Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerSəhih Qüdsi hədislər («Biz axirət savabını istəyənin savabını artırar, dünya qazancını istəyənə də o

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) Allahın: «Biz axirət savabını istəyənin savabını artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz» (əş-Şura 20) - ayəsini oxuduqdan sonra dedi: «Qüdrətli və qüvvətli Allah buyurur: «Ey Adəm övladı! Mənə ibadət etmək üçün vaxt ayır, Mən də sənin qəlbini zəngin edim, səni kasıbçılıqdan qurtarım. Yox əgər belə etməsən, onda Mən sənin ürəyini dərd-sərlə doldurar, sənə üz vermiş kasıbçılığı aradan qaldırmaram».

(Hakim 3657; əl-Beyhəqi «Ədəb» 803; İbn Macə 4107, 4246. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 1359) səhih olduğunu qeyd etmişdir.) Ardı »

HedislerSəhih Qüdsi hədislər (Zamanı söymənin haram olması)

1.Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah buyurur: «Adəm övladı dəhri söyməklə Mənə əziyyət verir. (Çünki) dəhr (1) Mənəm. Hər şey Mənim əlimdədir, gecəni gündüzə, gündüzü də gecəyə çevirən Mənəm!»
(əl-Buxari 97. Kitəbut-Tövhid 35 (4826, 6937, 7053, 7491).)


(1) İbn Teymiyyə demişdir: «Dəhr zamandır. Hər kəs zamanı söyərkən, müsibəti onun başına gətirəni qəsd edir və beləliklə, bu söyüşü Allaha aid edir. Çünki həqiqətdə bu müsibəti onun başına gətirən Allahdır. Deməli: «Dəhr Allahdır» - dedikdə, dəhrə aid etdiyi hər bir şeyin Allaha aidliyi qəsd edilir». Sarimul-Məslul 3/ 922.

2.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Sizdən biriniz: «Ey Ardı »

HedislerSEÇİLMİŞ QÜDSİ HƏDİSLƏR (6-15)

6.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Adəm övladı məni təkzib etdi, halbuki onun buna haqqı yox idi, məni təhqir etdi, yenə də onun buna haqqı yox idi. Onun məni təkzib etməsi “Başlanğıcım Ondan olduğu kimi qayıdışım Ona olmayacaq”, təhqir etməsi isə “Allah Özü üçün övlad götürmüşdür” – deməsidir. Halbuki, mən (heç kəsə və heç nəyə) möhtac deyiləm! Nə doğmuş, nə də doğulmuşam və mənim heç bir tayım, bərabərim də yoxdur”.
(əl-Buxari (8/4975), Əhməd (16/8204), əl-Bəğəvi, Şərhus-sünnə (1/81). Hədis səhihdir.)

7.Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə Ardı »

HedislerFədəkiyyə xütbəsi

Fədəkiyyə xütbəsi Hz.Fatimənin fədəkin Əbu Bəkrdən geri alınması üçün Peyğəmbər məscidində söyləyən xütbə.
İbni Əbilhədid deyir:[1]
Fəsahət və ritorika,ləfzi və mənəvi dizilər və mənzumə baxımından bu zəngin sözlər çoxlarının nəzərini bu xütbəyə cəlb etmişdir. çoxlarıda bu xütbəni hökümətin salmasına əsasən söylənmiş sözlər kimi tanıyırlar.[2]
[redaktə]
Sənədləri
Bu xütbənin ən qədim sənədi Bəlağatü Nisa(بلاغات‌النساء) Əbülfəzl Əhməd ibni Əbitahir Mərvzi(204.208h.q) 11-ci cilddədir.bu kitabın ikinci danışığında Ayişənin Əbu Bəkr ölümünün oxşamasından sonra gəlibdir.
Əllamə Məclisinin Biharül Ənvar kitabı 8-ci cilddə gəlibdir, Əllamə məclisi bu xütbənin sözcüklərinin məna və açıqlamalarını yazmışdır.[3]
Seyyid Cəfər Şəhidi iki qeyri-şiədə İbni əbil Hədəd və Nəqibi Bəsəridən ad aparıb və deyir: bunlar bu hədisi nəql edib və Ardı »

HedislerImam Rizadan Hedisler

Hedis 1: Imam Riza (e) buyurur: Ibadet coxlu oruc ve namaz yox, yaradilish haqqinda (Allahin yaratdiqlarinda) dushunmekdir.

