qayıdıb deyəcək: «Ey Rəbbim! Mən Cənnəti dolu gördüm». Uca Allah ona: «Get Cənnətə gir!» - deyəcək. O, Cənnətə girəcək, lakin onun dolu olduğunu güman edərək geri qayıdıb deyəcək: «Ey Rəbbim! Mən Cənnəti dolu gördüm». Allah ona: «Get Cənnətə gir! Dünya və onun on misli sənindir və ya dünyanın on misli sənindir!» - deyəcək. Ardı »

HedislerSəhih Qüdsi hədislər (Arafa günün fəziləti)

Aişə (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Ərafat günü olduğu qədər Allahın atəşdən çox qul azad etdiyi başqa bir gün yoxdur. Həqiqətən o gün Allah, (dünya səmasına) yaxınlaşır və mələklərin qarşısında (Ərafatda olanlarla) öyünərək buyurur: «Bunlar nə istəyirlər?»

(Muslim 1348 (2402, 3354) Ardı »

HedislerAllah kimə xeyir istəyərsə, onu dində fəhmli (anlayışlı) edər

Müaviyə (r.a) demişdir ki, Peyğəmbər (s.a.v)belə buyurmuşdur: “Allah kimə xeyir istəyərsə, onu dində fəhmli edər.” Buxari və Müslim.
(Buxari: Elm ? 71. Müslim: Əmirlik ? 1037. İbn Macə: Müqəddimə ? 221. Əhməd: 4/93. Darimi: Müqəddimə ? 226.)

ŞƏRH

Bu hədis elmin fəziləti barəsində rəvayət olunan ən əzəmətli hədislərdən biridir. Burada faydalı elmin insan üçün xoşbəxtlik sayılması və Allahın bununla həmin şəxsə xeyir istəməsi zikr olunur.
Dində fəhmli olmaq imanın əsaslarını, İslamın qayda-qanunlarını, hökmləri və eyni zamanda ehsan gerçəkliklərini şamil edir. Din kəlməsi bu üçlüyün hamısını əhatə edir. Necə ki, Cəbrayılın hədisində o, Peyğəmbərə (s.a.v) iman, İslam və ehsan barədə sual vermişdir. Peyğəmbər (s.a.v) onların Ardı »

HedislerMüsəlman qadınlar haqqında hədislər (ıı- hissə)

1-Səid bin əl-Müsəyyəbdən soruşuldu: "İki dəfə evlənmiş bir qadın Axirətdə hansı ərinə aiddir?" O, da cavab verdi ki, Rəsululah (s.ə.s) belə buyurmuşdur: "Qadın son ərinə aiddir" (Əlbani, Səhihul Camiis Sağir, 2704)
2-Rəsulullah (s.ə.s) buyurmuşdur: "Üç nəfər heç zaman Cənnətə girməyəcək: ...., əd-dəyyus" Əd-Dəyyus- öz zövcəsinə və zövcəsini digər kişilərə qısqanmayan zəif ərdir. (Səhih Buxari)

3-Rəsulullah (s.ə.s) buyurmuşdur: "Hər hansı bir qadın ərindən başqası üçün ətir vurarsa, o, zina etmişdir. Onun gözəlliyinə və qoxusunu qəsdən iyləyən də zina etmişdir. Allah, o, tövbə edincəyə qədər ondan əməllərini qəbul etməz" (Nəsai, Əbu Davud, Tirmizi, Əhməd)

4-Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Qadın kişi ilə yanında kişi qohumu (məhrəmi) olmadan Ardı »

HedislerSəhih Qüdsi hədislər (Allah rizasi üçün ziyarət etmənin fəziləti)

Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Hər hansı bir bəndə öz qardaşını Allah üçün ziyarət etməyə getdiyi zaman səmadan bir carçı belə deyər: «Xoş gəldin. Sənin üçün Cənnət uğurlu oldu». Allah Öz Ərşinin səltənətində isə belə buyurur: «Qulum Mənim üçün (qardaşını) ziyarət etdi, ona ziyafət vermək Mənə aiddir. Mən ona Cənnətdən başqa bir ziyafətə razı olmaram».
(Əbu Yəalə 4140. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 2632) səhih olduğunu bildirmişdir)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) dedi: «Kişi öz dostuna baş çəkməyə, yaxud onu ziyarət etməyə getdiyi zaman Allah ona belə deyər: «Xoş gəldin. Gəlişin də uğurlu oldu. Sən Cənnətdə özün üçün Ardı »

HedislerSəhihi Müslim

[color=#039b80]Səhihi Müslim (ərəb. صحيح مسلم‎‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan ("Kutubi Siddə"-dən) və ən güvənilən səhih hədis kitabları olaraq qəbul edilən iki kitabdan ("Səhiheyn"-dən) biridir. Əhli Sünnə məzhəbi tərəfindən ən etibarlı hədis kitabı olaraq qəbul edilən ikinci kitabdır.

Müəllifi Müslimdir (h.q. 206-261) (M. 821-875). Əsərin əsil adı " Əl Müsnəd əs Səhih bi Nəqlil Ədli" olsa da müəllifinə nisbətlə "Səhihi Müslim" olaraq anılır.Mündəricat [gizlə]
1 Haqqında
1.1 Müəllif
1.2 Əsər
1.3 Nəşrləri
2 İstinadlar
3 Həmçinin bax

[redaktə]
Haqqında
[redaktə]
Müəllif

Əbul Hüseyn Müslim ibn Həccac ibn Müslim əl-Quşəyri ən-Nişapuri, ərəblərin Bəni Quşeyr adı ilə məşhur qəbiləsinə mənsub olub, Əhli Sünnə məzhəbinin Ardı »

HedislerAllaha qovuşmaq

Ubadə ibn Samit (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Hər kim Allah Təalaya qovuşub onu görməyi sevərsə Allah Təala da ona qovuşub onu görməyi istəyər. Hər kim də Allah Təalaya qovuşmaqdan xoşlanmazsa, Allah Təala da ona qovuşmağı istəməz.” (Səhihi-Buxari, Riqəq Kitabı, c. VII, səh. 191; Səhihi-Müslim, Zikr və Dua Kitabı, Hədis: 2683) Ardı »