Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hedisler: Mömin

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: "Mömin pöhrəyə bənzəyir. Külək hansı tərəfdən əssə pöhrəni əyər, külək sakitləşdiyi zaman pöhrə dikələr. (Mömin də həmçinin) müsibətlərə məruz qalsa da əqidəsindən dönmür. Günahkar adam isə sərt və dümdüz qalan sidr ağacına bənzəyir. Yalnız Allah istəsə, onu sındıra bilər." Ardı »

HedislerSəhih Qüdsi hədislər (Haqsız yerə insan öldürmənin günahı)

Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Qiyamət günü bir kişi başqa bir kişinin əlindən tutaraq Allahın hüzuruna gəlib deyəcəkdir: «Ey Rəbbim! Məni bu öldürdü». Allah soruşacaq: «Onu niyə öldürdün?» O da: «İzzət bütünlüklə Sənə məxsus olsun deyə, onu öldürdüm» - deyəcək. Allah buyuracaq: «İzzət bütünlüklə Mənə məxsusdur!» Həmçinin bir kişi başqa bir kişinin əlindən tutaraq gəlib deyəcək: «Məni bu öldürdü». Allah soruşacaq: «Onu niyə öldürdün?» O cavab verəcək: «Filankəs izzət sahibi olsun deyə, öldürdüm». Allah: «İzzət filankəsin deyildir» - buyuracaq, o da günahını etiraf edəcək».

(ən-Nəsai 3932, 3997, 4014. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 2698) və «Sahihul-Cəmiis-Sağir»də (? 8029) səhih Ardı »

HedislerƏl İrşad

[color=#039b80]Haqqında

14-cü hicri əsrin ən görkəmli şiə alim və fəqihlərindən olan Şeyx Mufidin (336-413 hicri) qələmə aldığı "Əl-İrşad" kitabı İmamların (ə) həyatı barəsində mövcud olan ən mötəbər hədis mənbələrindən biri hesab olunur. Əsər 411-ci hicri ilində müəllifin vəfatından iki il öncə, elmi şöhrətinin zirvəsində olduğu bir vaxtda yazılmışdır. Kitabda Əhli-beytin (ə) tarixi və fəzilətləri ilə bağlı rəvayətlər toplanmış və əsər Şeyxin dostlarından birinin istəyi əsasında qələmə alınmışdır.

Şeyx Mufid bu əsərində tarixi kitabların üslubuna uyğun olaraq tarixi hadisələri bəyan edir. Bundan əlavə "Əl-İrşad" etiqadi bir kitab da hesab olunur. Belə ki, əsərdə bir çox etiqadi məsələlərə işarə olunmuşdur. Eyni zamanda müəllif hədis kitablarının Ardı »

HedislerƏN GÖZƏL NÜMUNƏ PEYĞƏMBƏRİMİZ MUHƏMMƏD (sav) 11-19 hədislər

ELM MƏCLİSLƏRİNİN FAYDALARI


11.«Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan (bu qadağan əmri) sənə unutdursa, xatırlayandan sonra o, zalim tayfa ilə bərabər oturma». (əl-Ənam 68). «Allah Quranda nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o, vaxt siz də onların tayı olarsınız». (ən-Nisa 140).
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uca Allahın yer üzündə yolları dolaşıb zikr əhlini (məclislərini) axtaran bir qrup mələkləri vardır. Bu mələklər İzzət Ardı »

HedislerMüsəlman qadınlar haqqında hədislər (ııı- hissə)

1-Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Heç bir qadın müsəlman bacısının yerini tutmaq üçün gələcək ərindən onun boşanmasını xahiş etməməlidir” (Səhih Buxari)

2-Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Kişilər üçün ən yaxşı sıralar ön sıralar və ən pis sıralar isə axırıncı sıralardır, qadınlar üçün ən yaxşı sıralar son sıralar və ən pis sıralar isə ön sıralardır" (Səhih Müslim) Son sıralar qadınlar üçün ən yaxşıdır, çünki ön sıralardakı qadınlarla müqayisədə onlar kişilərdən daha uzaqdadır.

3-Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Şübhəsiz bu dünya ancaq müvəqqəti rahatlıq yeridir və dünyada ən yaxşı rahatlıq əməlisaleh zövcədir" (Səhih Müslim, İbn Macə, Nəsai)

4-Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Fitnə 3 şeydədir: Atda, qadında və evdə" (Səhih Buxari)

5-) Peyğəmbər (s.ə.s) buyurmuşdur: Ardı »

HedislerSəhih Qüdsi hədislər (Nəfs Könülsüz Olaraq Bədəndən Çıxacaq)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah nəfsə: «Çıx!» - deyə buyurdu. O isə: «Mən ancaq könülsüz olaraq çıxacağam» - deyə cavab verdi. Allah buyurdu: «Könülsüz olsan da çıx!»

(Deyləmi 3/183, 4500; əs-Suyuti «Cəmiul-Əhədis» 14997; əl-Buxari «Ədəbul-Mufrad» 219. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 2013) səhih olduğunu bildirib.) Ardı »

HedislerImam Hesen Eskeriden hedisler

Hedis 1: Imam Hesen Eskeri (e) buyurur: Dostunu xelvetde nesihet eden shexs onu zinetlendirmishdir.

* * *
Hedis 2: Imam Hesen Eskeri (e) buyurur: Dostunu xelvetde nesihet eden shexs onu zinetlendirmishdir.

* * *
Hedis 3: Imam Hesen Eskeri (e) buyurur: Dostlarinin en yaxshisi o kesdir ki, senin gunahlarini unudub, yaxshiliqlarini yadda saxlasin.

* * *
Hedis 4: Imam Hesen Eskeri (e) buyurur: Shohret ve reyaset istemekden cekin. cunki bu ikisi insani mehve surukleyir.

* * *
Hedis 5: Imam Hesen Eskeri (e) buyurur: Musibet gormush adamin yaninda shadlanmaq edebden deyildir.

* * *
Hedis 6: Imam Hesen Eskeri (e) buyurur: Ehtiyatin bir heddi vardir ki, onu ashdiqda qorxaqliga cevriler.

* * Ardı »