Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerSəhih Müslim (Quran oxumaqda məharətli olan və çətinlik çəkən haqda)

Quran oxumaqda məharətli olan və Quran oxumaqda çətinlik çəkən haqda.

Aişə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Quran oxumaqda məharətli olan “Səfəra” deyilən hörmətli və itaətkar mələklərlə bərabərdir. Ona çətin gəldiyi halda kəkələyərək Quranı oxuyan kəsə iki qat savab vardır.” Ardı »

HedislerSəhih Qüdsi hədislər (Həccin fəziləti)

Rəvayət edilir ki, Ubadə ibn Samit (r.a) demişdir: «(Bir gün) Allah Elçisi (s.a.v) bizimlə namaz qılırdı. (Bu zaman) biri Ənsardan, biri isə Səqif qəbiləsindən olan iki kişi ona doğru addımladı və Ənsardan olan kişi Səqif qəbiləsindən olan kişini (Allah Elçisinə  birinci yaxınlaşmaqda) qabaqladı. Allah Elçisi (s.a.v) Səqifdən olan kişiyə dedi: «Ənsar soruşmaqda səni qabaqladı». Ənsar dedi: «Ola bilsin ki, o, məndən çox tələsir, qoy (birinci) soruşsun». Səqif qəbiləsindən olan kişi namaz haqqında soruşdu, o da ona xəbər verdi. Sonra Allah Elçisi (s.a.v) Ənsara dedi: «Əgər istəyirsənsə, soruşmaq üçün gəldiyin məsələ barəsində sənə xəbər verim». O dedi: «Ey Allahın Elçisi! Mənə Ardı »

HedislerO, murdar deyil, o sizin ətrafınızda dolaşanlardandır (Pişik haqqında )

Əbu Qatadə (r.a) demişdir: Peyğəmbər (s.a.v) pişik haqqında belə buyurdu: “O, murdar deyil. O, sizin ətrafı¬nız¬da dolaşanlardandır.” Malik, Əhməd və dörd “Sünən” sahibləri rəvayət etmişlər.

(Tirmizi: Təharət ? 92; Nəsai: Təharət ? 68; Əbu Davud: Təharət ? 75; İbn Macə: Təharət ? 367; Əhməd: 5/303; Malik: Təharət ? 44; Darimi: Təharət ? 736. Əlbani hədisin səhih olduğunu demişdir.)

ŞƏRH
Bu hədis iki əsasdan ibarətdir:
Birinci: Çətinlik asanlıq gətirir. Bu, şəriətin ən böyük əsaslarından biridir. Qaydaya görə qorunulması çətin olan şeylər təmizdir. Pişiyin ağzının, əllərinin və ayaqlarının dəydiyi yerləri yumaq lazım deyil. Peyğəmbər (s.a.v) bu asanlığın səbəbini: “o sizin ətrafınızda dolaşanlardandır.” – sözləri ilə açıqlamışdır. Ardı »

HedislerDua və tövbə ilə əlaqədar seçilmiş hədislər

• Şəddad ibn Əvs (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İstiğfar dualarının ən üstünü, bu şəkildə dua etməndir: “Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə layiq heç bir məbud yoxdur. Məni sən yaratdın. Mən sənin qulunam və gücüm yetdiyi ölçüdə sənə verdiyim söz və vədin üzərində dururam. Etdiyim pis şeylərin şərindən sənə sığınıram. Mənə ehsan etdiyin nemətləri iqrar, günahımı etiraf edirəm. Məni bağışla. Çünki, günahları ancaq Sən bağışlayırsan”. Kim bu duanı ixlasla və fəzilətinə inanaraq gündüz oxuduqdan sonra o gün axşam olmadan ölərsə cənnətlik olar. Kim də ixlasla və fəzilətinə inanaraq gecə oxuduqdan sonra səhər olmadan ölərsə o da cənnətlikdir”. Ardı »

HedislerSəhih Qüdsi hədislər (Şükr Etmənin Fəziləti)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: « Uca Allah Qiyamət günü buyuracaq: «Ey Adəm oğlu! Mən səni at və dəvə üstündə gəzdirdim, səni qadınlarla evləndirdim, səni qənimətlərdən pay alan və itaət olunan başçı təyin etdim, bəs bunların şükrü hanı?»

(Əhməd 9983, 10379, 10383, 10650. Şueyb əl-Arnavut Muslimin şərtlərinə əsasən isnadının səhih olduğunu bildirmişdir.) Ardı »

HedislerMənə özümdən əvvəlki peyğəmbərlərə verilməyən beş şey verilmişdir

Cabir ibn Abdulla (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Mənə özümdən əvvəlki peyğəmbərlərə verilməyən beş şey verilmişdir: Bir aylıq məsafədən düşmənlərin qəlblərinə düşən qorxu ilə kömək edildim. Bütün yer üzü mənə səcdəgah və pak edildi. Ümmətimdən olan hər kəs harada namaza yetişərsə, orada qılsın. Mənə qənimətlər halal edildi. Amma məndən öncə heç kimə halal edilməmişdi. Mənə vasitəçilik (şəfaət) verildi. Hər bir peyğəmbər məxsusi olaraq öz tayfasına göndərilmişdir. Mən isə, bütün insanlara göndərildim.” Buxari və Muslim.
( Buxari: Namaz ? 427. Müslim: Məscidlər və namaz qılınan yerlər ? 521. Nəsai: Qüsl və təyəmmüm ? 432. Əhməd: 3/304. Darimi: Namaz ? 1389.)

ŞƏRH

Peyğəmbərimiz Muhəmmədə (s.a.v) Ardı »

HedislerGültəkin Abdullayevanın topladığı hədislər

ALLAHA və axirət gününə iman gətirən (inanan) şəxs ya faydalı xeyir söyləsin və ya (xeyirli bir şey danışa bilmirsə) sussun (hədisi şərif).
Hörmətli qardaş bə bacılarım. Gültəkin Abddulayeva adlı bacımız, peyğəmbərimiz (sav)-in hədislərini tərcümə edərək bizim üçün göndərib. Allah ondan razı olsun. Bu hamı üçün nümunə olmalıdır. Sizlər də peyğəmbərimizin səhih hədislərini tərcümə edib göndərsəniz çox məmnun olarıq və həm də çox savab iş görmüş olarsınız.
Allah hamınızdan razı olsun. Allahdan arzum odur ki, bizlərə Məhəmməd Peyğəmbərimizlə eyni cənnətdə olmağı nəsib etsin.

1. ALLAHA və axirət gününə iman gətirən (inanan) şəxs ya faydalı xeyir söyləsin və ya (xeyirli bir şey danışa bilmirsə) sussun.

2. Cəbrail Ardı »