* * *
Hedis 2: Imam Riza (e) buyurur: Sukut hikmet qapilarindan olan bir qapidir.

* * *
Hedis 3: Imam Riza (e) buyurur: Qohumluq elaqesini bir icim su ile de olsa, mohkemlendir.

* * *
Hedis 4: Imam Riza (e) buyurur: Bir-birinizin gorushune gedin ki, dostlugunuz mohkemlensin.

* * *
Hedis 5: Imam Riza (e) buyurur: Peygember ailesine dostluq umidi ile saleh emeli ve ibadetde sey gostermenizi terk etmeyin.

* * *
Hedis 6: Imam Riza (e) buyurur: Gunahlari ve momine eziyyet vermeyi terk etmekden daha faydali teqva yoxdur.

* * *
Hedis 7: Ardı »

HedislerMöminin dünyaya baxışı

Peyğəmbər(səllallahu aleyhi və səlləm) demişdir : "Mənim bu dünyada olan məsəlim, ağacın kölgəsində dincəlib sonra yoluna davam edən müsafirin məsəlinə bənzəyir." (Sünən ən-Nəsai)

İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) mənim çiynimdən tutub dedi: "Dünyada bir qərib yaxud bir müsafir kimi ol!"
İbn Ömər (r.a) deyərdi: "Axşama çıxdıqda, səhərə sağ qalacağını və səhərə çıxdıqda axşama sağ qalacağını gözləmə. Xəstələnənədək sağlamlığından və ölənədək həyatından istifadə et!" (Sünən Əbu Davud)

Peyğəmbər(səllallahu aleyhi və səlləm) demişdir : “Bilirsinizmi ən ağıllı mömin kimdir?” “tez-tez ölümü fikirləşən, buna hazırlıq görən insan!” (Səhih ət-Tərğib vət Tərhib)

Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir kişiyə nəsihət edib demişdir: "Beş Ardı »

HedislerSəhih Müslim (“Kəhf” surəsinin fəziləti)

Əbu Darda (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Kim “Kəhf” surəsinin əvvəlindən on ayə əzbərləyərsə, Dəccalın fitnəsindən qorunar.” Başqa rəvayətdə isə belə dedyilir: “Kəhf” surəsinin axırından.” Ardı »

HedislerSəhih Qüdsi hədislər (Merac hədisi və namazın fərz olması)

Malik ibn Sasaə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) gecə səfəri haqqında (bunları) danışmışdır: «Mən Hatimdə(1)(və ya Hicrədə) uzanmış ikən bir nəfər(2)yanıma gəldi və (bədənimi) buradan bura kimi(3)yarıb qəlbimi çıxartdı. Sonra yanıma içi imanla dolu olan qızıl ləyən gətirdilər. Qəlbimi (Zəmzəm suyu ilə) yuduqdan sonra onu (imanla) doldurdular. Sonra mənim yanıma qatırdan alçaq və uzunqulaqdan hündür olan, ağ rəngli bir heyvan gətirdilər». (Carud dedi: «Ey Əbu Həmzə, bu, Buraq idimi?» Ənəs dedi: «Bəli, o, addımını insanın gördüyü son nöqtəyə qoyurdu». Peyğəmbər  davam edib dedi:) «Mən heyvana mindikdən sonra Cəbrail məni özü ilə apardı. Nəhayət, dünya səmasına gəlib çatdıqda, o, qapının Ardı »