Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerHədisi şəriflər (İslam Əxlaqı - salam verərkən əllə görüşmək)

1. Peyğəmbərimiz (sav) buyurmuşdur:
“İki müsəlman qarşılaşdığında əllə görüşərlərsə, ayrılmadan öncə onların günahları bağışlanar.”

2. Ənəs bin Məlik demişdir:
“Peyğəmbərin (sav) əshabləri qarşılaşdıqlarında əllə görüşər və səfərdən qayıtdıqlarında isə qucaqlaşardılar.”

3. Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Mömin, mömin qardaşı ilə qarşılaşdığnda salam verər və əllə də görüşərsə, ağacdan yarpaq tölükən kimi günahları tökülər.”1. Peyğəmbərimiz (sav) buyurmuşdur:
“İki müsəlman qarşılaşdığında əllə görüşərlərsə, ayrılmadan öncə onların günahları bağışlanar.”

2. Ənəs bin Məlik demişdir:
“Peyğəmbərin (sav) əshabləri qarşılaşdıqlarında əllə görüşər və səfərdən qayıtdıqlarında isə qucaqlaşardılar.”

3. Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Mömin, mömin qardaşı ilə qarşılaşdığnda salam verər və əllə də görüşərsə, ağacdan yarpaq tölükən kimi günahları tökülər.” Ardı »

HedislerAllaha Şükür

Davud (aleyhissalam) buyurur: "Ey Rəbbim! Sənə necə şükr edim ki, neməti verən, onunla ruziləndirən, sonra da nemət üstünə nemət verərək artıran Sənsən. Nemət də Səndən, şükr də Sənədən. (şükrüm belə Sənin bir nemətindir) Necə bunlara şükr edim". Allah: "İndi Məni tanıdın və Mənə şükr etdin, ey Davud! Çünki, şükr etməyin də Mənim bir nemətim olduğunu bildin". (Başqa rəvayətdə: "Ey Rəbbim! Vücudumdakı tüklərdən hər birinin iki dili olsa, gecə və gündüz bütün vaxtlarda Səni zikr etsələr də belə, yenə də mənə verdiyin nemətin haqqını vermiş olmaram"

(İmam Əhməd "Kitəbuz-Zuhd" 361, 362. ) Ardı »

HedislerHər şey, hətta acizlik və fərasət də qədərə bağlıdır

Abdulla ibn Ömər (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu rəvayət etmişdir: “Hər şey, hətta acizlik və fərasət də qədərə bağlıdır.” Müslim rəvayət etmişdir.
(Müslim: Qədər ? 2655. Əhməd: 2/110. Malik: əl-Cami ? 1663.)

ŞƏRH

Bu hədis çox əzəmətli bir əsası, imanın altı əsasından birini özündə ehtiva etmişdir. O, qədərin xeyrinə və şərinə, şirinliyinə və acısına, ümumisinə və xüsusisinə, keçmişinə və gələcəyinə iman gətirməkdən ibarətdir. Belə ki, insan Allahın Öz elmi ilə hər şeyi əhatə etdiyini, bəndələrin edəcəyi xeyri və şəri bildiyini, bütün işlərdən və hallardan agah olduğunu etiraf etməlidir. O, bütün bunları Öz dərgahında qorunan kitabda (lövhi-məhfuzda) yazmışdır. Uca Allah bu barədə buyurur: “(Ya Ardı »

HedislerBirlik bərabərlik və qardaşlıq haqqında seçmə hədislər

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir birinizi sevmədikcə də iman etmiş olmazsınız.” (Səhihi-Müslim, İman Kitabı, Hədis: 93)

• Numan ibn Bəşir (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və lütf etməkdəki misalı, bədən misalıdır. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Hər kim bir müsəlman qardaşının dünya sıxıntılarından bir sıxıntısına kömək edərsə o, qardaşına Ardı »

HedislerBeş namaz, cümə digər cüməyə və Ramazan ayı növbəti Ramazan ayına qədər, aralarında olan günahları b

Beş namaz, cümə digər cüməyə və Ramazan ayı növbəti Ramazan ayına qədər, aralarında olan günahları bağışladır

Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Beş namaz, cümə digər cüməyə və Ramazan ayı (növbəti) Ramazan ayına qədər baş verəcək böyük deyil, kiçik günahları bağışladır.” Müslim rəvayət etmişdir. ( Müslim: Təharət ? 233; Tirmizi: Namaz ? 214; İbn Macə: Namaz qılmaq ? 1086; Əhməd: 2/400.)

ŞƏRH
Bu hədis Allahın böyük lütf və səxavət sahibi olmasına dəlalət edir. O, bu üç əzəmətli ibadətə üstünlük dərəcəsi vermişdir. Belə ki, Allah qatında onların yüksək mərtəbəsi, sayı-hesabı bilinməyən səmərəsi vardır.
Bu ibadətlərin səmərələrindən aşağıdakıları qeyd etmək olar: Allah bəndənin dinini Ardı »

HedislerSəhih Müslim (“Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub apa

Abdullah ibn Məsud (r.a) bir kişinin Peyğəmbərin (s.a.v) yanına gəlib belə dediyini rəvayət edir: “Mən şəhərin ən ucqar tərəfində bir qadını müalicə edirdim. Onunla (cinsi əlaqəyə girmədən) yaxınlıq etdim.Bu mənəm və istədiyin hökmü mənə ver!” Ömər (r.a) ona dedi: “Allah-Təala sənin bu eybini örtdü. Sən də eybini örtsəydin?!” Peyğəmbər (s.a.v) ona cavab vermədi. O kişi qalxdı və getdi.Peyğəmbər (s.a.v) onun ardınca bir kişini göndərib onu çağırtdı və ona bu ayəni oxudu: “Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və Ardı »

HedislerSəhih Qüdsi Hədislər (Müsəlmanlar arasında mərhəmətə və sevgiə təşviq)

Əbu Hureyra (r.a) deyir ki, Allah Elçisi (s.a.v)dedi: «Allah (Öz quluna) buyuracaq: «Səndən yemək istədim, Mənə yemək vermədin». Qul deyəcək: «Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən yemək istəyəsən, mən də Sənə yemək verməyim?» Allah buyuracaq: «Məgər bilmirsən ki, filan qulum səndən yemək istəmiş, sən də ona yemək verməmişdin? Məgər bilmirdin ki, əgər onu yedirtsəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?» (Yenə) buyuracaq: «Ey Adəm oğlu! Səndən su istədim, Mənə su vermədin». Qul deyəcək: «Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən su istəyəsən, mən də Sənə su verməyim?» Allah buyuracaq: «Filan qulum səndən su Ardı »

HedislerSəhih Müslim (“Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da)

“Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər”ayəsi.

Əbu Hüreyrənin (r.a)rəvayət etdiyinə görə Peyğəmbərə (s.a.v) “Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. (Allah) istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir” (“əl-Bəqərə” / 284) ayəsi enəndə, bu səhabələrə çətin gəldi və onlar Peyğəmbərin (s.a.v) yanına gəlib, diz üstə oturub dedilər:“Ey Allahın Elçisi ! Biz bacardığımız, namaz, oruc, cihad, sədəqə kimi gücümüzün çatdığı əməllərı yerinə yetirməyə mükəlləf olduq. Lakin sənə nazil olan bu ayəyə bizim əməl etməyə gücümüz çatmır.” Peyğəmbər Ardı »